You are on page 1of 4

Mirzə Fətəli Axundov (1812-1878-ci illər) Nuxa (indiki Şəki) şəhərində anadan

olmuşdur. Atasının əmisi Axund Hacı Ələsgər Fətəlini oğulluğa götürmüş, təlim-
tərbiyəsi ilə məşğul olmuş, ona ərəb və fars dillərini öyrətmişdir. Fətəlinin ruhani
olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparmışdır. Lakin
M.Ş. Vazeh M.F. Axundovu ruhani olmaq fikrindən yayındırmışdır. O, 1834-cü ildə
Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər s a h ə s i n d ə S ə r q
dilləri mütərcimi təyin olunmuş və ömrünün sonunadək həmin vəzifədə çalışmışdır.
M.F. Axundov 1851-ci ildə Rus coğrafiya cəmiyyətinin üzvü seçilir. 1864-cü ildə
Zaqafqaziya və qafqaz arxivlərini tədqiq etmək üçün arxeologiya komissiyasının üzvü
olur. 1873-cü ildə o, polkovnik rütbəsinə layiq görülür.
M.F. Axundov Azərbaycanın siyasi və hüquqi fikir tarixində xüsusi əhəmiyyət kəsb
edən yer tutur. 0, fəlsəfi, siyasi-hüquqi və bədii yaradıcılığı ilə Azərbaycan xalqının
mənəvi mədəniyyətini yüksək səviyyədə zənginləşdirmişdir.
M.F. Axundov bədii-estetik, təbii-fəlsəfi və siyasi-hüquqi görüşlərinin
formalaşmasında ilk növbədə Azərbaycanın ictimai mühiti, xalqımızın zəngin
mütərəqqi ideya-nəzəri irsi, qədim mədəniyyəti həlledici rol oynamışdır. Bununla
yanaşı onun dünyagörüşünün formalaşması yalnız sırf Azərbaycan gerçəkliyi ilə bağlı
olan mənəvi-mədəni və ideya-siyasi amillərlə şərtlənmir. Mütəfəkkirin
dünyagörüşünün təşəkkülü və inkişafina eləcə də klassik şərq ədəbiyyatı, qabaqcıl rus
və mütərəqqi avropa fəlsəfəsi və ictimai-siyasi fikri əhəmiyyətli təsir göstərmişdir.
M.F. Axundov öz çoxcəhətli yaradıcılığında həmçinin bu və ya digər dərəcədə antik
dövrün bəzi materialist ünsürlərinə Vofter, Monteske, Russo, Mill, Yunı, Kopernik
kimi böyük mütəfəkkirlərin qiymətli fikirlərinə müraciət edir.
M.F. Axundov qərbi avropa mütəfəkkirlərinin siyasi-hüquqi görüşlərini
mənimsəməyə xüsusi diqqət yetirmiş və bundan öz ictimai-siyasi baxışlarının
formalaşması üçün istifadə etmişdir. Məsələn, o, "Kəmalüddövlə məktubları"-nda
Monteskenin təbii hüquq haqqında təlimi ilə tanış olaraq ona haqq qazandırır ki,
insana xoşbəxtlik və azadlıq hüququnu təbiət özü bəxş etmişdir və xalq özünün təbii,
fiziki və mənəvi tələbatını təmin etmək hüququna malikdir.
Axundovun insanın təbii hüququ barədə baxışları eləcə də Russonun təlimi ilə
oxşarlıq təşkil edir. "Kəmalüddövlə məktubları"nın əvvəlində o, Russo kimi insanın
təbii vəziyyətini səciyyələndirərkən bunu ideallaşdırır.
M.F. Axundov qərbi avropa mütəfəkkirlərinin dövlət hüququ, konstitusiyalı,
respublika dövlət quruluşunun yaradılması, inzibati hüquq və digər hüquq sahələri
məsələlərinə dair görüşlərinə mühüm diqqət yetirmişdir.
Axundovun yaradıcılığında 1850-1856-cı illərdə yazdığı altı komediya mühüm yer
tutur. Azərbaycan dramaturgiyasının əsasını təşkil edən və bir sıra sosial-siyasi
məsələlərin ifadə olunduğu həmin komediyalar bunlardır "Hekayəti Molla
İbrahimxəlil kimyagər", "Müsyö Jordan və dərviş Məstəlişah", "Vəziri-xani-
Lənkəran", "Hekayəti xırs-quldurbasan", "Hacı Qara", "Mürafiə vəkilləri".
Bu komediyalarda Axundov xalqın dini və mənəvi əsarətinə, ictimai, cismani
zülmə qarşı çıxış edərək belə qənaətə gəlmişdi ki, xalq özünü cəhalətdən,
qaranlıqdan xilas etməli və öz hakimiyyətini qurmalıdır. "Zülmü aradan qaldırmaq
üçün əsla zalıma müraciət etmək lazım deyildir, bəlkə əksinə, məzluma demək
lazımdır ki, ey nadan, sən ki qüdrət, say və bacarıq cəhətdən zalımdan qat-qat artıqsan,
bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan və zalımın atasının goruna od
vur!"'
Axundov xalqın gücünə inanır, istibdad zülmündən xilas olmaq üçün onu birliyə,
mövcud quruluşu inqilabla məhv etməyə çağırırdı. Onun sosial-siyasi görüşlərində
azadlıq, humanizm, vətənpərvərlik və s. əhəmiyyətli yer tuturdu. Komediyalarının
ümumi ruhu bundan ibarətdir ki, feodal zorakılığının və cəhalətin hökm sürdüyü
şəraitdə ədalətin təntənəsi təsadüfi haldır.
, Axundovun komediyalarında feodal ictimai münasibətlərinin, fanatizmin, feodal
əxlaqının, dinin, ədalətsiz məhkəmələrin ciddi tənqidinə, ailə hüququna və qadın
azadlığına xüsusi diqqət yetirilir. Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki,
mütəfəkkirin komediyaları yalnız sırf bədii yaradıcılığın nümunəsi kimi deyil, eləcə
də müəyyən qədər ictimai-siyasi və hüquqi fıkirlərlə səciyyələnir, fəlsəfi-estetik
məzmunla fərqlənir.
Axundovun siyasi görüşlərinin geniş əhatə dairəsi və dərinliyi komediyalarından
sonrakı dövrə təsadüf edir. Bu tamamilə təbii və qanunauyğun hal kimi
qiymətləndirilməlidir. Çünki ikiqat zülmə-çarizmin müstəmləkəçilik siyasətinin
mənfur nəticələrinə və yerli feodalların riyakarlığına, zülmünə məruz qalan
Azərbaycan xalqının taleyi mütəfəkkirə dərin təsir göstərmiş və onun siyasi
görüşlərinin kəskinləşməsinə real imkan yaratmışdır. Axundovun yaradıcılığında
siyasi radikalizmin təzahürü məhz XIX əsrin 50-ci illərinin axırlarında başlanır. Onun
"Aldanmış kəvakib" əsərinin başa çatması ilə (1857-ci ildən etibarən) bədii
yaradıcılığında siyasi realizm nəzərə çarpır. Həmin əsər azərbaycanın ictimai-siyasi və
bədii-fəlsəfi fikir tarixində çox mühüm yer tutur, Mütəfəkkir "Aldanmış kəvakib"də
cəmiyyət-siyasət və dövlət-hüquq problemlərinə ciddi diqqət yetirir, eləcə də
cəmiyyətin siyasi və sosial strukturu məsələsini açıqlayır. Həcm etibarilə çox da
böyük olmayan "Aldanmış kəvakib" siyasi pamfletində istibdadın tənqidi, feodal
cəmiyyətinin dəyişdirilməsi ideyası, maarifçi mütləqiyyətin təbliği başlıca yer tutur.
Ağababa Rzayevin belə bir düzgün və ədalətli fikri ilə razılaşmaq olar ki, M.F.
Axundovun "Aldanmış kəvakibi" Azərbaycanın siyasi və fəlsəfi fıkir tarixində siyasi
pamfletin ilk klassik forması sayila bilər.
Mütəfəkkir qətiyyətlə elan edirdi ki, yuxandan hər hansı islahat yolu ilə xalqı yoxsul
vəziyyətdən, ağır iqtisadi şəraitdən xilas etmək mümkün deyildir. Xalq hər şeydən
əvvəl, inqilabın zəruriliyini dərk etməlidir və onun ideyalarını mənimsəməlidir.
İnqilabın aparıcı qüvvəsi məhz, xalq olmalıdır. Xalq, ictimai ünsürlər cəmiyyətin,
mövcud dövlət quruluşunun dəyişdirilməsi zərurətini dərk etmək üçün bir sıra
mütərəqqi islahatlara ehtiyac duyur. Şübhəsiz, Axundov mütərəqqi islahatı yaxşılığa
doğru addım hesab edirdi.
Axundovun "Aldanmış kəvakib" əsərində irəli sürülən dövlət-hüquq konsepsiyası
onun sonrakı əsərlərində də inkişaf etdirilir. O, ümumbəşəri xoşbəxtliyin əldə
olunmasını sosial islahatlar vasitəsilə deyil məhz, inqilab yolu və mümkün sayır.
Axundov bu konsepsıyanın təkcə Asiyada yox, eləcə də avropaya tətbiqini
əsaslandırmağa çalışır.
Belə bir cəhəti qeyd etmək vacibdir ki, Axundov 50-ci illərdə maarifçi, ədalətli
hökmdara ümid edirdi. "Aldanmış kəvakib"də hətta sadə xalq içərisindən çıxan ağıllı
hökmdar sujeti yaradır, onun cəsarətli, islahata istiqamətlənən fikirlərinə haqq
qazandırırdı. Bununla yanaşı mütəfəkkir belə qənaətə gəlmişdi ki, hökmdar nə qədər
ağıllı, tədbirli olsa da əgər xalq onu başa düşmürsə hökmdarın cəhdləri fayda verə
bilməz. Təsadüfi deyil ki, "qara camaat" 15 gündən sonra xalq içərisindən hakimiyyətə
gəlmiş Yusif Sərracı devirir. Axundov düzgün olaraq belə nəticəyə gəlir ki, təsadüfən,
fantastik şəraitdə meydana gələn dövlət 15 gündən artıq yaşaya bilməz.
Axundov 1865-ci ildə yazdığı "Hindistan şahzadəsi Kəmalüddövlənin Öz dostu İran
şahzadəsi Celalüddövləyə üç məktubu və Cəlalüddövlənin ona göndərdıyi cavab" adlı
fəlsəfi-siyasi traktatda (qısaca olaraq "Kəmalüddölə mektubları") başlıça düşməni
hesab etdiyi və həyati boyu mübarizə apardığı mütləqiyyəti və orta əsr qalıqlarını
kəskin şəkildə ifşa edir, xalq kütlələrinin məruz qaldığı ağır zülmü və istismarı
lənətləyir.

You might also like