You are on page 1of 4

3.

Əsas obyektlər və idarəetmə vasitələri

Yuxarıda qeyd edildiyi kimi Windows əməliyyat sistemi qrafiki


sistemdir. Yəni sistemin çox əlverişli qrafiki interfeysi var.Belə ki fərdi
komputerin işinin idarəsilə bağlı yerinə yetirilən əməliyyatların böyük
əksəriyyəti Windows əməliyyat sisteminin qrafiki obyektləri üzərində
mausla, ya da klaviatura düymələrinin sadə kombinasiyaları ilə yerinə
yetirilir.Sistemin qrafiki interfeysi proqramlarla, verilənlərlə və
komputerin qurğuları ilə iş zamanı zəruri əməliyyatların aparılmasını
təmin edən sadə və əlverişli vasitədir.Bu obyektlər Windows sistemində
xüsusi əyani qrafiki elementlərlə göstərilir.

Windows sistemi yükləndikdən sonra display ekranında əks olunan


ilk görüntü bütünlükdə iş stolu adlanır.İş stolunda müxtəlif qrafiki
obyektlər yəni proqramlar sənədlər müxtəlif şəbəkə qurğularını
göstərən işarələr və idarəetmə elementləri yerləşir.Ümumilikdə
götürüldükdə isə İş stolunun özü əməliyyat sisteminin əsas
obyektidir.Bununla yanaşı daim göz qabağında və hamıya bəlli olan ən
aşkar obyektlər fayllar və qovluqlardır.Windows sistemində aparılan
əməliyyatların demək olar ki hamısı bilavasitə fayllar və qovluqlarla
bağlı olur.Ona görə də bu obyektlərlə daha rahat və əlverişli formada
işləməyin mümkünlüyü üçün onların adlarından əlavə xüsusi qrafiki
elementlərdən yəni müvafiq işarələr və pəncərələrdən istifadə olunur.

3.2.Fayllar və qovluqlar
Komputerin işlətdiyi və yaddaşında saxlanılan informasiya müxtəlif
tipli, o cümlədən mətni, qrafiki, audio və video formatlarda ola bilər.Bu
müxtəliflikdən asılı olmayaraq, informasiyalar komputerin yaddaşında
müəyyən standart struktura malik olmaqla fayllara saxlanılır.

Fayl anlayışı Windows sistemində ən mühüm anlayışlardan


biridir.Fayl adlandırılmış yaddaş hissəsinə deyilir.Başqa sözlə, fayl
dedikdə komputerin yaddaş qurğularında öz adı ilə yazılıb saxlanılan
verilənlər yığımı nəzərdə tutulur.Beləliklə, istənilən informasiya
yaddaşda fayllar şəklində saxlanılır.Komputerdə mətnlərdən ibarət olan
sənədləri, elektron cədvəlləri, qrafiki təsvirləri, hətta mahnıları fayllara
misal olaraq göstərmək olar.O cümlədən, rəqəmli fotoaparatlarla
çəkilmiş istənilən şəkil ayrıca bir fayldır.Bunlar isə sistem faylları adlanır
və s.

Faylları axtarıb tapmaq və bir birindən fərqləndirmək üçün


adlarından istifadə edilir. Komputer faylın adı vasitəsilə yerləşdiyi yeri
faylda saxlanılan informasiyanın tipini və onun yazılıçş formatını təyin
edir.

Yuxarıda qeyd edildiyi kimi hər bir faaylın öz adı olur.Faylın adı
maksimum 255 işarədən ibarət ola bilər və bu saya bütün
hərflər,rəqəmlər,nöqtə,vergül,bərabərlik,tire,probel və s. işarələr
daxildir.Faylın adında /, \, :, *, ?, <<, >>, <, >, işarələrindən istifadə edilə
bilməz.Adlar həm latın həm də rus hərflərilə böyük və kiçik şriftlərlə
yazıla bilər.

Faylın adı bir birindən nöqtə ilə ayrılan iki hissədən ibarət
olur.Birinci hissə, faylın öz adı ikinci hissə isə adın genişlənməsini
göstərir.Adın genişlənməsi, faylın tipini təyin edir və əsasən üç, bəzi
hallarda isə dörd simvoldan ibarət olmaqla həm istifadəçiyə, həmdə
komputerdə faylda hansı tip informasiyanın saxlanıldığını faylın hansı
proqramla yaradıldığını və deməli, faylı hansı proqramla açmağın
mümkün olduğunu təyin etməyə imkan verir.Faylın adı istifadəçi
tərəfindən ixtiyari qayda ilə, adın genişlənməsi isə proqram tərəfindən
fayl yaradilarkən avtomatik verilir.

Komputerin yaddaşında istifadəçi faylları ilə yanaşı sistemin normal


fəaliyyətini təmin etmək üçün nəzərdə tutulan çoxlu sayda fayllar
saxlanılır ki, bunlara sistem faylları deyilir.Susmaya görə Windows 7
sistemində bu fayllar gizli fayllardır. Sistem fayllarının təsadefi ləğv
olunmalardan qorunması üçün həm Bələdçi pəncərəsində həm də
Komputer qovluöunda gizlədilmiş olur.Sistem həmçinin sys, dll, exe ,ocx
genişlənməli bütün faylların sisteminə uyğunlaşmayan proqramların
quraşdırılması prosesində yenidən köçürülməsinin qarşısını almaqla
onları qoruyur.

Komputerin yaddaşında bütün faylların hamısı qarışıq şəkildə bir


yerdə toplanıb saxlanılarsa bu halda lazım olan faylı tapmaq məsələsi
çətinləşir.Elə ona görə də fayllar yaddaşda müəyyən əlamətlərinə görə
qruplara bölünür və ayrı ayrı qovluqlarda saxlanılır.Yəni, bir qovluqda
yalnız eyni temaya aid fayllar yerləşdirilərək saxlanılır. Deməli
komputerdə faylların saxlanması və nizamlanması üçün qovluqlardan
istifadə edilir.

Beləliklə, qovluq müəyyən əlamətlərinə görə birləşmiş fayllar


qrupuna deyilir.

Hər bir diskdə çoxlu sayda qovluqlar ola bilər.Həmçinin qovluq


daxilində yalnız fayllar deyil həm də başqa qovluqlar saxlanıla bilər.Yəni
qovluqlar bir-birinin daxilində yerləşdirilə bilər və bu proses davam
etdirildikcə bir birinin daxilində (iç-içə) olan qovluqlar ardıcıllığı
alınır.Bununla da qovluqların ağac şəkilli strukturu yaranır. Bu isə
qovluqlar və fayllarla daha effektli işləməyə o cümlədən komputerin
yaddaşında saxlanılan külli miqdarda fayllar arasından lazım olanını çox
asanlıqla vaxt itirmədən tapmağa imkan verir.

Qovluqlar da faylların adları üçün nəzərdə tutulan qaydalarla


adlandırılır.Burada yalnız fərqi nəzərə almaq lazımdır ki, qovluqların
adında genişlənmə olmur.Məsələ burasındadır ki, faylın adındakı
genişlənmə vasitəsilə Windows sistemi bu faylın hansı proqramla
açmağın zəruri olduğunu təyin edir.Məsələn, Windows sistemi
Soyad.docx faylın; açmaq üçün Microsoft Word 2007 proqramından
istifadə edir çünki bu faylın adının genişlənməsi .docx-dır.Qovluğu
aşmaq üçün isə heç bir proqram açmağa ehtiyac yoxdur.Çünki bu
əməliyyat Windows sistemi üçün standart əməliyyatdır.Buna görə də
qovluğun adında genişlənməyə ehtiyac qalmır.
Qovluq və faylları kopyalamaq, ləğv etmək, onların adını və yerini
dəyişmək, həmçinin qovluğu açaraq onun içərisində olan fayllar və ya
qovluqlar siyahısına ekranda baxmaq olar.

You might also like