You are on page 1of 2

Wal-Mart beynəlxalq genişlənməsi

Dünyanın ən böyük perakəndəçisi olan Wal-Mart aşağı qiymətli strategiya, yüksək


səmərəli əməliyyatlar, logistika və inventarı minimum səviyyədə saxlayan və
həddindən artıq və ya az stoklamadan yayındıran informasiya sistemləri vasitəsi
ilə müvəffəqiyyət qazanmışdır. Şirkətdə 2.1 milyon nəfər işçi ilə, ABŞ-da 4.200 və
dünyanın qalan hissələrində 3.600 mağaza ilə fəaliyyət göstərir və təxminən 400
milyard dollarlıq satış (2008-ci il) təşkil edir. Bu satışların təqribən 91 milyard
dolları ABŞ-dan kənarda 15 ölkədə baş verir. ABŞ-da yayılmanın yavaşlaması ilə,
Wal-Mart 1990-cı illərin əvvəllərində ilk beynelxalq genişlənməsinə Meksikaya
daxil olmaqla başladı, Meksikanın ən böyük pərakəndə satıcısı Cifra ilə birgə
müəssisə quraraq, həm ərzaq həm də ümumi mallar satan bir sıra supermarketlər
açmağa başladı.
Başlanğıcda Walmart bir neçə çətinliklərlə üzləşdi . Bazarlıq vərdişlərinin fərqli
olduğunu tez anladı. İnsanlar yerli mağazalarda təzə məhsulları, xüsusilə də ət,
tortillas və bulkalar kimi məhsulları almağa üstünlük verir bu məhsullar gecəyə
kimi qalmırdılar. (bir çox Meksikalıların böyük soyuducuları yox idi). Bir çox
istehlakçının da avtomobilləri yox idi və Amerika Birləşmiş Ştatlarının istehlakçıları
kimi böyük həcmdə məhsul almırdılar. WalMart, yerli şərtlərə cavab vermək üçün
strategiyasını düzəldərək, Meksika mədəniyyətini anlayan yerli idarəçiləri işə
götürdü və bu menecerlərin ticarət strategiyasını idarə etməsinə icazə verdi,
insanların gedə biləcəyi daha kiçik mağazalar quruldu və daha təzə məhsullar
təklif etməyə başladı. Eyni zamanda, şirkət istehlakçılara Amerikan ticarət
mədəniyyətinin faydalarını göstərməklə Meksikada alış-veriş mədəniyyətini
tədricən dəyişdirə biləcəyinə inanırdı. Nəhayət, Wal-Mart rəhbərləri əsasən ABŞ-
da kiçik mağazalara alışdılar, lakin 1950-ci illərdən başlayaraq onlar Walmart kimi
böyük mağazalara yönəlməyə başladılar. Wal-Mart Meksikadakı payl ama
sistemlərini (distribution) qurduğu üçün öz xərclərini azaltmağa müvəffəq oldu və
bu Meksika istehlakçılarına aşağı qiymətlər şəklində təsir etdi.
Fərdiləşdirmə, əzmkarlıq və aşağı qiymətlərə nail olundu. Meksikalılar alış-veriş
vərdişlərini dəyişməyə başladılar. Bu gün Wal-Mart, Meksikanın ən böyük
pərakəndə satıçısı və Meksika şirkətin ən müvəffəqiyyətli xarici girişi olaraq qəbul
edilir. Sonrakı illərdə Wal-Mart, İngiltərə, Almaniya və Cənubi Koreya da daxil
olmaqla bir sıra inkişaf etmiş ölkələrə yayıldı. Oradakı təcrübələri daha az uğurlu
olmuşdur. Walmart hər üç ölkədə öz təkliflərini yerli bazarlıq vərdişlərinə və
istehlakçı seçimlərinə gözəl uyğunlaşdıran yaxşı qurulmuş yerli rəqiblərə qarşı
başabaş rəqabət etməyə başladı. Bundan əlavə, hər üç ölkədə də istehlakçılar
yüksək keyfiyyətli mallara üstünlük verirdi və Walmart- ın endirim strategiyası
ABŞ-da və Meksikadakı istehlakçılardan fərqli olaraq onları cəlb etmirdi. İllərlə
davam edən zərərlərdən sonra Wal-Mart Almaniya və Cənubi Koreyadan 2006-cı
ildə çıxdı. Eyni zamanda, digər ölkələrdə, xüsusən də güclü yerli rəqiblər olmadığı
inkişaf edən, tədricən alış-veriş mədəniyyətini öz üstünlüyünə dəyişə biləcəyi və
onun aşağı qiymət strategiyasının cəlb edəcəyi ölkələrdə pərakəndə satış imkanı
axtarmağa davam etdi.

Son zamanlar, Wal-Martın beynəlxalq genişləndirmə səylərinin mərkəzində Çin


olmuşdur. Wal-Mart Çində ilk mağazasını 1996-cı ildə açdı, lakin əvvəlcə çox
yavaş-yavaş genişləndi və 2006-cı ilə qədər yalnız 66 mağazası vardı. Wal-Mart,
Çinlilərin bazarlıq (qiymət düşürmə) ovçusu olub və Wal-Mart mağazalarında
təqdim edilən aşağı qiymət strategiyasına və geniş seçimlərə açıq olduqlarını kəşf
etdi. Həqiqətən, alış-veriş vərdişləri baxımından, ortaya çıxan Çinin orta sinif
əhalisi avropalılardan daha çox Amerikalılar kimi görünürdü. Lakin Çin-də uğur
qazanmaq üçün Wal-Mart öz ticarət və əməliyyat strategiyasını Çin mədəniyyəti
ilə uyğunlaşdırmaq məcburiyyətində olduğunu da bildirdi. Wal-Martın öyrəndiyi
şeylərdən biri də Çin istehlakçılarının məhsulun təzəcə biçilmiş olmasını və hətta
qarşısında öldürülməsini tələb edir. Wal-Mart başlanğıcda Çin istehlakçılarına
selofanda ölü balıq və ət sataraq təhqir etdi. Alıcılar gördüklərinə burun çevirdi.
Beləliklə, Wal-Mart, bağlnmamış ət yeməkləri göstərməyə başladı balıq tankları
aldı və alış-veriş edənlər balıq toru ataraq axşam yeməyini ala bilirdilər və tısbağa
şorbası üçün canlı tısbağala satmağa başladılar. Satışlar artdı.

You might also like