You are on page 1of 41

GİRİŞ

XX əsrin sonlarında dünyada cərəyan edən proseslər, sosialist blokunun


dağılması, soyuq müharibəyə son qoyulması öz təsirlərini Balkanlardan da
əsirgəməmişdir. Yuqoslaviya federasiyası dağılmış, onun tərkibində olan
respublikalar isə ard-arda öz müstəqilliyini elan etməyə başlamışdılar.

Yuqoslaviyanın tərkibindən çıxaraq öz müstəqilliyini elan etmiş


respublikalardan biri də Bosniya və Herseqovina olmuşdur. Bosniya və
Herseqovinanın müstəqilliyini elan edərək federasiyanın tərkibindən çıxması
Belqrad tərəfindən qəzəblə qarşılandı. Belqrad hökumətinin provokasiyaları və
hərbi-maddi yardımları ilə Bosniya və Herseqovina ərazisində yaşayan serblərlə
Bosniya xalqı arasında qanlı münaqişələr başladı.

Bu münaqişə regionda baş vermiş ən böyük və ən qanlı münaqişə olmuş və


genişmiqyaslı qırğınlarla nəticələnmişdir. Bu münaqişənin regionda olan digər
münaqişələrdən fərqi ondan ibarət olmuşdur ki, bu münaqişəyə NATO tərəfindən
müdaxilə olunmuşdur. Bu mövzu NATO-nun beynəlxalq münaqişələrin həllində
rolunun araşdırılması baxımından aktuallığını qorumaqdadır.

Yuqoslaviya etnosiyasi münaqişələrinin bir hissəsi olan Bosniya və


Herseqovina münaqişəsində serb millətçiləri tərəfindən günahsız Bosniya xalqına
qarşı amansız soyqırım aktı törədilmişdir. NATO-nun hərbi müdaxiləsindən sonra
serblərin Bosniya xalqına qarşı tətbiq etdikləri aqressiya prosesi dayandırılmış,
1995-ci ilin avqustunda başlamış güclü hava hücumlarından sonra isə serblər
danışıqlara razı olmuşlar. Daha sonra isə NATO-nun bilavasitə təzyiqləri
nəticəsində tərəflər masaya oturmuş və 1995-ci ilin dekabrında Deyton sülh
müqaviləsinin imzalanmasından sonra isə münaqişəyə tamamilə son qoyulmuşdur.
Mövzu həm regionda, həm də dünyanın digər regionlarındakı etnosiyasi
münaqişələrin analizi və NATO-nun münaqişələrin həllindəki rolunun təhlili
baxımından böyük əhəmiyyət daşıyır.
3
İşin məqsədi XX əsrin sonunda Avropanın mərkəzində baş vermiş qanlı
münaqişənin səbəbləri, dünya ictimaiyyətinin bu münaqişəyə mövqeyi, ən əsası da
NATO-nun münaqişəyə hərbi müdaxiləsinin normativ-hüquqi əsaları, hərbi
müdaxiləsinin müxtəlif aspektlərini və sülh prosesindəki rolunu göstərməkdir.

İşin vəzifələri:

• Bosniya və Herseqovinada münaqişədən öncəki vəziyyət

• Bosniya və Herseqovinada münaqişənin başlama səbəbləri

• BMT-nin sülhməramlı fəaliyyəti

• NATO-nun müdaxiləsinin normativ-hüquqi əsasları

• NATO-nun hərbi əməliyyatları

• Hərbi əməliyyatların dayandırılması

• Sülh prosesində NATO-nun rolu

məsələlərinin açıqlanmasından ibarətdir.

Mövzu Azərbaycanda Oqtay Əliyev tərəfindən dərindən araşdırılmış,


müəllifin bu sahədə çox sayda məqalələri nəşr olunmuşdur. Rus ədəbiyyatında
mövzunun ən görkəmli tədqiqatçısı Гуськова Е.Ю. olmuşdur. Türk ədəbiyyatında
bu sahənin tədqiqatçıları sırasında Karatay Osman və Bora Tanılı göstərmək olar.
Qərb ədəbiyyatında isə mövzunun tədqiqatçıları sırasında bilavasitə bu prosesdə
iştirak etmiş olan Holbrooke Richard, Laura Silber, Allan Little, Steven Burg və
digərlərini göstərmək olar.

I fəsildə Yuqoslaviyanın parçalanma fonunda Bosniya və Herseqovinanın


müstəqilliyı qovuşması, müstqəqillikdən dərhal sonra başlamış etnosiyasi
münaqişə, münaqişənin müxtəlif aspektləri və NATO-nun münaqişəyə
müdaxiləsinin normativ-hüquqi əsaslarından bəhs olunmuşdur.

4
II fəsildə BMT-nin münaqişə ilə bağlı çıxardığı qətnamələr, sülhməramlı
fəaliyyətinin uğursuzluğu, NATO-nun hərbi müdaxiləsinin başlaması və xronoloji
ardıcıllıqla hərbi əməliyyatları göstərilmişdir.

III fəsildə isə hərbi əməlliyyatların dayandırılması, NATO tərəfindən


serblərə təzyiq olunması, tərəflərin danışıqlara başlaması, NATO-nun bu
proseslərdə rolu və sülh müqaviləsindən sonrakı dövrdə NATO-nun regionda
fəaliyyəti işıqlandırılmışdır.

5
FƏSİL I

NATO-NUN BOSNİYA VƏ HERSEQOVİNADAKI ETNOSİYASİ


MÜNAQİŞƏYƏ MÜDAXİLƏSİNİN SƏBƏBLƏRİ

Soyuq müharibənin başa çatmasından sonra, ikiqütblü dünyanın və SSRİ-nin


dağılmasından sonrakı proseslər sosialist dünyanın digər qismi olan
Balkanlardan da təsirsiz ötüşmədi. Bu regionda olan ən böyük hadisə isə
Yuqoslaviyanın parçalanması oldu. Yuqoslaviyanın parçalanması prosesi bu
dövlətin özünəməxsus xüsusiyyətlərinə bağlı olaraq regionun digər dövlətlərindən
fərqli baş vermişdir. Bu dövlət Şərqi Avropanın və Balkanların digər sosialist
dövlətlərindən iqtisadi quruluşu, etnik tərkibi, federativ quruluşa malik olması
və xarici siyasət baxımından köklü fərqlənirdi. Beləliklə, onsuz da zəif əsaslar
üzərində olan Yuqoslaviya rejim dəyişikliyi ilə birlikdə, parçalanma, etnik
çaxnaşmalar baş vermişdir.

Müasir dövrümüzün də ən böyük problemlərindən olan iqtisadi inkişaf


bərabərsizliyi öz təsirini Yuqoslaviyadan da əsirgəmədi. Ölkənin şimalında
olan Sloveniya və Xorvatiya iqtisadi baxımdan nisbətən daha inkişaf etmiş
regionlar olduqları üçün ölkə iqtisadiyyatının liberallaşdırılması və mərkəzdən
asılılığının azaldılması üçün çalışırdılar. Federasiyanın cənubunda yerləşən
respublikalar isə federasiyanın hal-hazırkı iqtisadi böhrandan xilası üçün
iqtisadiyyatın federasiyanın özü tərəfindən idarə olunmasının ən yaxşı yol
olduğunu düşünürdülər. Nisbətən inkişaf etmiş şimal ölkələr zəif olan cənub
ölkələrini “bəslədiklərini” iddia edir, cənub ölkələri isə istismar oldunduqlarını
və gəlirlərdən kiçik pay aldıqlarını irəli sürürdülər. Federasiya daxilində

6
iqtisadi bərabərsizliklər artdıqca ölkələr arasındakı narazılıqlar da artmaqda
idi.

1989-cu ildə Yuqoslaviyanı iflas etdirmək üçün Beynəlxalq Valyuta


Fondu və Dünya Bankı Yuqoslaviya hökumətinə ağır şərtlərlə kredit verdilər.
Təbii ki, bu hadisə Yuqoslaviyanı iqtisadi baxımdan məhv etdi və dağılma
prosesini daha da sürətləndirdi.

Yosip Titonun 1980-ci ildə ölümündən sonra Yuqoslaviyada baş


qaldıran etnik münaqişələr və iqtisadi zəifləmə nəticəsində Yuqoslaviyanın
bütövlüyünü saxlamaq mümkün olmadı. 1990-cı illərdə baş vermiş parçalanma
prosesi nəticəsində Yuqoslaviyanın yerində 7 müstəqil dövlət yaranmağa başladı.
[4, 23]

Yuqoslaviyanın parçalanma prosesinin sürətlənməsi Yosip Titodan sonra


hakimiyyətə gələn Slobodan Miloşeviçin dövrünə təsadüf edir. Miloşeviç Titodan
fərqli bir Yuqoslaviya xəyalı ilə yaşayırdı. Böyük Serbiya planı istiqamətində
Yuqoslaviyanı idarə edən Miloşeviçin dövründə həm Serbiyada, həm də
federasiyanın digər respublikalarında millətçilik hərəkatları gücləndi. Bu dövrdə
seperatist Serbiya, Xorvatiya, irredantist albanlar və müəyyən qədər fərqli
xüsusiyyətlərə malik müsəlman bosniaklar bir yerdə yaşayırdılar.

4 may 1980-ci ildə Yuqoslaviyada siren səsləri dayanmaq bilmirdi. Bu səslər


Yosip Titonun ölümü münasibəti ilə idi. Belə bir vaxtda diplomlu vəkil olan
Slobodan Miloşeviç Kommunist Partiyasında aktiv rol almağa başlamışdı. 1982-ci
ildə isə yüksəlmə nöqtəsi olaraq adlandıra biləcəyimiz Belqrad Kommunist İttifaqı
Şəhər Komitəsində vəzifə tutmağa başladı. Gələcəyi uğrunda təmkinli addımlarla
irəliləyən Miloşeviç üsulunu yaxşı müəyyən etmişdi. Özünü Titonun varisi kimi
önə sürməyə başladı. 1986-cı ildə Kommunist Partiyasının tarixində ən az səslə
partiyanın sədri seçildi. Sədrliyə gəlmə məsələsi də çox maraqlı olmuşdu. Əslində
əksəriyyət Miloşeviçin sədr olmağını istəmirdi, ama kiçik bir qisim var idi ki, onlar
Miloşeviçi zorla sədr kimi irəli sürürdülər və onlar qalib gəldilər.

7
Miloşeviçin qarşısı alınmaz yüksəlişi davam edirdi. Titonun ölümündən
sonra ölkədə vəziyyətin pisləşməsi, sanki “Bizə yeni Tito lazımdır” dedirdirdi.
Xalq arasında “əgər bir xorvat Yuqoslaviyaya 40 il hökm edibsə, eyni şeyi niyə
də bir serb etməsin?..” cümlələri gəzirdi.[7, 638]

27 mart 1987-ci ildə Priştinada serblərin yaşadığı bölgədə təşkil olunmuş


mitinqdə çox şey dəyişdi. Mitinqdə polis serb nümayişçilərini döyməyə
başlamışdı. O anda mikrofonu əlinə alan Miloşeviç “Bu adamlara heç kimin əl
qaldırmağa haqqı yoxdur!” deyə qışqırmışdı. Üzünü serblərə tutaraq isə “Bu
insanlar sizə bir daha əsla vura bilməyəcəklər” demişdi. Bu anda dövlət
televiziyasının kameraları Miloşeviçin qəzəbli üzünə çevrilmişdi. Bütün ölkə
xalqın səsini ifadə edən qəzəbli bir lideri izləyirdi. Bir ay sonra isə Serb Ədəbiyyat
Jurnalının üz səhifəsinə Miloşeviçin şəkli vurulmuşdu. Proses çox sürətlənmişdi və
1989-cu ildə Miloşeviç artıq Serbiya dövlət başçısı olmuşdu. Vidosav Stevanoviç
bu qələbəni belə qiymətləndirirdi: “… Yuqoslaviyadakı professional siyasətçilər
çaşıb qalmışdılar. Miloşeviçin zəfəri gözlənilməyən bir şəkildə çox sürətli və asan
olmuşdu. Heç bir müqavimət görməmişdi... Miloşeviç yüksəlişini şansa deyil,
pərdə arxasında diqqətlə icra olunan fəaliyyətlərə borclu idi. Partiyaya, orduya və
polisə başqa bir adam tərəfindən tapşırılmışdı...”

1989-cu ildə Miloşeviç Kosovonun və Voyvodinanın muxtariyyətini ləğv


edərək, daha sonra Çernoqoriyanın idarəçiliyini dəyişdirərək Yuqoslaviya
idarəçilik sistemində ağırlıq qazanmağa başladı. Belə bir şərait digər respublikalar
üçün Serbiya nəzarətində olan Yuqoslaviyanın daxilində olmaq çətinliyini daha da
artırmağa başladı.

1990-cı illərin əvvəlində Yuqoslaviyada qəflətən elan edilməmiş müharibə


başladı. Müharibəni masa başında planlaşdıranlardan başqa heç kim bunun necə
olduğunu anlaya bilməmişdi. Zahirən əhəmiyyətsiz qarşıdurmalar kimi görünən bu
hadisələr zənciri böyük bir müharibəyə doğru gedirdi. Stevanoviç qeyd edirdi:
“Hər şeyin bir plan üzrə hərəkət etdiyi sonradan məlum oldu”[12]

8
Artıq müharibə başlayır, Yuqoslaviyanın dağılma prosesi daha da
sürətlənirdi. Ölkənin hər bir tərəfini etnik münaqişələr, etnosiyasi gərginliklər
bürümüşdü. Sloveniyadan sonra Xorvatiyanı da müstəqillik ideyaları bürüməyə
başlamışdı. Mileşeviç düşmənlərinin bir həmləsini gözləyirdi, düşmənləri isə bunu
etmişdilər… Belə bir vaxtda Miloşeviç Serbiya və Çernoqoriyanın “Yuqoslaviya
Federal Respublikası” adı altında birləşdiyini elan etdi.

Artıq Yuqoslaviya dağılmışdı. serblər və çernoqoriyalılar özlərini keçmiş


Yuqoslaviyanın qanuni varisləri olaraq gördükləri üçün Yuqoslaviya Federal
Respublikası adlı yeni dövlət qurmuşdular. Lakin, yeni yarnmış bu dövlət
beynəlxalq ictimaiyyət tərəfindən tanınmadan Miloşeviç Yuqoslaviyanın
mülklərini zəbt etmişdi.

Qərb diplomatları və siyasətçiləri də çaşıb qalmışdılar. Kim kimi təmsil


edirdi. Hansı hansı dövlət idi? Vəziyyət çox qarmaqarışıq bir hala gəlmişdi.
Amma, Qərb Miloşeviç ilə Yuqoslaviyanın adından danışır və müqavilələr
imzalayırdı. Stevanoviç də bu hadisələri öz kitabında çaşqın bir şəkikdə qeyd edir:
“Ya Qərb çox sadəlövh idi, ya da Miloşeviç Qərbi hansısa yolla razı salmağı
bacarmışdı.” Lakin, Miloşeviç ilə Qərbin birgə hərəkət etdiyi ehtimalının
olmadığını düşünürdü.[14, 842]

Bosniya və Hersoqovina Yuqoslaviyaya daxil olan respublikalar arasında


etnik tərkibi ən qarmaqarışıq olan respublikadır. 1991-ci il statistikasına əsasən, 4
milyon 760 min əhalisi olan Bosniya və Hersoqovinanın əhalisinin 44%-ni
müsəlmanlar, 31%-ni serblər, 17%-ni xorvatlar təşkil edirdi. Demək olar ki, heç
bir etnik qrup mütləq üstünlüyə sahib deyildi. Hər bir etnik qrup ölkənin hər
tərəfinə yayılmışdı. Lakin, xorvatlar qərbi Hersoqovinada, serblər mərkəzdə və
şimal-şərqi regionlarda xüsusilə çox idilər. Ölkə ərazisində yaşayan etnik
qruplar eyni slavyan mənşədən olmalarına baxmayaraq aralarında ciddi
məzhəb, dini və mədəni fərqliliklər var. Bosniaklar xorvataların fikrincə xorvat

9
mənşəli, serblərin fikrincə serb mənşəlidir. Bosniaklar isə özlərini həm
xorvatlardan, həm də serblərdən tam fərqli etnik qrup olaraq qəbul edirlər.

1990-cı ildə ölkədə keçirilmiş çoxpartiyalı seçkilərdə müsəlmanların


yaratdığı “Demokratik Aksiya Partiyası” əksəriyyətin səsini qazandı və
partiyanın sədri Aliya İzzetbeqoviç prezident seçildi. Seçki nəticələri ölkədəki
dərin bölünməni də nümayiş etdirirdi. Bu seçkidə müsəlmanlar 36%, serblər
30%, xorvatlar 18% səs qazanmışdılar. Bu nisbət isə müsəlmanların təkbaşına
iqtidar olmaları üçün kifayət etməmişdir. Ölkədə hakimiyyətə millətçi
partiyalardan ibarət koalisiya gəlmişdir. Lakin, koalisiya daxilində fikir ayrılığı
gözə çarpmaqda idi. Hər birisinin proqramı bir-birindən fərqli və bəzi məqamlarda
zidd idi. Partiyalar arasında baş verən qarşıdurmalar dövlətin digər qurumlarına da
əks olunmaqda idi.[11, 201]

Həm Miloşeviç, həm də Tudjman tarix boyu Bosniya adlı bir yerin mövcud
olmadığını irəli sürərək “Böyük” ölkələrin torpaqlarının Bosniya torpaqları
hesabına genişləndirmək haqqında planlar qururdular.

Əsrlər boyu Bosniyada birgə yaşayan üç xalqın münasibətləri pisləşmişdi.


Bosniyadakı xorvat ustaşalar Xorvatiyadakı, serb çetnikləri isə Serbiyadakı böyük
qardaşlarının sözündən çıxmır və Bosniyada onların alətləri kimi çıxış edirdilər.
Bu hadisələr zənciri ekspertlərin də diqqətini cəlb etmişdi. Altı əsr boyu bir-birilə
münaqişəsiz şəkildə birgə yaşayan üç xalq necə oldu ki, bir anda düşmən oldular.
Ya da bir-biri ilə savaşan bu xalqlar necə oldu ki altı əsr boyunca qardaş kimi
birgə yaşadılar?

Serb Elmlər Akademiyasında serb milliyyətçiliyinin əsas məqsədləri belə


göstərilmişdi: Etnik baxımdan yekcins olan Böyük Serbiya qurulmalı; etnik
təmizliyə türk əsilli bosniak müsəlmanlar və Kosovadakı müsəlmanların
qırılması ilə başlanmalı; müsəlman və türklərin kütlə halında məhv edilməsi
həyata keçirilərək sağ qalanların isə Türkiyəyə sürülməsi ilə etnik təmizliyə
nail olunmalı.

10
Miloşeviç 1989-cu ildə “Hər hansı bir yerdə serb yaşayırsa ora
Serbiyadır və heç kim onları azlıq kimi görə bilməz” deyərək milliyyətçilik
cərəyanlarını dahada gücləndirmişdir.

Serblər slovenlərin və xorvatların müstəqillik uğrunda fəaliyyətlərinə də


şiddətlə qarşı çıxırdılar. Etirazlarını hüquqi olaraq əsalandırmaq istəyən serblər
iki məqamda xüsusi vurğulayırdılar. Bnlardan biri Yuqoslaviya Fedarasiyasının
qurulmasından bəri federasiyaya daxil olan dövlətlərin sərhədlərini müəyyən
edən heç bir rəsmi sənədin olmaması, digəri isə etnik qrupların öz
yaşadıqları yerin müstəqilliyini elan etmək prinsipindən hərəkət edərək hər
respublikanın daxilində yaşayan serblərin öz yerlərində müstəqilliklərini elan
etmələrinin təbii bir hal olduğudur.[17, 162]

Sloveniya və Xorvatiyada müstəqillik uğrunda mübarizənin davam etdiyi


vaxtda Bosniya və Hersoqovinadakı aksiyalar da siyasi hərəkata çevrilməyə
başladı. 1991-ci ilin ortalarında serb-xorvat problemi Bosniya və Hersoqovinaya
da öz təsirini göstərirdi. İyun ayında prezident İzzetbeqoviç Xorvatiya dövlət
başçısı Franjo Tudjman və Serbiya dövlət başçısı Slobodan Miloşeviç tərəfindən
irəli sürülən Bosniya və Hersoqovinanın etnik əsaslarda kantonlara bölünməsinin
gündəmə çıxarılacağı görüş təklifini rədd etdi.

25 iyun 1991-ci ildə Xorvatiya və Sloveniyanın müstəqillik qazanmasından


sonra, İzzetbeqoviç Makedoniyanın liderliyində Yuqoslaviyada fərqli federasiya
formalaşdırılması təklifini irəli sürdü.

29 fevral 1992-ci ildə keçirilmiş referendumda 94,4% səs çoxluğu ilə


müstəqillik qərarı verildi. Prezident İzzetbeqoviç nəticələrin açıqlamasından sonra,
3 martda 1992-ci ildə Bosniya və Hersoqovinanın müstəqilliyini elan etdi.
Respublikanın rəsmi adında sosialist termini götürüldü. Müstəqil Bosniya və
Hersoqovina Respublikası 6 aprel 1992-ci ildə Avropa İqtisadi Birliyi (AİB) və
ABŞ tərəfindən tanınmışdır. 22 may 1992-ci ildə isə BMT-yə üzv olmuşdur.

11
3 mart 1992-ci ildə Bosniya və Hersoqovinanın müstəqilliyini elan etməsi və
bu qərarın keçirilmiş referendumda müsəlmanlar və xorvatlar tərəfindən
təsdiqlənməsi ölkədə yaşayan serblər tərəfindən kəskin reaksiya ilə qarşılanmışdır.
Həmin referendum serblər tərəfindən boykot edilmişdi. Həm də, serblər
federasiyadan ayrılmağı müharibə üçün səbəb olaraq elan etdilər.

Bosniya və Hersoqovinanın müstəqilliyi Yuqoslaviyanın digər


respublikalarından fərqli olmuşdur. Dünya ictimaiyyətinin gözləmədiyi nəticələr
baş vermişdir. Belə ki, Serbiya hökuməti bunu əsla qəbul etməyəcəyini
açıqlamış və Federal ordu tərəfindən dəstəklənən serblər etnik təmizliyə
başlamışdılar. 1991-ci ilin oktyabrında Miloşeviç əmri ilə Federal ordu (JNA) ölkə
ərazisinə 5000 əsgər göndərdi.[8, 86]

Bosniyalı serblərin də düşməncə mövqeyi vəziyyəti daha da gərginləşdirirdi.


Xüsusilə Bosniyalı serblərin lideri Radovan Karaciçə Miloşeviç tərəfindən
göstərilən silah və maddi yardım gərginliyi daha da artırırdı. Müstəqillik elanının
münaqişəsiz olaraq serblər tərəfindən qəbul edilməyəcəyi açıq şəkildə görünürdü.
Digər tərəfdən isə, Serbiyanın dəmir pəncəsi altında yaşamaq da Bosniya xalqı
üçün qəbul edilməz vəziyyət idi.

Avropa İqtisadi Birliyi müstəqillik elan etmə məsələsində tərəddüd içində


olan Aliya İzzetbeqoviç hökumətinə əgər Bosniya müstəqilliyini elan edərsə həm
AİB, həm də BMT tərəfindən tanınacağını və beləliklə Xorvatiya taktikası ilə
Belqradın qəzəbindən yayınacağı ilə bağlı qarantiya vermişdilər. Bosniya
hökumətinə həm də müstəqillik ilə bağlı referendum keçirilməsi və bu demokratik
yolla dünya ictimaiyyətinin də himayəsi altına keçəcəkləri təəssüratlarını
vermişdilər. Lakin, bütün bunların oyun olduğu məlum olacaqdı.

Müstəqilliyin elan edilməsindən az sonra paytaxt Sarayevo və ölkənin


müxtəlif yerlərində müsəlmanlarla serblər arasında münaqişələr başladı. 27 martda
serblər öz nəzarətləri altında olan və əvvəlcədən muxtariyyətini elan etdikləri
regionda “Bosniya-Hersoqovina Serb Respublikası” qurduqlarını elan etdilər.

12
Serb muxtar regionlarını və Bosniya və Hersoqovinanın 65% torpağının
daxil olduğu Serb respublikasını Bosniya Hersoqovina hökuməti qanun dan kənar
elan etdi. Bununla, mübahisələr daha da alovlandı və daxili müharibələr artmağa
başladı.

Bosniya parlamenti də qarışmışdı. Radovan Karaciç bir müharibə başlayacağı


təqdirdə bütün müsəlmanların məhv olacağını parlamentdə söyləyirdi. Sonrakı
günlərdə isə Karaciç və adamları Miloşeviçdən aldıqları əmr çərçivəsində bu
parlamenti tanımadıqlarını elan edib rəsmi məqamları tərk etdilər. 1991-ci ildə isə
Yuqoslaviya ordusu serbləri silahlandırmağa başlamışdı. Banan daşıqıqlarını deyən
yük maşınlarını saxlayan bosniaklar maşınların böyüklü-kiçikli silahlarla dolu
olduğunu görmüşdülər. Silahlar isə mülki serblərə aparılırdı. Deyilənə görə, ordu o
günlərdə serblərə 51.900 yüngül, 17.300 ədəd isə ağır silah paylamışdı. Bu
məqamda Miloşevim və Tujmanın Bosniyanı parçalamaq üçün müqavilə
bağladıqları fikirləri qulaqdan qulağa yayılmaqda idi.[15, 78]

“Məcburən yaradılan bu vəziyyətə qarşı müqavimət göstərib-göstərməmək


tərəddüdü içində idik. Mübarizə mi aparacaqdıq yoxsa cərəyan edən hadisələri
qəbul mu edəcəkdik? Yalar keçdikcə qarşıdurmalar daha da alovlanırdı. Biz
bosniaklar ehtimal olunan müharibədən yan keçmək üçün əlimizdən gələn hər şeyi
etdik.

Sadəcə Sarayevoda Yuqoslav ordusuna aid səkkiz bölmə bölmə var idi və
Yuqoslav ordusu tatamamilə serblərin nəzarətində idi. Sarayevo əsgərlərlə dolu
idi...” deyə qeyd edirdi Aliya İzzetbeqoviç.

Bosniaklar o günlərdə daha sonra Bosniya-Herseqovina ordusuna çevriləcək


Milli Müdafiə Şurasını yaratdılar. 1992-ci Yuqoslav ordusu Xorvatiyadan
Bosniyaya çəkilməyə başladı. Ordunun gəlişi fəlakətin yaxınlaşdığının göstəricisi
idi. İşlər tamamilə qarışırdı. Ölkəni bölmək istəyən serblər 9 yanvar 1992-ci ildə
muxtar region qurduqlarını elan etdilər. Bosniya və Makedoniyanın müstəqillikləri
isə referendumun nəticəsinə əsasən qəbul ediləcəyi açıqlandı. Hər nə qədər bunun

13
ikili standart olduğu aşkar olsa da, Bosniya Parlamenti məcburən referendum
keçirmək qərarı verdi. Bosniya serbləri referendumu boykot edəcəklərini elan
etdilər. Xalqın iştirak səviyyəsini aşağı salıb referendumu etibarsız etmək
istəyirdilər. Bunun üçün Bosniya küçələrində barrikadalar quraraq insanlara
kimliklərini soruşmağa və haradan gəlib haraya getdiklərini sorğulamağa
başlamışdılar. [3, 52]

Referendum 28 fevral-1 mart 1992-ci ci il tarixləri arasında keçirildi. Xalqın


66%-i referendumda iştirak etmiş və iştirak edənlərin 99%-i “bəli” demişdi.
Avropa İttifaqı və ABŞ Bosniya və Herseqovinanın müstəqilliklərini həmin gün
tanıdılar, Serb Demokrat Partiyasının lideri Radovan Karaciç isə Bosniya və
Hersoqovina dövlətini tanımadıqlarını elan etdi. Yuqoslav ordusu tərəfindən
başlanmış hücumlara silahlanan serb çetniklər də əlavə olunmağa başlamış və
çetniklər kəndlərə hücum etməyə başlamışdılar. Avropanın ortasında bir paytaxt
mühasirəyə alınmışdı. Sarayevoda insan ovu var idi… Maraqlı fakt budur ki, ilk
güllələr də məhz SDS Partiya binasından atılmışdı.

Müdafiəsiz və silahsız qalan bosniaklar isə gizlənirdilər və edə biləcəkləri


çox başqa bir şey də yox idi. Çünki müqavimət göstərmək üçün əllərində heç bir
texnika yox idi. Ağır bir bombardman altındakı bir Avropa paytaxtı- Sarayevo
dünyadan tamamilə qopmuşdu.

Fransız filisofu Jean Baudrillard Miloşeviçin yüksəlişi, hakimiyyətə


gəlməsi və Yuqoslaviyada cərəyan edən etnik problemlərlə bağlı olaraq Lette
jurnalının 1995-ci ilin qışında çıxan sayında qeyd etmişdi. Baudrillard
müsəlmanların Yuqoslaviyada məruz qaldığı soyqırımını “Yeni Avropa nizamının
təkamül prosesində bir mərhələ” olaraq xarakterizə edir və qeyd edirdi: “Etnik
təmizliyin icraçısı olan serblər serblər yeni formalaşan Avropa nizamının
qabaqcıllığını edirlər”. Günahsız bosniakların cəsədləri üzərində yüksələn Yeni
Avropa Nizamının necə bir şey olduğunu öyrənmək üçün Baudrillardın 1997-ci
ildən çıxan “Qüsursuz Cinayət” adlı kitabına baxmaq lazımdır: “İşin əsli budur ki,

14
serblər etnik təmizləmə vasitəsi olaraq yeni Avropanın inşasında əhəmiyyətli rol
oynadılar. Əsil Avropanın, Bəyaz Avropanın həm iqtisadi, həm etnik, həm də
əxlaqi baxımdan suvaqlanmış, arınmış Avropanın… Parlamentlərin kölgəsində
formalaşan əsil Avropa budur və bu Avropanın qabaqcılı Serbiyadır.” [19, 195]

NATO-nun Bosniya və Hersoqovinaya hərbi müdaxiləsinin normativ-


hüquqi əsasları haqqında isə bunları qeyd edə bilərik. BMT nizamnaməsinin VII
hissəsində olan 39-cu maddə sülhə təhdid, sülhün pozulması və hücum
vəziyyətində Təhlükəsizlik Şurasına bunu müəyyən etmək və lazımlı tövsiyələr
vermək səlahiyyəti vermişdir. 39-cu maddədə göstərilmiş vəziyyətlərdən birinin
reallaşdığına qərar verən Təhlükəsizlik Şurası ya 41-ci maddədə göstərilən güc
tətbiqini ehtiva etməyən yollara müraciət etməyə qərar verə bilər, ya da 42-ci
maddəyə uyğun olaraq hava, quru və dəniz qüvvələri vasitəsilə güc tətbiq
edilməsini ehtiva edən hər cür davranışı nümayiş etdirə bilər. Əgər Təhlükəsizlik
Şurası 42-ci maddəyə uyğun olaraq qüvvət istifadəsini ehtiva edən tədbirlərə qərar
versə özünün hərbi gücü olmadığından üzv dövlətlərdən BMT-nin əmrinə qüvvə
vermələrini tələb edə bilər. Həmçinin, BMT məcburedici tədbirlərin həyata
keçirilməsi üçün regional təşkilatlardan da istifadə edə bilər. BMT müqaviləsinin
53-cü maddəsi Təhlükəsizlik Şurasının öz səlahiyyətindəki məcburiyyət
tədbirlərini tətbiq etmək üçün regional təşkilatlardan istifadə edə biləcəyi göstərilsə
də Təhlükəsizlik Şurasının icazəsi olmadan bu təşkilatların özbaşına məcburiyyət
tədbirlərinin həyata keçirə bilməyəcəkləri də ifadə olunmuşdur.

Bosniya və Hersoqovinadakı münaqişəyə NATO müdaxiləsi BMT-nin


yuxarıda göstərilən 39-cu maddəsinə əsasən, Bosniyadakı qarşıdurmanın
beynəlxalq sülhü və təhlükəsizliyi təhdid etdiyinin qəbul edilməsi və bu
qarşıdurmanı dayandırmaq üçün 42-ci və 53-cü maddələrinə əsaslanaraq NATO-ya
BMT-nin adından güc tətbiq etmə səlahiyyəti verilməsi nəticəsində reallaşmışdır.
Yəni bu müdaxilə BMT qərarı əsasında reallaşdığı üçün hüquqa uyğundur. NATO-
nun müdaxiləsinə zəmin hazırlayan Təhlükəsizlik Şurasının 816 və 836 saylı
qətnamələri olmuşdur. Təhlükəsizlik Şurası 31 Mart 1993-cü il tarixində qəbul
15
etdiyi 816 saylı qətnamə ilə üzv ölkələrə regional təşkilatlar vasitəsilə və ya öz
təşəbbüsləri ilə Bosniya və Herseqovina hava məkanı pozuntularına qarşı lazımi
tədbirlər görmək səlahiyyəti vermişdir. NATO-nun 12 Aprel 1993-cü ildə başladığı
əməliyyatın zəmini də bu qətnaməyəəsaslanır. Təhlükəsizlik Şurasının 4 aprel
1993-cü ildə qəbul etdiyi 836 saylı qətnamə isə üzv ökələrə etibarlı zonalarda
UNPROFOR-u vəzifələrini icra edərkən dəstəkləmək məqsədilə hava
qüvvələrindən istifadə edərək lazımi tədbirlər görmək səlahiyyəti vermişdir. Bu
qərara söykənərək NATO 10-11 aprel 1994-cü il tarixlərində iki havadan dəstək
əməliyyatı təşkil edərək Goradze bölgəsindəki Bosniyalı serb mövqelərini
vurmuşdur. Ancaq NATO 1995-ci ilin avqustuna qədər dar əhatəli əməliyyatlar
həyata keçirmiş və məhdud güc tətbiq etmişdir. [28]

BMT-nin Baş katibi Qalinin müavini və sülhməramlı əməliyyatlardan məsul


olan Kofi Annan BMT-nin NATO-nu güclü hava hücumlarının başlamasında
əhəmiyyətli rol oynamışdır. 29 avqust 1995 tarixində Annan BMT hərbi
komandirlərinə Bosniya hava hücumlarına veto qoyma hüquqlarını bir müddət
üçün təxirə salma təlimatı verdiyini ABŞ-a bildirmiş, beləliklə hava hücumları
haqqında qərarlar yalnız NATO-nun nəzarətinə keçmişdir.

Halbuki bu zamana qədər etibarlı zonaların qorunması üçün qüvvə istifadəsi


məsələsində BMT və NATO-nun birlikdə qərar almasını tələb edən “iki açar”
nizamlaması qüvvədə idi. Bu nizamlamaya görə, hər iki təşkilat digərinin hava
qüvvəsi istifadəsinə veto qoymaq hüququna sahip idi. Bu isə qüvvə istifadə etmə
məsələsində fərqli görüşlərlərdə olan NATO ilə BMT-nin arasında münaqişənin
yaranmasına səbəb olur və hər iki təşkilat öz üstünlüyün qəbul etdirməyə çalışırdı.
Həm bu anlaşmazlıq həm də BMT-nin NATO-nu gecikdirmə siyasəti 1995
avqustuna qədər həyata keçirilən əməliyyatların müvəffəqiyyətsizliklə
nəticələnməsinə səbəb olmuşdur.

NATO-nu Təhlükəsizlik Şurasının 836 saylı qətnaməsi ilə qüvvə istifadə


etmə məsələsində səlahiyyətləndirən BMT gətirdiyi 'iki açar' nizamlaması ilə bu

16
səlahiyyəti məhdudlaşdırmış, NATO-nun ola biləcək hərbi müdaxilələrinə nəzarəti
öz üzərinə götürmüş və təsdiqi olmadan NATO-nun hərəkətə keçməsinə maneə
törətmişdi. Ancaq 1995 avqustunda Annanın səyləri nəticəsində “iki açar”
mexanizmi ortadan qalxmış və qüvvət istifadə səlahiyyəti tamamilə NATO-ya
öhdəsinə verilmişdir. Bəzi hüquqçulara görə, 1995-ci ilin avqustundakı hərbi
müdaxilənin NATO-nun öz təşəbbüsü altında reallaşmış olması BMT
nizamnaməsini pozulması deməkdir. Lakin, onu da nəzərə almaq lazımdır ki
müdaxiləni NATO-nun nəzarətinə verən də elə BMT-nin özü olmuşdur.[10]

FƏSIL II

BMT-NİN SÜLHMƏRAMLI FƏALİYYƏTİNİN UĞURSUZLUĞU VƏ


NATO-NUN BOSNİYA VƏ HERSEQOVİNADA HƏRBİ
ƏMƏLİYYATLARI

Bosniya və Herseqovinada müharibənin genişlənməsindən sonra BMT baş


katib müavini Marcak Gouldinq 1991-ci ilin may ayında Bosniya-
Herseqovinaya BMT əsgərinin göndərilməsi məsələsinin dəyərləndirilməsi

17
haqqında hesabat hazırladı. Bu hesabatda Sarayevoda olan UNPROFOR
qərargahındakı personalın təhlükəsizliyinin daha uzun müddət təmin
edilməsinin çətinliyi və Bosniya-Herseqovinaya BMT sülhməramlı
qüvvələrinin göndərilməsinə ehtiyac olmadığı vurğulanırdı.

Münaqişənin daha da genişlənməsi ilə Avstriya, Macarıstan və


Kanadanın tələbi ilə BMT Təhlükəsilik Şurası 25 oktyabr 1991-ci ildə
yenidən toplanaraq Yuqoslaviya böhranını müzakirə etmiş 713 saylı qətnamə
verlmişdir. Bu qətnaməyə görə, BMT Təhlükəsizlik Şurasının qərarı olmadan
Yuqoslaviyaya silah satışı qadağan edilmişdi. Baş katibin hesabatına əsasən 21
noyabr 1991-ci ildə BMT sülhməramlı qüvvələrinin yaradılması haqqında
qərar səs birliyi ilə qəbul edilmiş, embarqo qərarının isə ciddiyyətlə tətbiq
edilməsi vurğulanmışdı.

Təhlükəsilik Şurası 743 saylı qətnamə ilə UNPROFOR qərargahının


Bosniya və Herseqovinada qurula biləcəyi və müəyyən bölgələrdə fəaliyyətini
icra edə biləcəyi nəzərdə tutulurdu.[24, 183]

Həmin günlərdə prezident İzzetbeqoviç və BMT Baş Katibliyi arasında


gedən danışıqların nəticəsində 15 noyabr 1992-ci ildə Təhlükəsizlik Şurası
toplanmış və səsbirliyi ilə 752 saylı qətnamə qəbul edilmişdir. Bu qətnamə
ilə Serbiya və Çernoqoriyanın Bosniyadan çıxması, Bosniya-Herseqovinanın
daxili işlərinə qarışmaması, milis qüvvələrinin dağıdlması, silahsızlaşdırılaraq
beynəlxal nəzarətə verilməsi, Serbiya və Çernoqoriyaya tibbi vəsait və
ərzaqdan başqa heç bir məhsulun idxal edilməsinin qadağan edilməsi, hava
əlaqələrinin kəsilməsi nəzərdə tutulurdu.

Təhlükəsizlik Şurasının 15 iyun 1992-ci ildə olan hesabatında serblərin


və xorvatların xaricdən yardım aldıqları göstərilirdi. Dənizə çıxışı yox
səviyyədə olan Bosniya-Herseqovinanın vəziyyəti çox ağır idi. Humanitar
yardımların serb və xorvatlar tərəfindən qarşısının alınmasından sonra BMT
TŞ 18 iyun 1992-ci ildə 760 və 13 vaqust tarixində də 771 saylı qətnamələr

18
ilə müsəlmanların serblər tərəfindən enik təmizliyə məruz qalmasını
qınamışdır. Silah embarqosu serblər və xorvatlar tərəfindən bəzi ölkələrdən
hərbi vəsaitlər alaraq pozulurdu. Baş Assambleyanın tövsiyyə xarakterli
qətnamələrinin vəziyətdə heç bir dəyişiklik etmədiyini görən BMT TŞ
Yuqoslaviyanı Baş Assambleyadan çıxardı. 16 noyabrda isə Serbiya və
Xorvatiya dənizdən mühasirəyə alındı.[13]

1992-ci ildə müvəqqəti olaraq yaradılan UNPROFOR-un 1993-cü ildə


nəzarət zonası genişləndirilmiş və effektivliyi artırılmışdır. Təhlükəsizlik
Şurası 23 fevral 1993-cü ildə keçmiş Yuqoslaviya torpaqlarında insan
hüquqları pozuntusunda məsuliyyət daşıyan insanların mühakiməsini təmin
etmək məqsədilə beynəlxalq məhkəmə qurmuşdur. Eyni zamanda, 1991 və
1992-ci ildə Yuqoslaviyaya qarşı tətbiq etdiyi sanksiya qərarlarının daha da
gücləndirilməsi istiqamətində addımlar atılmışdır. 20 dekabr 1993-cü ildə
qərarla da etnik təmizlik və sistematik təcavüz bir daha qınanmışdır.

1993-cü ildə isə müsəlmanlara qarşı hücumların artmasından sonra


müsəlmanların özünü müdafi hüququ istiqamətində silah embarqosunun tək
tərəfli yüngülləşdirilməsi ilə bağlı təkliflər artmağa başladı. İngiltərənin
keçmiş baş naziri Marqaret Tetçer isə serblər tərəfindən törədilən qırğının
qarşısının alınması üçün tətbiq edilmiş silah embarqosu, humanitar yardım və
uçuş qadağası kimi siyasətlərin effektiv olmadığını vurğulayaraq silah
embarqosunun aradan qaldırılmasına ehtiyac olduğunu bildirmişdir. Lakin,
qarşıdurmaların daha da artacağı səbəbindən qəbul edilməmişdi.

27 aprel 1993-cü ildə müsəlmanların serblər tərəfindən qırğına məruz


qalmasından sonra 820 saylı qətnamə ilə humanitar yardımdan başqa bütün
malların qurudan və sudan Yuqoslaviya ərazisinə keçirilməsi qadağan
edilmiş, Dunay çayının Yuqoslaviya torpaqlarından kənarda qalan hissəsində
Yuqoslav gəmilərinin hərəkət etməsi qadağan edilmiş, Adriatik dənizində
Yuqoslaviyanın 12 millik sularının nəzarət altına alınması nəzərdə tutulmuş,

19
Yuqoslav dairələri tərəfindən xarici ölkələrdən alınmış bütün maliyyə fondları
dondurulmuş və hansı dövlətə aid olursa olsun bu sanksiyaları pozan bütün
vasitələrin zəbt ediləcəyi nəzərdə tutulmuşdur.[29]

7 may 1993-cü ildə serb hücumlarına məruz qalan paytaxt Sarayevo,


Srebreniça, Zepa, Bihaç, Goradze və Tuzla şəhərləri təhlükəsiz zona elan
edilmiş və bu bölgələrin havadan müdafiə olunmasına qərar verilmişdir.

Lakin, BMT-nin qərar və qətnamələri həyata keçirilmir, serblərin


müsəlmanları qırmasına göz yumulurdu. Təhlükəsiz zonalar qorunmamış,
Bosniya-Herseqovina üzərindəki uçuş qadağasının dəfələrlə pozulduğu BMT
tərəfəfindən də açıqlanmışdır. Yuqoslaviyaya tətbiq edilən silah embarqosunun
isə serblərin və xorvatların leyhinə pozulduğu aşkar idi. Müsəlmanların
qırılmasında məsuliyyət daşıyan serblərin yuxarıdakı məsul şəxslərə hesabat
edilməsinə baxmayaraq, müxtəlif bəhanələr irəli sürülərək müdaxilə edilməmiş,
serblərin müsəlman qırğınını istədikləri kimi həyata keçirmələrinə göz
yumulmuşdur. Serb qüvvələrinin şəhərləri mühasirəyə alması və şəhərə girmə
vaxtlarında onlara qarşı passiv müqavimət göstərilmişdi. Bosniyadakı
sülhməramlı qüvvələrin fransız komandiri sülhə ən böyük maneənin
Srebreniça kimi bölgələri görür və BMT baş katibi Qaliyə münaqişənin
danışıqlar yolu ilə həllinə inandıraraq hava hücumlarına qarşı çıxırdı. BMT-
nin də tutarsız davranışları nəticəsində serblər rahatca hərəkət edir və
müsəlman qırğınını həyata keçirirdilər. Bosniaklar isə BMT-nin bu cür
mövqeyinə öz etirazlarını bildirir, onların müdafiəsi üçün BMT
səlahiyyətlilərinə xəbərdarlıq edir və xalqdan müsadirə edilmiş silahların geri
qaytarılmasını tələb edirdilər. Halbuki, BMT nizamnaməsinin 51-ci maddəsi
hər bir xalqa özünü müdafiə hüququnu vermişdi.[8, 276]

Bosniyanın ən şərqində, Serbiya ilə sərhəddə yerləşən Srebreniça şəhəri


serblərin Belqrad ilə aralarındakı ən böyük maneə idi. Digər şəhərlərdən də
buraya bosniakların axışması nəticəsində şəhərin əhalisi 10.000-dən 60.000-ə

20
çatmışdı. Buraya buradakı əhalini qorumaq məqsədilə yerləşdirilmiş BMT
sülməramlıları nəinki buradakı əhalini qoruya bilmir, xaricdən gələn
yardımları da qoruya bilmirdi. Göndərilmiş yardımlar serblərin icazəsi
olmadan kəndlərə çatdırılmırdı. Srebreniça hər cür hucuma açıq vəziyyətdə
idi.

Şəhərin itirilməsindən sonra minlərlə insan Hollandiya əsgərlərinin


nəzarətində olan Potocari düşərgəsinə sığındılar. Hollandiyaları BMT
sülhməramlıları isə qorumaq vəzifələri olduqları insanları serblərə təslim
etmişdilər. Hətta, düşərgədəki bosniaklar silah gücüylə məcburən düşərgədən
çıxarılaraq serblərə təslim edilmiş, serb hərbi maşınlarına yanacaq da təmin
edilmişdir. Beləliklə müsəlmanların serblər tərəfindən qırğını BMT
qüvvələrinin gözləri önündə və hətta onların dəstəyi ilə həyata keçirilmişdi.

Serblərin Srebreniça küçələrində insanları toplayıb kişilərin kütləvi


qırğın mərkəzlərinə, qadınlara isə təcavüz edərək yaşlılarla birlikdə şəhər
kənarında sürdüyü bir vaxtda BMT xüsusi təmsilçisi Akaşi BMT baş katib
müavini Annana yazdığı hesabatda serblərin bosniakları beynəlxalq qüvvələrə
təslim etdiyini bildirir və serblərin sivillərə qarşı heç bir aqressiyasının
olmadığını, fiziki zorakılığa rast gəlinmədiyini vurğulayırdı.

Keçmiş Yuqoslaviya üçün qurulan müharibə cinayətləri məhkəməsinin


ilk hesabatında regionda baş verənlər etnik təmizlik və sistematik təcavüz
olaraq xarakterizə edilirdi. Hollandiya parlamentinin bir araşdırma komissiyası
tərəfindən 27 yanvar 2003-cü ildə açıqlanan hesabatda soyqırımdan tamamilə
Hollandiya hökumətinin məsul olduğu bildirilir, sözdə müdafiə altında olan
bölgənin serblər tərəfindən ələ keçirilməsindən sonra Hollandiya qüvvələri
etnik təmizlikdə əməkdaşlıq deyilə biləcək formada kömək etməkdə
təqsirləndirilirdi. Daha sonra ortaya çıxan bir çox BMT sənədləri
Srebreniçada soyqırım davam edərkən Miloşeviç və BMT səlahiyyətlilərinin
tez-tez görüşdüklərini ortaya çıxarmışdır.

21
Bosniya-Herseqovina İtkilərini Araşdırma Komissiyasının sədri Amor
Msoviç Srebreniçada BMT-nin bosniakların əsla unuda bilməyəcəkləri
xəyanəti həyata keçirdiyini ifadə edir, BMT əsgərlərinin serbləri silah, paltar,
texnika ilə təmin etdklərini və BMT-nin verdiyi uniformaları geyən serblərin
özlərini BMT əsgərləri kimi tanıdıb bosniakları ələ keçirib qətl etdiklərini
bildirirdi. The Independent qəzeti də Bosniayadakı BMT qüvvələrinin
müsəlmanlara silah çatdırılmasına imkan verməyərək serbləri
mükafatlandırdıqlarını yazmışdı.

Srebreniça soyqırımının 11-ci ildönümü çərçivəsində Sarayevoda


“Srebreniça soyqırımı: Beynəlxalq ictimaiyyət bilirdimi?” mövzulu konfransda
açılış nitqi söyləyən BMT baş katib müavini Dieqo Enrike Arria
Srebreniçanın BMT tarixində gizlədilməyə çalışılmış ən böyük hadisə
olduğunu qeyd etmişdi.[2, 69]

BMT-nin uğursuz sülhməramlı fəliyyətinə əks olaraq NATO isə


Bosniaya müəyyən edici hərbi əməliyyatlar həyata keçirmişdir. Deliberate
Force Operation adlanan əməliyyat NATO-nun UNPROFOR ilə birgə Serb
Respublikasına (Република Српска) qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi
əməliyyatdır. Bosniya serb hərbi və sivil hədəflərinə qarşı NATO
bombardmanı üçün əsas olaraq isə Srebreniça qırğını və Markale bazarındakı
partlayış göstərilmişdi.

İngiltərənin ITN telekanalının 6 avqust 1992-ci ildə göstərdiyi


Trnopolye ölüm düşərgəsindən görüntülərdən sonra Balkanlara hərbi
müdaxilənin hazırlanması prosesi sürətləndi. 29 noyabr 1992-ci ildə ABŞ
Hava Qüvvələri keçmiş komandiri Michael Dugan The New York Times
qəzetinə ABŞ-ın serblərə hücuma hazırlaşdığını bildirmişdi. Balkan fırtınası
adlı bir plana görə, Pentaqon Bosniyalı serblərin hərbi nöqtələrinə və
Serbiyadakı elektrik stansiyalarına, fabriklərə, depolara və nəqliyyat yollarına

22
borbardman təşkil etməyi nəzərdə tutulurdu. Corc Buşdan sonra iqtidara gələn
Bill Klinton bu planların tətbiq edilməsində qətiyyətli rol oynadı.[23]

ABŞ-ın təzyiqi altında olan BMT TŞ 31 mart 1993-cü ildə Bosniya və


Hersoqovina üzərindəki uçuş qadağasını pozan serb təyyarələrinin müəyyən
şərtlərlə düşürülməsini nəzərdə tutan 816 saylı qərarı qəbul etdi. 12 aprel günü
BMT 816 saylı qərarı əsasında NATO-nun döyüş təyyarələrinin Deny Flight
(Uçuş Qadağası) hərəkatı başladı. 1993-cü ilin mart və aprelindəki Srebreniça
böhranı üzərinə, BMT Təhlükəsizlik Şurası, Körfəz müharibəsində İraqdakı kürd
bölgələri üçün istifadə etdiyi “Etibarlı zona” düsturunu bir daha tətbiq etmiş və
16 Aprel 1993-cü ildə çıxardığı 819 saylı qətnamə ilə Srebreniçanı “etibarlı
zona” elan etmişdir. Buna əlavə olaraq BMT-nin 6 May 1993-cü ildə çıxardığı
824 saylı qətnamə ilə Jepa, Tuzla, Sarayevo, Gorajde və Bihaç'ı 'etibarlı bölgə'
əhatəsinə daxil edilərək etibarlı bölgə sayı altıya yüksəldilmişdir. ABŞ-ın məqsədi
etibarlı zonalardakı bosniaklara sivil serblərə hücum etmələri üçün yaşıl işıq
yandırmaq və ola biləcək hər hansı qarşıdurma vəziyyətində serblərə qarşı güc
istifadə etmək idi. NATO təyyarələri Bosniya və Hersoqovina üzərindəki uçuşa
qadağan zonanın və etibarlı zonaların qorunması üçün 28 fevral, 10-11 aprel, 5
avqust, 22 sentyabr, 21-23 noyabr 1994-cü il və 25-26 may, 11 İyul, 4 avqust
1995-ci il tarixlərində serblərə qarşı hücumlar həyata keçirdi. Eyni zamanda anti-
Serb koalisiyası, Krayina Serb Respublikasına və Serb Respublikasına aid
bölgələrdə kəşfiyyat apararaq böyük əməliyyat hazırlıqları davam edirdi. Qərb və
Müsəlman ölkələrindən UNPROFOR əsgərləri Krayina və Bosniya Serb orduları
haqqında məlumat yığdıqdan və Serb hərbi hədəflərinin koordinatları təyin
edildikdən sonra bu məlumatlar NATO-ya, xorvatlara və bosniaklara göndərilirdi.
Hətta, CIA 1994-cü ildə Albaniyada və BRAC adasında yeni bazalar qurdu və
regiondakı potensial hədəfləri təyin etməyə başladı. Embarqoya nəzarət etmək
üçün Adriatik dənizinə 1991-ci ildə yerləşdirilən NATO-nun flotu yeni gəmilərlə
daha da gücləndirildi. Bu məqsədlə Adriatik dənizinə təyyarə gəmiləri, raket
kreyser və sualtı qayıqlar da göndərildi.[20, 248]

23
Srebreniçanın itirilməsi Bosniya müharibəsində dönüş nöqtəsi oldu. 21
İyul 1995-ci ildə London Konfransında iştirak edən 16 ölkə xarici işlər və müdafiə
nazirləri, Serb Respublikasına qarşı qətiyyətli mövqe qərararına gəldilər. Həmin
gün NATO ilə BMT arasında gizli müqavilə ortaya çıxdı. Bu müqavilənin
hüquqdan kənar olmasına baxmayaraq Rusiya xarici işlər naziri Andrey Kozırev
Qərbin Rusiyanın Çeçenistan siyasətləri üzərindəki təzyiqini yüngülləşdirməsi
qarşılığında NATO ilə BMT-nin arasındakı gizli müqaviləni qəbul etmişdir. Digər
sözlə, Andrey Kozırev Serb Respublikasına hücum üçün NATO-ya açıq kart
verdi.

24-25 iyul və 1 avqust 1995-ci il tarixlərində NATO Şurasının Brüsseldəki


yığıncağında ABŞ casus peyklərinin, CIA-in pilotsuz kəşfiyyat təyyarələrinin və
BMT-nin vəzifəlilərin məlumatlarına əsaslanaraq hava bombardmanı üçün
seçilmiş Bosniya serb hədəflərinin siyahısı hazırlanmış və Serb Respublikasına
hücum planı təsdiq edilmişdir. Bundan dərhal sonra, 26 iyulda BMT-nin Baş katibi
Butros Qali NATO-nun serblərə qarşı ola biləcək hava əməliyyatları üçün qərar
vermə səlahiyyətini Bernard Janvierə təhvil verdi. 4-8 avqust 1995-ci il tarixləri
arasında Xorvatiya ordusu , NATO və Bosniya ordusu böyük bir əməliyyatla
Krayina Serb Respublikasını və Qərbi Bosniya Respublikasını dağıtdı. Fırtına
Hərəkatı MPRI şirkəti tərəfindən planlaşdırılmış və qısa müddətdə çox uğurlu
olaraq bölgədəki hərbi güc tarazlığını ABŞ müttəfiqləri xorvatlar və bosniakların
leyhinə dəyişdirmişdir. Fırtına hücumundan dərhal sonra, 10 avqust 1995-ci ildə
Zaqrebdəki Pleso hava limanında keçmiş Yuqoslaviyadakı UNPROFOR-un
komandiri fransız general Bernard Janvier və NATO-nun Cənubi Avropa Müttəfiq
Qüvvələrin komandanı admiral Leiqton Smit arasında qarşılıqlı razılıq haqqında
müqavilə imzalamışdılar. BMT Nizamnaməsinə zidd olan bu gizli müqavilə,
"dual-key" ("iki açar") nizamlamasını ortadan qaldırmış və NATO-ya keçmiş
Yuqoslaviyada hərbi güc istifadəsi məsələsində məhdudsuz və müddətsiz
səlahiyyət vermişdir.

24
28 avqust 1995-ci ildə bir bombanın Sarayevoda bir bazar yerinə düşərək 37
mülki vətəndaşın ölümünə, 90 nəfərin də yaralanmasına səbəb olması Deliberate
Force əməliyyatını həyata keçirilməsini sürətləndirdi. Bosniya və Herseqovinada
UNPROFOR komandiri İngilis general Rupert Smit heç bir araşdırma və istintaq
aparılmadan bomba qırğınından Bosniyalı serbləri məsul tutdu və qorxunc hücuma
güclü bir şəkildə cavab veriləcəyini bildirdi. 29 avqust axşamı amerikalı admiral
Leiqton Smit Serb Respublikasına hücum əmrini verdi.

30 avqust günü saat 02:00-da İtaliyadakı bazalardan və Adriatikdəki USS


Teodor Ruzvelt və USS Amerika təyyarə gəmilərdən havalanan 60-dan çox
təyyarənin Sarayevo ətrafındakı serb mövqelərini vurması ilə başlayan güclü
bombardman 12 gün davam etdi. Pentaqon İraqın hərbi potensialının tamamilə
məhviylə nəticələnən “Səhra fırtınası” hava hərəkatında istifadə etdiyi
xüsusiyyətləri nəzərə alaraq Serb Respublikası ordusunu zəiflətmək məqsədini
güdürdü.

NATO-nun hücumlarında Nevesinjedə, Biyelyinada, Sarayevoda


(Serblərin əksəriyyətdə olduğu Hadziçi, Ilidza, Ilijaş, Novi Grad və Vogoşça),
Paledə, Lukoviçada, Çajniçe, Foça'da, Vişeqradda, Xan Pijesakda, Rogatiçada,
Vlaseniçada, Miliçidə, Sokolaçda, Kalinovikdə, Lisinada, Banyak Luka'da,
Kasindolda, Pavlovacda, Crna-Rijekada, Svinjarada, Dobojda, Pecanyede, Kozara,
Majevica, Ozren və Jahorina dağlarında, Gorajde və Tuzla yaxınlığında çox sayda
hərbi və sivil hədəflər vuruldu. Hava hücumları nəticəsində hava müdafiə
sistemləri, radar və rabitə sistemləri, rabitə mərkəzləri, ağır silahların mövqeləri,
silah anbarları, hərbi əsaslar, silah fabrikləri, zenit topları, körpülər, televiziya və
radio stansiyaları, su qüllələri sıradan çıxmışdır. Bu da Serb qüvvələrində ağır
itkilərə səbəb oldu və ordu nizamı pozulub mənəviyyatı qırıldı. Böyük üstünlük
təmin edən xorvat və bosniak qüvvələri Bihac-Una çayı, Drvar-Mlinişte-Vigorog-
Donji Vakuf və Maglaj-Vozuça-Orahovica cəbhə xətlərini yarma və Serb
Respublikasına məxsus 4.000 kvadrat kilometrlik torpaqlarını işğal etməyi
bacardılar. [22]
25
NATO qüvvələri raketlərlə zərbə hərəkatını başladaraq ilk fürsətdə Radovan
Karaciçi öldürməyi planlaşdırırdılar. Hərəkatın ilk günü Serb Respublikası paytaxtı
Pale bir neçə dəfə havadan bombardmana məruz qalmışdı, idarə binaları və
Karaciçin iqamətgahı məhv edilmişdi. Bunlarla yanaşı NATO-nun Karaciçin
Sarayevoda olduğu xəbəri səbəbiylə Sarayevoya güclü bombardmana start verildi.
Üç günlük bombardımanların nəticəsində Hadziçidə evlərin 100-dən çoxu,
benzindoldurma məntəqəsi məhv edildi, Pravoslav qəbiristanlığı ziyan gördü.
Uşivakdaki 40 ton kimyəvi maddənin olduğu bir anbar da ziyan gördü.

30 avqust günü NATO tərəfindən Rogaticaya atılan 1.000 kq-lıq bomba on


adamın ölməsinə, beş insanın yaralanmasına səbəb oldu. Həmin gün Kasindol
xəstəxanası ziyan gördü, Nevesinje Bələdiyyə sarayı, Majevica dağındakı Serb
kəndləri və Lukavica Texniki Universiteti vuruldu. Podrinye bombalamaları
davam edərkən Srbinje ilə Gorajde arasındakı Ustikolina kəndinə atılan mərmilər
və ağır bombalar evlərin çoxunun yanmasına səbəb oldu. 31 avqust günü NATO
tərəfindən Ozren dağı yaxınlığındakı Kalauzoviç və komar kəndlərinin
bombalanması nəticəsində bir çox mülki şəxs həlak oldu.

Karaciçin məskəni olduğu ehtimal olunan Hadziçinin və VRS qərargahı


yerləşdiyi Xan-Pijesakın əsas hədəflər olduğundan bu qəsəbələrə 5-11 sentyabr
tarixləri arasında bomba yağdırıldı. Xan-Pijesakda qaçqın düşərgələri, fermalar, su
qurğuları kimi ünsürlər əsas hücum hədəfləri oldu. Şəhər elektriksiz və susuz qaldı,
əhali sığınacaqlara qaçdı. Haciçiyə, Lukaviçaya, Pavlovaca, Vraçeyə, Paleyə və
İqman dağındakı kəndlərə hücumlar nəticəsində onlarla mənzil, üç transformator
mərkəzi, iki su qülləsi, dörd ərzaq anbarı və Texniki Təmir Zavodu (Tehnički
remontni zavod Hadžići ) dağıdıldı, Serb Sarayevosunda elektrik və su kəsildi.
Hədəfini çaşan bombalar serb Sarayevosundakı rus UNPROFOR batalyonu
mövqelərinə düşdü və 1 rus əsgəri yüngül yaralandı.

Cənubi-Şərqi Bosniya və Şərqi Hersoqovina şəhərlərinə hava zərbələri


artmağa başlamışdı. 6 sentyabr Vişeqrad borbardmanı 110 kV-luq enerji nəql

26
xəttini kəsdi. 5-6 sentyabr günlərində Nevesinyeyə atılan onlarla mərmi və 1.000
kq-lıq bomba böyük maddi ziyana və mülki vətəndaşlarına ölümünə səbəb oldu. 9
sentyabr səhəri isə, NATO Nevesinye radio televiziya qülləsinə vurdu, 2 nəfər
öldü, bir neçə adam isə yaralandı. Ratko Mladiçin doğum yeri olan Kalinovik
şəhəri amansız şəkildə bombardmana məruz qaldı. Şəhər mərkəzindəki bütün
evlər, su qurğuları və Qızıl Xaç anbarı dağıdıldı. Srbinyedə böyük binalar,
anbarlar, poçt-telefon-teleqrafxanalar, mədənlər və körpülər vuruldu. Kalinovik və
Srbinye elektriksiz və susuz qaldı. Əhalisi ətraf meşələrə və mağaralara qaçmaq
məcburiyyətində qaldı. Srbinye qaçqın düşərgəsinə və Mostar yaxınlığındakı
Zivlye kəndinə qarşı NATO-nun təşkil etdiyi bombardımanlarda 11 nəfər öldü, 17
nəfər yaralandı.

Fransız təyyarəsi (SEPECAT Jaguar) Majeviça dağındakı Əlaqə Mərkəzinə


1.000 kq-lıq bomba atdıqdan sonra Serb Respublikasının paytaxtı Pale ilə telefon
əlaqəsi kəsildi. 7 sentyabr günü Doboja 1.000 kq-lıq bomba da atılmış, xarabalıqlar
altından çıxarılan insan sayının 15 olduğu hesablanmışdır.

9 sentyabrda NATO əməliyyatı genişləndirərək Banja Luka , Bosanska


Krupa, Gradişka, Sanski Most, Sanica, Klyuç, Petrovac, Drvar, Prnyavor, Teslic,
Serb Sarayevosu, Pavlovac, Srbinje, Majevica, Jahorina, Iqman dağları kimi Serb
Respublikasındakı hədəfləri vurdular. 9 sentyabr saat 20:30-dan Semizovac-
Srednje yolundakı Lyubina çayı üzərində körpüdən keçən avtomobilə raket
hücumu 26 yaşlı qız Radmila Galinaç və qardaşı Radenko Galinaçın ölümünə
səbəb oldu.

10 sentyabr sabahın erkən saatlarında Amerika kreyzeri USS Normandy-dən


atılan 13 Tomahawk mərmisi Lisinada (Banyak Luka) serb hərbi mövqelərini
vurdu. Axşam Banyak Lukaya güclü hava zərbələri endirildi. NATO-nun hərbi
təyyarələri, kommunikasiya mərkəzləri, radyo-televizyon stansiyaları, elektrik və
su obyektlərinin üstünə 250, 500 və 1.000 kq-lıq bombalar atırdı. Bazar günü
NATO-nun, Srbinje, Xan-Pijesak, Gorajde yaxınlığındakı Trovrh, Sekoviçi,

27
Majevica, Kalesija, Vişegrad , Bosanska Krupa (eyni zamanda Una çayının Qərb
sahilindəki bosniaklar Krupanı top atəşinə tutdular), Jaseniçanı da bombalayırdı.

11 sentyabr hücumları yenidən Mladiçin doğum yeri olan Kalinovikə qarşı


reallaşdırıldı. Bu hücumda şəhər tamamilə dağıdıldı və bir çox mülki vətəndaş
yaralandı. Voçani kəndi, Srbinye və Banyak Luka da 12 sentyabrda NATO
tərəfindən bombalandı.[21, 34]

Döyüş boyunca NATO Bosniya və Hersoqovina üzərindəki uçuşa qadağan


zonanın nəzarəti ilə BMT-nin sanksiyalarının Adriatikdə tətbiqinin nəzarətində
məsuliyyət sahibi olmuşdur. NATO ayrıca qurudakı BMT sülhməramlı qüvvələrini
hava dəstəyi də təmin etmiş və NATO qüvvələri Sarayevo mühasirəsindən
qaldırmaq üçün hava hücumları həyata keçirmişdir. Ittifaqın ilk hərbi toqquşması
28 fevral 1994 tarixində meydana gəlmiş və NATO təyyarələri, Bosniya və
Hersoqovina on BMT tərəfindən elan edilən uçuşa qadağan zonaya daxil olan
dörd döyüş təyyarəsini vurmuşdur. Bu hadisə, NATO-nun Bosniyada həyata
keçirdiyi ilk hərbi müdaxilə olmuşdur. Bu hücumun ardından 1994-cü ilin
aprelində Serb qüvvələrinin bir başqa etibarlı zona Goradzeni bombalamağa
başlamasından sonra NATO-nun da serb qüvvələrinə qarşı yeni hava hücumuna
start verilmişdir. Ancaq 10-11 apreldə həyata keçirilən bu NATO hücumu heç də
uğurlu əməliyyat olmamışdır. Serb qüvvələri bu hücumlara 150 fransız
sülhməramlı əsgərini girov götürərək və aprel ortalarında Goradzeyə girib Drina
çayının sağ sahilini işğal edərək cavab verdilər.

1995-ci ilin 30 avqustunda NATO serblərin işğal etdikləri hədəfləri


bombalamağa başladılar. Serblərə çox böyük zərbələr endirən və müharibənin
taleyində müstəsna rol oynayan bu əməliyyat müddətində ingilis, fransız və
holland qüvvələri serblərin top batareyalaraını, önəmli hərni mövqelərini və NATO
təyyarələrini vura biləcək təyyarə əleyhinə topları susdururdular. Əməliyyatın
sadəcə ilk günündə serb Sarayevosuna 600 mərmi atılmışdı.

28
İki həftə davam edən bu əməliyyat serblərin kommunikasiya sistemini darmadağın
etdi və ittifaq daxilində NATO-nun Soyuq Müharibədən sonrakı fəaliyyəti ilə bağlı
şübhələr son qoydu.

“Deliberate Force Operation” adı ilə tarixə düşən əməliyyat eyni zamanda
həm NATO-nun həm də dünya ictimaiyyətinin yenidən etibar qazanmalarını təmin
etdi. O zamanlar müəyyən qədər mübahisə doğuran bu əməliyyatın Bosniya və
Hersoqovinada davam edən münaqişəyə son qoyulması və sülh prosesində nə
qədər böyük rol oynadığı aşkardır.[8, 315]

29
FƏSİL III

HƏRBİ ƏMƏLİYYATLARIN BAŞA ÇATMASI. SÜLH PROSESİNİN


BAŞLANMASINDA NATO-NUN ROLU

1995-ci ildə qarşıdurmaların daha da artdığını söyləmək mümkündür.


Qərbin serb hücumları qarşısında lazımi reaksiyanı göstərməməsi də
qarşıdurmanın genişlənməsi üçün şərait yaratmışdır. 1995-ci ilin mayında
serblərin Sarayevo qarşı təşkil etdikləri güclü bombardmanlara cavab olaraq
NATO da serb mövqelərini bombaladı. NATO-nun bu reaksiyasına qarşılıq olaraq
Bosniyalı serblər yüzlərlə BMT sülhməramlı əsgərini girov götürdülər, Tuzlanı
bombaladılar və bir amerikan F-16 qırıcı təyyarəsini vurdular. Lakin, bunlara
ABŞ-ın ciddi bir reaksiyası olmamışdır.

Bu vaxt serblərin hava hücumları dayandırılmayacağı təqdirdə girovların


öldürüləcəyi ilə bağlı hədələrindən sonra NATO-nun hava hücumları
dayandırılmışdır. 300-dən çox BMT sülhməramlısını girov götürən serblər onları
ehtimal olunan hücumlara qarşı “canlı qalxan” kimi istifadə edərək ağaclara və
elektrik dirəklərinə bağlamışdılar. Mayın 27-də serb televiziyalarında NATO-nun
hava hücumlarına hədəf ola biləcək təyyarə hangarlarına bağlanmış fransız, ingilis
və Kanadalı sülhməramlı əsgərlərin şəkilləri göstərildi. Təhlükəli zonalarda

30
sülhməramlı qüvvə saxlayan dövlətlər, xüsusilə ingilislər, fransızlar və
hollandiyalılar Bosniyalı serblərə qarşı hər hansı bir hücumun girovların və digər
sülhməramlıların öldürülməsinə gətirib çıxaracağından qorxmuş və onların
azadlığa buraxılması üçün danışıqlara start verilməsini tələb etmişdilər. BMT
qüvvələrinin bölgədən çəkilməsi gündəmə gəlmiş və ABŞ və NATO BMT
əsgərlərinin çıxarılmasında kömək edəcəklərini açıqladılar. Nəticədə 18 iyunda
girovlarazad edildi və Sarayevo ətrafındakı BMT sülhməramlı qüvvələri geri
çəkildilər.[1, 32]

Girov böhranı ilə gücsüzlüyü aşkar şəkildə ortaya çıxan BMT 1995-ci ilin
iyulunda etibarlı zonalardan biri olaraq elan edilmiş Srebreniçaya təşkil edilən
serb hücumları ilə daha da ağır vəziyyətə düşmüşdür. Çünki, Srebreniçanı ələ
keçirən serblər, təxminən 400 Hollandiya sülhməramlı əsgərini ələ keçirmişdilər və
Hollandiya hökuməti öz əsgərlərinin hamısı Bosniyadan çıxana qədər hava
hücumlarına icazə verməmişdir. Beynəlxalq Qızıl Xaç Komitəsinə görə, 12-16 iyul
1995-ci il tarixləri arasında Srebreniçada öldürülən Bosniyalı müsəlman sayı
7079-dur.

Avqustun axırlarında Sarayevo bazarında reallaşan serb bombardımanında


37 adamın ölümündən sonra BMT Bosniyalı serblərə bir ultimatum verdi. Bu
ultimatumda Sarayevoya təşkil edilən borbardmanın dayandırılması, etibarlı
zonalara edilən hücumlara son verilməsi, Sarayevo mühasirəsindəki ağır silahların
geri çəkilməsi və Sarayevoya hava və quru yoluyla girişə icazə verilməsi tələb
edilmişdir. 30 avqustda Bosniyalı serblərin bu tələbləri rədd etməsindən sonra
NATO-nun hərbi hədəflər üzərinə güclü hava hücumlarına start verilmiş və
Bosniyalı serblər ancaq bundan sonra NATO-nun tələblərinə razılıq vermişdilər.
Bu hücum, o zamana qədər NATO-nun tarixində reallaşan ən böyük hərbi
əməliyyat idi.[24, 379]

31
20 sentyabrda NATO və BMT komandirləri, Bosniyalı serblərin BMT-nin
müəyyən etdiyi şərtlərə uyduqlarına qərar vermiş və hərbi əməliyyatlar
dayandırılmışdır.

ABŞ adminstrasiyası sülh müqaviləsinin həyata keçirilməsi prosesini


təmin etmək üçün sülh qüvvələrinin yaradılması üçün NATO-ya müraciət
etmişdir. 29 sentyabr 1995-ci il tarixində NATO-nun BMT-nin Bosniyadakı
sülhməramlı qüvvələrini (UNPROFOR) əvəz edəcək olan qüvvələrinin
yaradılması haqqında qərar verildi. Bu qüvvə hava dəstəyi ilə təmin ediləcək
və sülh müqaviləsindən sonra 1 il müddətində regionda qalacaq idi.
Yaradılacaq qüvvə qaçqınların öz yerlərinə qayıtması, Bosniyanın yenidən
qurulması və sərbəst seçkilərin keçirilməsi məsələlərində BMT-yə kömək
etməli idi.

Tətbiqi Güc (Implementation Force – IFOR) adı altında qurulacaq hərbi


qüvvənin 50.000-ə qədər əsgərdən təşkil olunması və tərkibinə Rusiya və
digər NATO üzvü omayan ölkələrin əsgərlərinin də daxil edilməsinə qərar
verildi. Rusiya bu qüvvənin rəhbərliyinin Rusiya və NATO tərəfindən birgə
həyata keçirilməsini tələb etsə də bu tələb ABŞ tərəfindən rədd edilmişdi.
IFOR tərkibindəki rus əsgərlərinin statusu və bu qüvvənin komandanlıq
mexanizminin təşkil edilməsi məsələləri Rusiya və NATO arasında bir
müddət müzakirə mövzusu olaraq qalmışdır. Problem 8 noyabr 1995-ci ildə
öz həllini tapmışdır. IFOR-dakı rus əsgərlərinin amerikan bir generalın əmri
altında olması, prinsipdə isə NATO-nun əmri altında sayılmaması haqqında
razılığa gəlinmişdir.

ABŞ adminstrasiyası daxilində Dayton sülh sazişini tətbiq etmək üçün


NATO-nun güc tətbiq etməsi məsələsində fikir ayrılıqları meydana gəlmişdir.
Baş katib Madlen Olbrayt və digərləri sabitliyin təmin edilməsi üçün gücdən
istifadə olunmasının zəruri olduğunu ifadə edərkən, Müdafiə katibi Uilyam Kohen
kimi izolyasionistlər güc istifadəsini ehtiva etməyən bir strategiyanı irəli

32
sürürdülər. Bu anlaşılmazlıqdan sonra SFOR müharibə cinayətkarları olaraq elan
edilən şəxslərin tutulmasında müvəffəqiyyət əldə edə bilməmişdir. Əslində
Dayton müqaviləsində də NATO-nun müharibə cinayətkarlarını axtarmaq və
tutmaq hüququ göstərilməmişdi. NATO əsgərləri ancaq onlara göstəriş verildikdə
müharibə cinayətkarlarını saxlamaq və Laheydəki məhkəməyə göndərmək
səlahiyyətinə sahib idilər.[16, 267]

ABŞ-ın səyləri nəticəsində tərəflər arasında atəşkəsin təmin edilməsi


üçün proses başladı. 4 oktyabr 1995-ci ildə Bosniya hökuməti vasitəçi Riçard
Holbruka atəşkəs təklifini təqdim etdi. Bunu ciddi bir təklif olaraq qəbul edən
Holbruk məsələni Serbiya dövlət başçısı Miloşeviçlə də müzakirə etdi.
Holbrukun bu səyləri nəticə verdi və bir gün sonra 5 oktyabr 1995-ci ildə
Bosniya faciəsinə son qoyan atəşkəs imzalandı. Atəşkəsin şərtləri belə idi:

• Atəskəs 60 gün və ya Bosniyada sülh danışıqları tamamlanana qədər davam


edəcəkdir.

• Tərəflər atəşkəsdən sonra hücumlar təşkil etmək, minalar döşəmək və


yeni mövqelər yaratmaqdan imtina edəcəklər.

• Tərəflər bütün sivillərə və əsirlərə insanca rəftar edəcəklər və bütün döyüş


əsirlərini dəyişdirəcəklər.

• Tərəflər Sarayevo-Gorazde arasında bütün sivillər və BMT-nin Müdafiə


Qüvvələri üçün hərəkət sərbəstliyi və yollarda maneəsiz nəqliyyat axışı
təmin edirlər.

Atəşkəsin qəbul edildiyi 5 oktyabr 1995-ci ilə 10 oktyabr tarixləri


arasında tərəflər nazarətdəki torpaqları genişləndirmək üçün hücumlar təşkil
etdilər. Atəşkəs qısamüddətli gecikmədən sonra 11 oktyabrda qüvvəyə
minmişdir.

33
Həmin gün NATO Bosniya əməliyyatı üçün 5 mərhələli planını qəbul
etmişdir. Bu plana görə NATO əsgərləri ilk mərhələdə döyüşən tərəfləri bir-
birindən ayıran 1000 km uzunluğundakı ara zonaya (zone of separation)
yerləşdiriləcəkdi. Mətbuatda bir il davam etməsi planlaşdırılan əməliyyatın 6
milyarda başa gələcəyi göstərilmişdi.

Atəşkəsin qüvvəyə minməsindən sonra bir müddət şimal-qərbi


Bosniyada Banja Luka ətrafındakı Bosniya və xorvat qüvvələri serblərə qarşı
hücumlar təşkil etdilər və bu hadisə burada yaşayan serblərin öz yerlərini
tərk edərək Serbiyaya qaçmağına səbəb olmuşdur. Belqradın bu hadisələrə
göz yummayacağını açıqlaması və Serbiya osrdusunun müdaxilə edəcəyinin
hiss olunmsından sonra Bosniya hökuməti hərbi əməliyyatların
dayandırıldığını açıqladı. Serbiya ordusunun müdaxilə edəcəyi təqdirdə sülh
prosesləri dayana və tərəflər arasındakı münaqişələr davam edə bilərdi. Bu
təhlükəli situasiyadan sonra bütün diqqətlər danışıqlara yönəldi.

ABŞ-ın nəzarəti altında tərəflər 1-21 oktyabr tarixlərində Deyton və


Ohayoda müzakirələr apardılar. İlk olaraq 14 oktyabrda bosniak və xorvat
liderlər birgə federasiya hökuməti qurulması haqqında razılığa gəldilər.

Deyton sülh görüşləri 1 noyabr 1995-ci ildə ABŞ-ın Ohayo ştatının


Deyton şəhəri yaxınlığında Rayt Patterson bazasında başlamışdır. Görüşlərdə
Bosniyalı serbləri Serbiya dövlər başçısı Slobodan Miloşeviç, Bosniya-Xorvat
Federasiyasını Bosniya və Hersoqovina prezidenti Aliya İzzetbeqoviç,
Xorvatiyanı da Xorvatiya prezidenti Franjo Tudjman təmsil edirdi. Görüşlərə
eyni zamanda, ABŞ Xarici İşlər naziri Varren Kristofer, onun müavini Riçard
Holbruk və Avropa İtifaqını təmsil edən Karl Bildt də iştirak edirdi.[11, 320]

7 noyabrda Bosniya serblərinin lideri və milliyyətçi SDS partiyasının


sədri Radovan Karaciç yenidən seçilməsinə imkan verməyən BMT müharibə
cinayətkarları məhkəməsində mühakimə olunmasını təmin edəcək Bosniyanın
yeni konstitusiya layihəsi da tərəflərə təqdim edildi. Təklif olunan layihəyə

34
görə Müharibə Cinayətkarları Məhkəməsinin cinayətkar elan etdiyi və ya
məhkum etdiyi adamlar parlamentə namizəd ola bilməyəcəkdilər. Bununla da
Bosniyadakı faciənin baş verməsində rolu olan adamları Bosniya siyasi
arenasından uzaqlaşdırmağa çalışırdılar.

20 noyabrda BMT Təhlükəsizlik Şurası Deyton görüşlərindən sülh


müqaviləsi ilə nəticələnəcəyi halda bütün keçmiş Yuqoslaviya ölkələrinə
tətbiq etdiyi sanksiyaları götürməyə hazır olduğunu açıqladı. Təhlükəsizlik
Şurasının bu manevri nəticə verdi və tərəflər arasındakı anlaşmazlıqlar həll
olunmağa başladı. 21 noyabr 1995-ci ildə 21 günlük müzakirələrdən sonra 43
ay davam edən müharibəyə son qoyan Bosniya və Hesoqovinada Sülh üçün
Ümumi Çərçivə Sazişi imzalandı.

Bütün tərəflər müharibə dövründə insan hüquqları pozuntularını


araşdıran Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsi ilə əməkdaşlıq
edəcəklərini qəbul etdilər. Müqavilənin imzalanmasından sonra 6 və ya 9 ay
içində kollektiv başçılıq və birgə parlament üçün azad və demokratik seçkilər
keçirilməsi qərara alındı. NATO-nun rəhbərliyindəki IFOR qüvvələri ölkənin
hər yerində qüvvə saxlamaq və bunları sərbəst hərəkət etdirmə səlahiyyətinə
sahib oldu.[6]

BMT Təhlükəsizlik Şurası 22 noyabrda 1021 saylı qətnamə ilə


Yuqoslaviya federal Respublikasına 713 saylı qətnaməyə uyğun olaraq tətbiq
edilən iqtisadi və hərbi sanksiyaları mərhələli olaraq götürməyə qərar verdi. Bu
qərara görə ilk olaraq 1991-ci ildən bəri keçmiş Yuqoslaviyanın 6
respublikasına tətbiq edilən silah embarqosu mərhələli şəkildə, daha sonra
1992-ci ildən Serbiya və Çernoqoriyaya tətbiq edilən iqtisadi sanksiyalar aradan
qaldırılacaqdı.

9 noyabr 1995-ci ildə Londonda 52 ölkənin və təşkilatların iştirakı ilə


Sülh Tətbiqi Konfransı (Peace Implementation Conference) keçirildi. Konfransda
sülhün tətbiqi üçün qısa və uzun müddətli ehtiyaclar nəzərdən keçirilmiş,

35
qaçqınların qayıtma vaxtı, itkinlərin tapılması, ərzaq və tibbi ehtiyacın təmin
edilməsi, yolların bərpa olunması, polis gücünün və məhkəmənin qurulması,
demokratik seçkilərin keçirilməsi üçün texniki yardım məsələləri müzakirə
olunmuşdur.

14 dekabr 1995-ci ildə tarixə Deyton Sülh Müqaviləsi adı ilə düşmüş
sənəd Parisdə rəsmən imzalandı. Müqaviləni Bosniya və Hersoqovina
Respublikası, Xorvatiya Respublikası və Yuqoslav Federal Respublikası ilə
bərabər Aİ, Fransa, Almaniya, Rusiya, İngiltərə və ABŞ təmsilçiləri müşahidəçi
olaraq imzaladılar. Bosniya və Herseqovinada sülhü bərqərar edən müqavilə bir
Ümumi Çərçivə Sazişi (General Framework Agreement for Peace in BiH ) və 11
əlavədən ibarətdir. Əlavələr belədir:

Əlavə 1-A: Sülhün hərbi istiqamətlərini əhatə edən saziş

Əlavə 1-B: Regional sabitlik sazişi

Əlavə 2: Sərhəd xətti və əlaqədar məsələlər sazişi

Əlavə 3: Seçkilər haqqında saziş

Əlavə 4: Bosniya və Herseqovina konstitusiyası

Əlavə 5: Arbitraj sazişi

Əlavə 6: İnsan hüquqları sazişi

Əlavə 7: Qaçqınlar və məcburi köçkünlər sazişi

Əlavə 8: Milli abidələri müdafiə şurası sazişi

Əlavə 9: İctimai müəssisələr yaradılması haqqında saziş

Əlavə 10: Sülh prosesinin mülki tətbiqi haqqında saziş

Əlavə 11: Beynəlxalq Polis Qüvvələri haqqında saziş

36
Deyton Sülh Müqaviləsi mülki və hərbi sahədə nizamlamalardan ibarət
idi. Müqavilənin hərbi istiqamətlərinin təmin edilməsi ilk mərhələdə NATO və
qeyri-NATO ölkələrinin qüvvələrinin məsuliyyətinə verilmişdi. Müqavilənin
mülki istiqamətlərinin təmin edilməsi isə Sarayevodakı yaradılan BMT Ali
Nümayəndəliyinin (Office of the High Representative) öhdəliyini verildi.[24, 412]

Deyton müqaviləsindən dərhal sonra NATO Bosniya və Hersoqovinanın


müdafiəsini BMT-dən təhvil aldı. NATO qüvvələri (əsasən ABŞ və İtaliya
qüvvələri) hələ mqavilə imzalanmadan ölkəyə gəlməyə başlamışdılar. BMT-nin
sülhməramlı qüvvələri də yenidən formalaşdırıldı. Müqavilədən 2 ay sonra
NATO qüvvələri və NATO komandanlığı altında olan digər ölkələrin
qüvvələri (Rusiya, Polşa, Macarıstan və digərləri) Bosniya və Hersoqovinaya
gəlmiş və 60.000-lik ağır silahlar təchiz olunmuş Tətbiqi Qüvvə
(Implementation Force – IFOR) formalaşdıraraq fəaliyyətə başladılar.

NATO ilə bərabər Bosniyaya gələn digər qüvvə isə Beynəlxalq Polis
Qüvvələri (International Police Task Force) idi. Silahsız, istintaq və həbsetmə
səlahiyyəti olmayan 40 ölkədən 1721 polis Bosniyanın müxtəlif yerlərinə yayılaraq
vəzifələrinə başladılar.

IFOR Sarayevoda yerləşən komandanlıqdan idarə olunurdu. Ölkə 3


məsuliyət zonasına bölünmüşdü. Sarayevonun da daxil olduğu cənubda fransız,
Banja Luka mərkəz olmaqla şimalqərbdə ingilis və Tuzla mərkəz olmaqla
şimalşərqdə isə amerikan “təsir zonaları” yaradıldı. Digər ölkələrin qüvvələri
isə ərazinin daxil olduğu təsir zonası komandanlığına daxil edildilər.

Sarayevo ətrafındakı qəsəbələr-şəhərlər serblərdən alınaraq federasiyaya


verildi. Qərbdəki Ilıca, şimaldakı Hadjzici, Vogorsa və Ilijas şəhərləri ilə ətraf
kəndlər federasiya idarəçiliyinə daxil edildi.

Herseqovinadakı Mostar və Konjic şəhərlərinin cənubunda serblərin


nəzarətində olan ərazi dəfederasiyaya verilərək serbər buradan uzaqlaşdırıldı.

37
Şərqi Bosniyada bosniaklarda qalan yeganə şəhər Gorajde koridorla
federasiyaya bağlandı. Şimaldakı Ocak və ətrafı da federasiyaya verilmişdi,
ancaq əhalinin çoxluğunu təşkil etdikləri üçün bura xorvatların nəzarətində
qalmışdır. [27]

Sərhəd məsələsində ən böyük problem Sarayevo ətrafında baş verdi.


Serblərdən alınacaq yerlər NATO tərəfindən nəzarətə götürüldükdən və bütün
hərbi birləşmələr uzaqlaşdırıldıqdan sonra hər bir şəhərdə BMT-nin Polis
Qüvvəsi (IPTF) bölgələri serb polislərindən almış, daha sonra federal polisə
təhvil vermişdir. Serblər üçün 3 il yarım boyunca var gücləri ilə uğrunda
savaşdıqları Sarayevodan çıxmaq çox çətin idi. Bosniakları verəcəkləri yerləri
yandırdılar və apara bildikləri hər şeyi apardılar.

Serblər iddia edirdilər ki, Sarayevoda 9-cu sərdən məskunlaşıblar və


onların buradan çıxarılması etnik təmizlik deməkdir. Vəziyəti yaxından
izləyən beynılxalq ictimaiyyət bu məsələdə Bosniya hökumətini haqlı
saydılar. Hökumət davamlı olaraq serblərə öz yerlərində qalmaları haqqında
çağırış edir və heç bir şeylərinə toxunulmayacağı zəmanətini verirdi. Lakin,
heç bir çağırış nəticə vermədi Momcilo Krajisnikin provokasiyaları ilə
Sarayevo ətrafında yaşayan serblər demək olar hamısı buranı tərk etdi.

Sarayevo qəsəbələrini tərk edərək qaçqın vəziyyətinə düşən 60.000


insan Bosniyanın serb regionlarını ağır sosial-iqtisadi vəziyyətə düşməyinə
səbəb olmuşdur. Burada yaşayan serbləri provokasiya edərək öz yerlərini tərk
etdirən Serbiya hökuməti və BMT Qaçqınlar Ali Komissarlığı (UNHCR) bu
insanların yerləşdirilməsi və problemlərinin həlli məsələlərində də çətin
vəziyyətə düşmüşdü. Serblər öz ölkələrində yaşayan müsəlmanları qovub və
evlərini xarabaya çevirdikləri üçün öz qaçqınlarına da yer tapmaqda
çətinliklər çəkirdi. 60.000 insan başda Brcko, Zvornik, Vişegrad, Bijeljina ve
Bratunac olmaqla serb regionundakı çəhər və kəndlərdə boş qalmış evlərə, hətta
yarı dağılmış binalar yerləşdirildilər. 23 fevral 1996-cı ildə başlayan

38
yerdəyişmə fəaliyyətləri IFOR nəzarətində həyata keçirilirdi. Müqaviləyə
əsasən, sonuncu gün olan 19 martda Sarayevonun Grbavica məhəlləsinin də
bosniaklara keçməsilə başa çatmışdır.[25]

Lakin müsbət yönlərinə baxmayaraq, Deyton müqaviləsi müharibədən ən


çox zərər görmüş kifayət qədər adil olmamışdır. Əhalinin 33%-ni təşkil edən
serblərə ölkə ərazisinin yarısının verilməsi ədalətsizlik ilə bərabər soyqırım
etnik təmizliyə göz yummam demək idi. Vasitəçi Riçard Holbruk mövcud
şəraitdə bundan daha yaxşısının ola bilməyəcəyini qeyd etmişdir. Lakin,
müharibədən yorulmuş üç xalqın Bosniya prezidenti Aliya İzzetbeqoviçin
söylədiyi “Ən pis sülh müharibədən yaxşıdır” ifadəsini qəbul etməkdən başqa
yolları yox idi.

NATO sülh müqaviləsinin imzalanmasından sonra da Bosniya və


Hersoqovinada sülhün möhləmləndirilməsi, stabilliyin qorunması üçün
fəaliyyətini davam etdirmişdir. Deyton müqaviləsinin imzalanmasından dərhal
sonra NATO müdafiə vəzifəsini BMT sülhməramlı qüvvələrindən (UNPROFOR)
təhvil almışdı. IFOR adlanan bu qüvvələr Deyton müqaviləsində göstərildiyi kimi
hərbsizləşdirməni həyata keçirdikdən sonra SFOR-a (Stabilisation Force) çevirildi.

Rəhbərliyini NATO-nun Avropa Ali İttifaq komandanın həyata keçirdiyi SFOR


2044-cü ilə qədər Bosniya və Herseqovinada qalmış və sülhün və stabilliyin
qotunması üçün fəaliyyət göstərmişdir. SFOR-da 43 ölkədən təxminən 550.000
əsgər xidmət etmişdir.

28 iyunda İstanbulda keçirilmiş İstanbul zirvəsində NATO Bosniya və


Herseqovinada sülhü qoruma vəzifəsini tamamilə Avropa İttifaqı Qüvvələrinə
(EUFOR) vermək qararı aldı. SFOR 2 dekabr 2004-cü il tarixində təşkil edilmiş
rəsmi mərasimlə öz missiyasını EUFOR-a təhvil verdi. “Althea” adı ilə fəaliyyət
göstərəcək olan bu missiyaya 22-i Aİ üzvü olmaqla 33 ölkə iştirak etməsi
qərarlaşdırıdı.

39
9 il boyunca Bosniya və Herseqovinada fəaliyyət göstərmiş SFOR-un
mənfi cəhəti o idi ki, müharibə cinayətkarlarının tutulmasında kifayət qədər səy
göstərməmişdi. EUFOR isə SFOR-un bu çatışmayan cəhətini ortadan qaldıracağını
ifadə etmişdir.

NATO Bosniya və Herseqovina sülhü qoruma vəzifəsini Aİ-yə təhvil


vermək haqqında qərar verərkən böyük əksəriyyətini amerikan əsgərlərinin
təşkil etdiyi 150 nəfərlik və daha kiçik NATO qərargahının Bosniayada
mövcud olması haqqında qərar verdi. Aİ sülhün və stabilliyin qorunması
sahəsində əsar rolu oynayarkən NATO da hərbi islahatlar, Bosniya və
Hersoqovinanın ittifaq üzvlüyünə hazırlanması məsələlərində iştirak edəcəyi
planlaşdırıldı.[18]

NATO qərargahının eyni zamanda antiterror, müharibə cinayətlərinə


görə axtarılan şəxslərin tutulması, kəşfiyyat aparılması və ABŞ-ın Tuzlada
hərbi bazası və digər fəaliyyətlər üçün təlim mərkəzi funksiyasını yerinə
yetirəcək olan 200 nəfərlik heyət də saxlaması nəzərdə tutulmuşdur.

Bosniya və Hersoqovinada NATO ilə Aİ arasında əməkdaşlığın “Berlin


Plus” adlı nizamlamaya uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu termin 1996-cı ildə Berlində keçirilən və Avropa Təhlükəsizlik və Müdafiə
Sisteminin yaradılmasına və ittifaq qüvvələrinin bu nəqsədlə istifadəsini mümkün
edən qərarların verildiyi Xarici İşlər nazirləri görüşündən götürülmüşdür.
Praktikada bu nizamlamanın məqsədi iki təşkilat arasında bacarıqların ehtiyacsız
təkrarından imtina edilməsi və təşkilatlar arasında sıx əməkdaşlığın yaradılmasını
təmin etməkdir.

NATO Bosniya və Herseqovinada təhlükəsizliyin əsas təminatçısı kimi


rolunu SFOR əməliyyatı ilə başa çatdırsa da bu ölkəyə bağlılığını başqa üsullarla
ifadə etməkdə davam edir. 2004-cü ilin dekabr ayının 2-də Alyans Bosniya və
Herseqovinanın müdafiə sektoru islahatları sahəsində üzləşdiyi problemlər və
gələcəkdə sülh naminə tərəfdaşlıq proqramına üzv olmasına hazırlamağa yardım

40
etmək məqsədi ilə bu ölkədə daimi hərbi iştirak olaraq bir hərbi qərargah yaratdı.
Bu qərargahın həmçinin terrorizmə qarşı mübarizə, öz imkanları daxilində keçmis
Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının dəstəklənməsi, müharibə
cinayətlərində ittiham olunan şəxslərin saxlanması və Aİ ilə kəşfiyyat mübadilşsi
kimi operativ dəstək tapşırıqları da vardır.[26]

NƏTİCƏ

Bosniya və Herseqovinadakı etnosiyasi münaqişəni Avropanın daxili işi


qəbul edən və bu problemi Avropanın məsuliyyətinə buraxan ABŞ münaqişənin ilk
vaxtlarında Bosniya və Herseqovinanı mənfəətləri baxımından əhəmiyyətli
görməmiş və bu məsələyə qarışmamağa üstünlük vermişdir. Bu mövzuda Buş

41
rəhbərliyini tənqid edən Klinton da iqtidara gəldikdən sonra problemə ABŞ-ın
reaksiyasızlığını uzun müddət davam etdirmiş, Lakin Avropanın müvəffəqiyyətsiz
qalması, BMT-nin sülhməramlı fəaliyyətinin uğursuluğu, serblərin hücumlarını
getdikcə artırmaları, müharibənin qanlı şəkillərinin mediada daha çox yer alması
və amerikalı diplomatların Bosniyada həyatlarını itirməsindən sonra ABŞ
rəhbərliyi, daha aktiv bir siyasət nümayiş etdirməyə və hərbi müdaxilə
mövzusunda təzyiq etməyə başlamışdır.

Avropa dövlətləri isə, artan Serb hücumlarına qarşı təşkil ediləcək güclü bir
müdaxilənin oradakı sülhməramlı əsgərlərin həyatını təhlükəyə atacağını
düşünmüş və hərbi müdaxilə məsələsində daha təmkinli davranmışdılar. BMT-də
bu mövzuda bir razılıq əldə olunmadığından 1995-ci ilin avqustundakı NATO-nun
hava hücumlarından Təhlükəsizlik Şurasının ayrı bir qərarı çıxarılmamış, hərbi
əməliyyatlar Təhlükəsizlik Şurasının etibarlı zonaların müdafiə olunmasında
NATO-ya havadan müdafiə səlahiyyəti verən 1993-cü il tarixli 836 saylı qərarına
söykənmişdir. Bundan başqa 29 avqust 1995-ci il tarixində BMT baş katibinin
müavini Kofi Annan, BMT-nin mülki nümayəndələri ilə hərbi komandirlərinin
Bosniya hava hücumlarına veto qoyma hüqularını bir müddət üçün təxirə almış və
hava hücumları haqqında qərarlar yalnız NATO-nun nəzarətində olmuşdur.
Nəticədə, NATO-nun müdaxiləsi BMT qərarlarına söykəndiyi üçün hüquqa
uyğundur.

Ancaq, NATO-nun müdaxiləsini hüquqa zidd olduğunu vurğulayanlar da


var. Əgər Kosovo əməliyyatında olduğu kimi Bosniyadakı NATO müdaxiləsi də
BMT qərarına söykənməmiş olsaydı bu, humanitar müdaxilə olaraq xarakterizə
oluna bilər və hüquqa zidd olardı. Ancaq Bosniyadakı müdaxilə BMT-nin
Bosniyadakı insan hüquqları pozuntularının beynəlxalq sülh və təhlükəsizliyi
təhdid etdiyi qənaətinə gəlməsi ilə VII hissədə göstərilmiş müddəalara uyğun
olaraq NATO-ya güc tətbiq etmək səlahiyyəti verməsi nəticəsində reallaşmışdır.

42
1995-ci ilin avqustunda başlayan NATO hərbi müdaxiləsi NATO-nun
tarixində o vaxta qədərki ən böyük hərbi əməliyyat olmuş, daha əvvəlki hava
hücumlarında NATO BMT göstərişləri ilə məhdudlaşarkən “iki
açar”nizamlamasınınortadan qaldırılması ilə NATO BMT məhdudlaşdırması
olmadan hücumlara başlamışdır. Ancaq Kosovo əməliyyatı ilə müqayisədə
Bosniya hava hücumları olduqca yumşaq keçmiş, çox az serb həyatını itirmiş və
ölənlərin demək olar hamısı kombatantlar olmuşdur. NATO bu əməliyyatlarda serb
mülki yaşayış məntəqələrini bombalamamışdır. Lakin az itki nəticələnən Bosniya
əməliyyatının vaxt seçimi baxımından uğurlu olduğunu söyləmək mümkün deyil.
Müdaxilənin bu qədər gec reallaşması bir çox insanın həyatını itrməsinə, şəhərlərin
xarabaya çevrilməsinə və çox sayda bosniyalının qaçqın düşməsinə səbəb
olmuşdur. Yenə də NATO-nun Bosniyadakı əməliyyatının həm sülhün təmin
edilməsində, həm də BMT ilə NATO arasındakı əlaqələrin inkişafında mühüm rol
oynadığı reallıqdır.

43

You might also like