You are on page 1of 8

Molla Sadra (Sədrəddin Şirazi) (1571-1641)

Yazar: valiasr @ Fevral 9, 2009 13:39

Molla Sadra (Sədrəddin Şirazi) varlı fars ailəsində anadan


olmuşdur. Onun dövrü I şah Abbasın hakimiyyəti illərinə təsadüf
edir. Həmin dövrdə şiəlik hakimiyyəti şəriət qanunlarının nufuzu
dini fəlsəfə və teologiyanın populyarlığı öz apogeyinə çatmışdı.
Molla Sadra özünü intellektual fənlərin, o cümlədən Ibn– Sinanın,
əs– Sührəvərdinin, neoplatoniklərin, xüsusilə Ibn– əl– Ərəbinin
fəlsəfəsini öyrənməyə həsr etmişdir. Onun fəlsəfəyə olan güclü
marağı bəzi ortodoksal əhval– ruhiyyəli qüdrətli siyasi hakimiyyətə
malik və fəlsəfəni təriqətçi məşğələ hesab edən fakihləri
qıcıqlandırırdı. Düşmənçilik edən bəzi ortodokslara görə bu
sahədəki nailiyyətlərini (o nəinki fəlsəfəni öyrənirdi, həm də uğurla
onu tədris edirdi) buraxaraq elmlə məşğul olduğu Isfahanı tərk
edərək Qum şəhəri yaxınlığındakı kəndlərindən birinə köçməli
olur. Burada Molla Sadra 12 il yaşamış düşüncələrə dalmış askez
praktikasını dadmışdır. Bu isə öz növbəsində onun intellektual
intiusiyasının kəskinləşməsinə gətirib çıxarmışdır.
Molla Sadra bir sıra səbəblərə görə islam fəlsəfəsi tarixində
mühüm yer tutur. Birincisi, onun əsərləri bunu söyləməyə bizə
imkan verir. Xüsusilə onun başlıca çox cildlik əsəri «Ağılın dörd
səyahəti»– bir növ islam fəlsəfəsinin ensiklopediyasıdır. Öz
sələflərinin ideyalarını olduqca ətraflı ifadə edən Molla Sadra
onların fəlsəfi ideyalarının dərin tənqidi təhlilini vermişdir.
Ikincisi, Molla Sadra müəllimi Mir Məhəmməd Bakir Damad
tərəfindən əsası qoyulmuş Isfahan fəlsəfi məktəbini daha da
gücləndirmişdir. Bu fəlsəfi məktəbin meydana çıxması Iranın islam
fəlsəfəsinin tarixində dönüş olmuşdur. O islam dünyasına bir sıra
nəhəng filosoflar bəxş etmişdir. Ən istedadlı adamlar, o cümlədən
Molla Sadra kimi filosof tərəfindən kamilliyə çatdırılan Isfahan
fəlsəfi ənənələri «transendent mudriklik» adı ilə məşhur olmuşdur.
O diskursiv düşüncənin intuitiv nurlanmanın və praktiki
müdrikliyin yaxınlaşmasının nümunəsi kimi özünü göstərmişdir.
Molla Sadra üç, dəqiq fərqlənən müxtəlif tipli əsərlərin
müəllifləridir. Bunlar: a) Qurana və hədislərə yazılan şərhlər. b)
polemik işlər və v) fəlsəfi traktatlardır. Onun Quranın bir sıra
ayələrinə xüsusilə işığa həsr olunmuş ayələrə şərhləri müqəddəs
kitabın Molla Sadra tərəfindən ezoterik oxunmasından xəbər verir.
O, eyni zamanda şiə imamlarının fikirlərinə şərhlər– monumental
əsərlər yazaraq onlardakı ezoterik mənanı aydınlaşdırmışdır.
Onun polemikası sufi antinomistlərə, onların dini qanunları
pozmasına qarşı çevrilmişdir. Nəhayət, üçüncüsü, Molla Sadranın
elə əsərləri də vardır ki, onların əksəriyyəti intellektual elita və
erudisiyalı alim– bilicilər üçün nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, həmin əsərlər əsaslı şəkildə ənənəvi islam fəlsəfəsi
mövzusunda hazırlanmışdır. Molla Sadra öz dünyagörüşündə
sxolastik teologiyanın disput ideyalarını Ibn– Sinanın
metafizikasını və Ibn– əl– Ərəbinin mistik düşüncələrini
sintezləşdirmişdir. Nəticədə müdriklik ənənələri təzahür etmişdir
ki, o da öz kökünü hər yerdə– teologiyanın ənənəvi
peripetiyalarında, filosofların diskursiv düşüncələrində və
bilavasitə sufilərin təcrübəsində tapa bilmişdir. Molla Sadra iki
böyük filosofun təsiri altında olmuşdur. Bu filosoflar Ibn Sina və
işıq fəlsəfəsi, «şərq nuru» (Əl– işrak) məktəbinin banisi əs–
Sührəvərdidir. Molla Sadra Ibn– Sinanın fəlsəfəsini əs–
Sührəvərdinin mövqeyindən şərh edir. O, eyni zamanda əs–
Sührəvərdinin ontologiyasını fundamental surətdə nəzərdən
keçirmişdir.
Molla Sadra yaşadığı dövrdə teologiya yaxşı inkişaf etmiş elm idi
və fəlsəfənin istifadə etdiyi lüğətdən teologiya da istifadə edirdi.
Molla Sadra texniki terminlərin və fəlsəfə ilə teologiyanın
metodologiyasının identikliyinə diqqət yetirmişdir. Molla Sadranın
çıxardığı nəticə ondan ibarətdir ki, islam fəlsəfəsi digər intellektual
elmlər kimi kimi müstəqil elmi fənn kimi inkişaf etməmişdir,
əksinə başlıca olaraq şəriət məsələlərinin həlli ilə əlaqədar inkişaf
edən fənn olumuşdur.
Əl– Kalama münasibətə gəldikdə isə Molla Sadra ikili mövqe
tutur, bir tərəfdən teoloji metodologiyaya qarşı çıxır, digər
tərəfdən teologiyanın predmet obyektinin həqiqiliyini etiraf edir.
Molla Sadra teoloqların arqumentlərini sübut edə bilmədiyinin
səbəblərini göstərməyə cəhd edir, digər tərəfdən o ehtiyatlıdır və
teoloji inamla bağlı dəyərlərin şübhə obyekti olmasını istəmir.
Zamanda yaradılışla bağlı əbədiyyət və ölülər dünyasından,
qayıtma (dirilmə) məsələlərini şərh edən əsərində Molla Sadra
fəlsəfə və teologiyanın bir– birinə uyğun gəlməyən bəzi mövqelərini
yaxınlaşdırmağa çalışır. Molla Sadra Ibn Sina fəlsəfəsinin əsas
müddəalarını, o cümlədən, zəruri mövcud olandan işıq
verməsindən, mövcud olanın sırasında zəruri mövcud olanın
varlığı müddəalarını saxlayırdı. Lakin o özü üçün ötəri olmayan
fəlsəfi prinsiplərin açıqlanmasına aparan şəxsi intiusiyasını ortaya
çıxararaq Ibn– Sinadan əl çəkirdi. Ibn– Sina prinsiplərinin
mənbəyi diskursiv fəlsəfədə və onun məntiqindədir. Bu məntiq
fəlsəfi kateqoriyaların rasionallaşmasına əsaslanır. Molla Sadranın
«transendental məntiqi» onun şəxsi və abstrakt intitusiyası
sayəsində yaranır. Molla Sadra bu prinsipləri «şərq fəlsəfəsinin
prinsipləri» və «transendent prinsipləri» adlandırır. Molla Sadra
islam mistikasının güclü təsirini– sufizmin həm nəzəri, həm də
praktiki təcrübəsinin təsirini görmüşdür. Nəzəri planda ona
əndəlus mistiki Ibn– əl– Ərəbinin dünyagörüşü güclü təsir
göstərmişdir. Əslində Molla Sadranın istifadə etdiyi çoxsaylı
terminlər Ibn Ərəbinin islam qnosisi mövzusunda yazdığı
şərhlərindən götürülmüşdür. Molla Sadra Allahın mahiyyətinin
insan tərəfindən başa düşülməsini və digər məsələlərin şərhini Ibn
Ərəbidə tapır, Sufi yolunun praktiki aspektinə gəldikdə isə Molla
Sadra askezi idrak yolunun zəruri hissəsi kimi görür və
praktikanın antinomik və ifratçılığını rədd edir. Idrak yollarının
sırasında gəldikdə isə Molla Sadra biliyi iki tipə bölür: hissi
qavrayışın və ya göstərişlərin köməyi ilə əldə edilənlər və intiutiv
işıqlanmanın vasitəsilə (meditasiyasının olması modeli) əldə
edilənlər hissi qavrayışın və göstərişlərin əsasında yaranan biliyi də
ənənəvi təsnifatdan istifadə edərək bölməyə məcbur olur (bunu
peripatetiklərdə edirdilər). Bu bölgüdə iki hissə nəzəri və praktiki
hissə mühüm yer tutur. Nəzəri elmlərə məntiq, riyaziyyat,
naturfəlsəfə və metafizika, praktiki elmlərə isə, etika, siyasət və
iqtisadiyyat daxildir.
Elmlərin təsnifatı prosesində Molla Sadra universal bilik sistemini
tərtib etmək istəyir. Onun sahələrinin çoxsaylı olmasına
baxmayaraq Molla Sadranın bütün fəlsəfəsinin qəlbi olan Vəhdətin
dərk edilməsinə doğru aparır. Biliyə bu cür yanaşma, praktiki
müdrikliyi də bura daxil etsək idrakın müxtəlif modellərini özündə
birləşdirir. Molla Sadra üçün Bilik təkcə informativ funksiya ilə
deyil həm də transformativ funksiyaya malikdir.
Molla Sadranın Mövcudiyyət, dəyişiklik və idrak nəzəriyyələri
sahəsində də maraqlı fikirləri olmuşdur. Molla Sadra ensiklopedik
biliyə malik olduğundan özündən əvvəl yaşayıb yaratmış
mütəfəkkirlərin ideya, nəzəriyyə, fikir və konsepsiyalarının dərin
və dəqiq təhlilini verə bilmiş, bunun sayəsində də islam fəlsəfəsini
nəzərə çarpacaq dərəcədə zənginləşdirə bilmişdir. Molla Sadranın
Islam fəlsəfəsinə verdikləri, 1) Varlıq problemlərinə dair şərhlər
bunun da sayəsində Varlığın birliyi təlimini yaratmışdır; 2)
hərəkətdə nisbi dəyişikliklərin yaranmasının tədqiqi (bu
«substansial hərəkət» adı ilə məşhurdur), daha dəqiq desək, Allahı
çıxmaq şərtilə təbiətdə və dünyada daimi hərəkət nəzəriyyəsi, 3)
Idrakın, dərk edilən və dərk edənin birliyi konsepsiyası.
«Şərq nurları» (işraqiyyə) məktəbinin əsasını qoyan əs
Sührəvərdinin və öz müəllimi Mir Damadın terminologiyasından
istifadə edərək Molla Sadra mahiyyətin mövcudluğu üzərində
üstünlüyünə əsaslanan yuxarıda adlarını çəkdiyimiz
mütəfəkkirlərin varlıq sxemlərini düzgün başa düşür və özünün
nurların metafizikası kimi şəxsi versiyasını formulə edir. O təsdiq
edir ki, mövcudiyyət mövcud olan şeylərin əsas prinsipial
aspektidir və o Varlığın aksidenisiyası kimi çıxış edir. Bundan
başqa mövcudiyyət və yaxud varlıq (əksər islam filosofları, o
cümlədən Molla Sadra üçün onlar eyni şeydir) müstəqil
mövcuddurlar, lakin əslində Varlıqdan asılıdır və özü xüsusi
reallıqdan məhrumdur. Mövcudiyyətin klassik bölgüsünü
nəzərdən keçirən Molla Sadra zəruri, mümkün və mümkün
olmayan bölgüsünü qəbul edir. Bunu Ibn Sina da qəbul etmişdir.
Molla Sadra kopulyativ mövcudiyyət və qeyri– kopulyativ
mövcudiyyət aspektlərini işləyib hazırlayır. Kopulyativ Varlıq
subyekti predikatla əlaqələndirir. Aşağıdakı fikrə nəzər yetirək
«Sokrat filosofdur» kimdir, nədir sualının cavabı əlaqələndirici
funksiya filosofla Sokratı əlaqələndirir. Filosofun varlığı Sokratla
əlaqələnir, ikinci halda isə ekzistensial funksiyanı, daha dəqiq
desək mövcud olan şeylərin mövcudiyyəti irəli sürülür. Bizim
nümunədə Sokratın filosof kimi mövcudluğu dediklərimizə sübut
ola bilər. Molla Sadra «Malik olmaq» və «olmaq» felinin
işlənməsinə xüsusi diqqət yetirir. Ikinci halda təsdiq edir ki.
«Olmaq» maddi dünyada Allahı çıxmaq şərtilə kopulyativdir,
çünki Allah saf kateqoriya kimi mahiyyətdən kənardadır.
Molla Sadra Platonun «növlərin hakimi» kimi arxetiplər haqqında
konsepsiyasını qəbul edir. Molla Sadranın fikrincə maddi dünya
varlığın səviyyəsidir və öz xarakteristikasını arxetip dünyadan
götürür. Maddi dünyanın arxetiplikdən ayrılması «yüksəkdə
olmaq imkanı» prinsipilə (Kaida imkan al– Aşraf) aparır. Həmin
prinsip Molla Sadranın tanınmasında həlledici rol oynamışdır. Bu
prinsip aşağıdakı müddəaları əhatə edir: maddi dünyada hər şey
qeyri– mükəmməllikdən kamilliyə doğru hərəkət edir, həmin
hərəkət qeyri– maddi dünyada sinxron kosmik dubla malikdir.
Molla Sadranın ilyuministləri «şərq nurları» (işraqiyyə) təliminin
tərəfdarlarını tənqid etmişdir. Onların mübahisəsi mövcudiyyətin
mahiyyəti üzərində üstünlüyü və prinsipiallığı haqqında
mübahisədən kənara çıxır və özünə «hilemorfizm» nəzəriyyəsini də
özünə daxil edir. Beləliklə, obyektlər dünyası materiyanın ən aşağı
səviyyəsinə müncər olunur, ruh materiyanın ən yüksək səviyyəsinə
uyğun gəlir. Bu fasiləsiz və yüksələn proses intelligibel dünyada–
mövcudluğun materiyadan tamamilə azad olunduğu şəraitdə
özünün kuliminasiya nöqtəsinə çata bilir. Molla Sadranın fəlsəfəsi
islam fəlsəfəsi tarixində unikal hadisədir, çünki o hərəkətə
substansiyada mövcud olmaq imkanı verir. Bu Ibn Sina
mövqelərindən kanara çıxmaq demək idi. Çünki Ibn– Sina
substansiyada hərəkətə daimi dəyişikliklərə və itkilərə aparıb
çıxaran kimi baxırdı. Itki isə şeylərin identikliyini təşkil edirdi.
Molla Sadra təbiətdə daimi hərəkət nəzəriyyəsini
əsaslandırmaqdan ötəri bir sıra arqumentlərdən istifadə edir.
Alma yetişən zaman təkcə onun aksidenisyası deyil, eyni zamanda
həmin almanın təbiəti də dəyişməlidir. Mahiyyətcə potensiya
aktuallaşan zaman Molla Sadranın, fikrincə həm aksidensiyalarda,
həm də təbiətdə dəyişikliyi göstərir. Molla Sadra elan edir ki,
aksidensiyada yaranan hər bir dəyişiklik üçün təbiətdə müvafiq
dəyişikliklər baş verməlidir. Çünki aksidensiyalar öz xassələrinə
görə təbiətdən asılıdır. Beləliklə almada əmələ gələn dəyişikliklər
bu yaradılış nümunəsi aşağıdakıları ifadə edir. Birincisi, dünya
çaya bənzəyir, daim axır dəyişir; ikincisi, dəyişiklik zərurətdən
yaranır. Çünki Allahdan başqa heç nə daimi və dəyişilməz ola
bilməz; üçüncüsü, dünyadakı bu dəyişiklik aksidensiya deyil, onun
öz təbiətinin bir hissəsidir. Molla Sadranın dünyagörüşünə görə bu
dəyişikliklər kainatı hərəkətə gətirən qüvvə kimi çıxış edir.
Hərəkət sadəcə olaraq mövcud olmur, dünyada yeganə reallıq
olduğunu bir daha sübut edir. Ancaq dəyişiklik və təbiətin yeganə
mühüm xassəsi daimi hərəkətdir.
Molla Sadra substansional hərəkət haqqında təlimdən istifadə
edərək zaman konsepsiyasına işıq salmaq istəyir. Həm Aristotelə
görə, həm də Molla Sadra görə zaman– hərəkətin kəmiyyətidir,
lakin fərq ondadır ki, Molla Sadra görə kəmiyyətdə dəyişiklik–
təbiətdəki dəyişikliyin kəmiyyətidir. Zamana təkcə kəmiyyət deyil,
həm də ontoloji aspektdə baxmaq lazımdır. Təbiətdə hərəkət həm
kamilliyin ölçüsüdür, həm də məqsəd və istiqamətə malikdir və
onu zərurət faktoru müşaiyyət edir.
Hər şeyin hərəkətdə olması və hərəkətdə az kamillikdən
mükəmməlliyə doğru getməsi faktı Molla Sadra üçün onu ifadə
edir ki, bütün dünya mütləq Ali Kamilliyə, Allaha doğru can atır.
Bu müddəadan çıxan əsas nəticə budur ki, dünya bəzi anlamlarda
özünün varlığının vəziyyətini dərk edir və özünün mənbəyi ilə
birləşməyə doğru hərəkət edir. Təbiətdəki hərəkət onu ifadə edir
ki, obyektin identikliyi həmişə dəyişir. Molla Sadra fikrini belə
yekunlaşdırır ki, hərəkətin bu tipi hər bir məqamda yaradılış tipini
daşıyır. Başqa sözlə desək, Allah Təbiətdə hərəkət vasitəsilə hər bir
məqamda bir an içində dünya yaradır. Allahın reallığı onun
yaratdığı ilə özünü göstərir. Molla Sadra dünyanı əbədi hesab edən
peripatiklərə və dünyanın heç nədən yaradılmasını irəli sürən
ilahiyyatçılarla yaxınlaşdırmaq istəyir. Molla Sadra görə dünya
Allahın «davamı» kimi əbədi mövcud olmuşdur. Bir halda o
zamanda yaranmışsa mövcudluğa malik olmadan təzədən
yaradılır. Dərk edənin, dərk edilənin və idrakın vəhdəti Molla
Sadranın fəlsəfəsində dərin kök salmışdır. Bir halda ki, Allahın
mahiyyəti və varlıq eyni şeydirsə, bütün şeylər ondan yaranırsa o
eyni zamanda dərk edəndir, dərk ediləndir və Biliyin özüdür.
Deyilənlərdən belə çıxır ki, yuxarıda qeyd etdiyimiz biliyi
qazanmaqdan ötəri mütləq Allahla vəhdətə nail olmaq lazımdır.
Əks istiqamətdə də bu məntiqi nəticə yenidən işləyir, kimsə
vəhdətin dərk edilməsinə çatıbsa öz mahiyyətinə görə o dərk edən
və dərk edilən və bilik olur. Bilikdə vəhdətdə insan universal olur.
Bu səbəbdən Molla Sadra özünün çoxcidlik «Əqlin dörd səyahəti»
əsərində əqlin «mənəvi səfərindən» danışır. Onun Allahdan
«ayrılmasından» başlayaraq onun «Allahla» vəhdətə nail olması bu
qəbildəndir. Molla Sadra təkcə mürəkkəb fəlsəfi arqumentləri cəlb
etmir, eyni zamanda Allahın mahiyyətinin göründüyü qnostik
obrazla mənzərədən də istifadə edir. Burada Allah bütün şeylərin
mahiyyətini dərk edir. Molla Sadra heç vaxt birbaşa elan
etməmişdir ki, Allahla birləşmə– idrakın zəruri şərtidir. Onun
bütün fəlsəfəsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu hal öz–
özünə baş verir.
Molla Sadranın təlimi Islam fəlsəfəsində çevriliş etmişdir. Onun
müəllimi kimi fəaliyyəti də böyük fayda vermişdir. Böyük
mütəfəkkirin şagirdlərindən bəziləri özləri görkəmli filosof
olmuşdurlar. Həm də onlar öz müəllimlərinin güclü təbliğatçıları
kimi də fəaliyyət göstərmişlər.
Molla Sadranın fəlsəfəsinin populyarlığı tənəzzül nə olduğunu
bilməmişdir. Onun fəlsəfəsi XVIII– XIX əsrlərdə Iranda yenidən
güclü surətdə canlandırılmışdır.
Müasir dövrdə Iranda və islam dünyasının şərq regionlarında
fəlsəfə hələ də Molla Sadranın və onun şagirdlərinin təlimlərinin
təsiri altındadır.

You might also like