P. 1
Azərbaycan Türkcəsi Haqqında

Azərbaycan Türkcəsi Haqqında

|Views: 1,571|Likes:
Yayınlayan: Umud Urmulu
Azərbaycan Türkcəsi Haqqında
Azərbaycan Türkcəsi Haqqında

More info:

Published by: Umud Urmulu on Apr 13, 2010
Telif Hakkı:Attribution Non-commercial

Availability:

Read on Scribd mobile: iPhone, iPad and Android.
download as PDF, TXT or read online from Scribd
See more
See less

09/13/2013

pdf

text

original

Sections

QISACIQ

AZӘRBAYCAN
TÜRKCӘSİ
HAQQINDA

Seçib Yenidәn Sahmanlayan:
Küyülü Sәid Nәccari





1




Önsöz
Әlinizdәki yazının hәdәfi Azәrbaycan Türkcәsinin
sәsbilimi vә qramerinin әsaslarını öyrәtmәkdir. Bu
yazını oxumaqla Azәrbaycan Türkcәsi haqqında
tәmәl bir bilgiyә sahib olacaqsınız.























2
İçindәkilәr:
1-ci Dәrs: Әlifba...................................................................................3
2-ci Dәrs: Sәs........................................................................................5
3-cü Dәrs: Kar vә Cingiltili Sәssizlәr ............................................6
4-cü Dәrs: Qalın vә İncә Sәslilәr ...................................................7
5-ci Dәrs: Dodaqlanan vә Dodaqlanmayan Sәslilәr................8
6-cı Dәrs: Sәsli Uyğunluğu (Ahәng) Qanunu ............................9
7-ci Dәrs: Ardıcıllıq Qanunu ..........................................................10
8-ci Dәrs: Heca...................................................................................11
9-cu Dәrs: Sözlәrin Son Hәrfi........................................................12
10-cu Dәrs: Söz vә Onun Quruluşu.............................................13
11-ci Dәrs: Düzәltmә Sözlәr vә Sözdüzәldici Şәkilçilәr.......14
12-ci Dәrs: Mürәkkәb Sözlәr vә Onların Yazılışı ....................15
13-cü Dәrs: Şәkilçilәrin Növlәri ...................................................16
14-cü Dәrs: Şәkilçilәrin Yazılışı....................................................17
15-ci Dәrs: Nitq Bölümlәri .............................................................18
16-cı Dәrs: İsim (Ad) .......................................................................19
17-ci Dәrs: İsimlәrin Quruluşca Növlәri ...................................20
18-ci Dәrs: İsimlәrdә Bağlılıq.......................................................23
19-cu Dәrs: İsmin Halları ...............................................................26
20-ci Dәrs: Bağlılıq vә Hal Şәkilçilәri Birlikdә.........................29
21-ci Dәrs: İsimlәrdә Xәbәr Әlamәti .........................................32
22-ci Dәrs: Sifәt.................................................................................34
23-cü Dәrs: Sifәtlәrin Dәrәcәsi ....................................................38
24-cü Dәrs: Say..................................................................................40
25-ci Dәrs: Әvәzliklәr ......................................................................41
26-cı Dәrs: Eylәm..............................................................................43
27-ci Dәrs: Anasöz............................................................................45
28-ci Dәrs: Eylәmin Danması........................................................46
29-cu Dәrs: Tә'sirli vә Tә'sirsiz Eylәmlәr..................................47
30-cu Dәrs: Eylәmlәrin Növü........................................................49
31-ci Dәrs: Eylәmlәrdә Zaman.....................................................51
32-ci Dәrs: Eylәmlәrdә Bitişәn Şәxs Әvәzliklәri ....................55
33-cü Dәrs: Eylәmin Şәkillәri........................................................56
34-cü Dәrs: Eylәmin Ümumi Şәkillәri ........................................59
35-ci Dәrs: Eylәmlik Bağlamalar .................................................60
36-cı Dәrs: Zәrf.................................................................................62
Qaynaqça:............................................................................................63



3
1-ci Dәrs: Әlifba

Azәrbaycan Türkcәsi, indiyәcәn, üç әlifbada yazılıbdır.
Quzey Azәrbaycanda Әrәb, Kiril vә Latın әlifbalarında,
Güney Azәrbaycanda isә, yalnız, Әrәb әlifbasında yazılıb.
Burada üç әlifbanın üçü dә, örnәklәrlә gәtirilir.

بﺮﻋ КИРИЛ LATIN
ا ﺁ ﺎﻧﺁ ана А а ana A a
ـﺑ ب ﺎﺑﺎﺑ баба Б б baba B b
ـﺟ ج نﺎﺟ ҹан Ҹ ҹ can C c
ـﭼ چ ﯼﺎﭼ чај Ч ч çay Ç ç
د ناد дар Д д dar D d
ـﺋ ـﺋا ئ ﻮﺋا ев Е е ev E e
ﻩ ﻪـ ا تا әт Әә әt Ә ә
ـﻓ ف لﺎﻓ фал Ф ф fal F f
ـﮔ گ ﺖﺌﮔ ҝет Ҝ ҝ get G g
ـﻏ غ غﺁ ағ Ғ ғ ağ Ğ ğ
ـه ﻩ
ـﻬـ
ـﺣ ح
لﺎﺣ ،ارﺎه һара, һал Һ һ hara, hal H h
ـﺧ خ لﺎﺧ хал Х х xal X x
ـٌﻳ ٌﯼ
ـٌﻳا
ﻖٌﻴﺸٌﻳا ышыг Ы ы ışıq I ı
ـﻳ ﯼ
ـﻳا
ﺪﻴﮕﻳا исти И и isti İ i

4
بﺮﻋ КИРИЛ LATIN
ژ ﻞﺋژ жел Ж ж jel J j
ـﮐ ﮎ ﮏﻴﭽﻴﮐ кичик К к kiçik K k
ـﻗ ق نﺎﻗ ган Г г qan Q q
ـﻟ ل لﻻ лал Л л lal L l
ـﻣ م ﻦﻣ мән М м mәn M m
ـﻧ ن ﻪﻨﻧ нәнә Н н nәnә N n
ْ وا ْ و ْ وا ن он О о otaq O o
ؤ ؤا ؤا ز өз Ө ө öz Ö ö
ـﭘ پ ﯼﺎﭘ пај П п pay P p
ر ٌﻴﺗرﺁ ﻖ артыг Р р artıq R r
ـﺳ س
ـﺛ ث
ـﺻ ص
ﻦﺳ ،ﻪﻴﻧﺎﺛ ،
نﻮﺑﺎﺻ
сән, санијә,
сабун
С с
sәn, saniyә,
sabun
S s
ـﺷ ش لﺎﺷ шал Ш ш şal Ş ş
ط ـﺗ ت رﺎﺗ ﺎﻔﻳﺎﻃ ، тар, тајфа Т т tar, tayfa T t
ُ و ُ وا ُ وا ُ ﻮﻣ د умуд У у umud U u
ٍو ٍوا ٍوا ﺖﺳ үст Ү ү üst Ü ü
و ﻦﻃو вәтән В в vәtәn V v
ـﻳ ﯼ رﺎﻳ јар Ј ј yar Y y
ض ذ ز
ظ ـﺿ
ٌﻳز ﻎ ،ﺖﻠﻠﻳذ ،
ﻢﻴﻟﺎﻇ ،ﻪﺑﺮﺿ
зығ, зилләт,
зәрбә,
залим
З з
zığ, zillәt,
zәrbә, zalim
Z z
أ ـﻋ ع ﺮﻌﺷ ше'р ' şe'r '

Aşağıdakı cümlәni üç әlifbada yazırıq:
- Azәrbaycan bizim vәtәnimizdir.
- Азәрбајҹан бизим вәтәнимиздир.
- ﺮﻳدﺰﻴﻤﻴﻨﻃو ﻢﻳﺰﻴﺑ نﺎﺠﻳﺎﺑرذﺁ .

5
2-ci Dәrs: Sәs

Azәrbaycan Türkcәsindә sәslәr iki yerә bölünür:
sәslilәr vә sәssizlәr. Sәslilәri tәlәffüz edәndә, hava azad
şәkildә ağızdan çıxır. Azәrbaycan Türkcәsindә doqquz
sәsli vardır:
- Aa: adam
- Ee: ev
- Әә: әl
- Iı: qız
- İi: dil
- Oo: yol
- Öö: göz
- Uu: duz
- Üü: üz

Sәssizlәrin tәlәffüzündә, hava axını ağızdan çıxanda,
bir maneyә rast gәlir. Azәrbaycan Türkcәsindә 23 sәssiz
vardır:
B, C, Ç, D, F, G, Ğ, H, X, J, K, Q, L, M, N, P, R, S,
Ş, T, V, Y, Z.











6
3-cü Dәrs: Kar vә Cingiltili Sәssizlәr

Azәrbaycan Türkcәsinin sәssizlәri ya kar ya da
cingiltili olur.
Kar sәssizlәri tәlәffüz edәndә, sәs tellәri titrәmir vә
sәs eşidilmir: p, t, k kimi.
Cingiltili sәssizlәri tәlәffüz edәndә, sәs tellәri titrәyir
vә sәs eşidilir: b, n, z kimi.
Azәrbaycan Türkcәsindә kar sәssizlәrә nisbәt,
cingiltili sәssizlәr çox işlәnir.



















7
4-cü Dәrs: Qalın vә İncә Sәslilәr

Azәrbaycan Türkcәsindә olan sәslilәrdәn dördü
qalındır:
- a
- ı
- o
- u

Bu sәslilәri deyәndә, dil arxa tәrәfdә yuxarı qalxır vә
sәs qalın çıxır. Bunlara dilarxası vәya qalın sәslilәr deyilir.
Qalan beş sәsli incәdir:
- e
- ә
- i
- ö
- ü

Bu sәslilәri deyәndә, dilin qabaq bölümü öndamaqda
qalır vә sәs incә çıxır. Bunlara incә sәslilәr deyilir.
Sәslilәrdәn o, ö, e, әsl Türk sözlәrindә birinci
hecada gәlә bilәr.

"Azәrbaycan Türkcәsinin sәslilәri qısadır."



8

5-ci Dәrs: Dodaqlanan vә Dodaqlanmayan
Sәslilәr

Sәslilәrin bә'zisini deyәndә, dodaqlar girdәlәşib irәli
uzanır. Belә sәslilәrә dodaqlanan sәslilәr deyilir:
- o
- ö
- u
- ü

Qalan beş sәslini deyәndә dodaqlar tәbii halda qalır
vә sәs tәlәffüzünә qatılmır. Bunlara dodaqlanmayan
sәslilәr deyilir:
- a
- e
- ә
- ı
- i









9

6-cı Dәrs: Sәsli Uyğunluğu (Ahәng) Qanunu

Әsl Türk sözlәrindә, sәslilәr ya incә olar ya da qalın.
Demәk, bir sadә sözdә sәslilәrin hamısı bir cinsdәn
olmalıdır.
Sözlәrdә qalın vәya incә sәslilәrin bir cinsdәn
olmasına sәsli uyğunluğu (ahәng) qanunu deyilir,
örnәk- lәr:
- qalın:
oyun
ayaq
dodaq
yoldaşlıq
vurğun
- incә:
evli
eşik
süpürgә
kәndçi
dirsәk
ödәmәk






10
7-ci Dәrs: Ardıcıllıq vәya Sәslilәrin Bir-birinin
Dalınca Gәlmәsi Qanunu

Әsl Türk sözlәri, sәslilәr müәyyәn tәrtiblә düzülәndә,
düzәlir.
Bu tәrtibә, ardıcıllıq vәya sәslilәrin bir-birinin dalınca
gәlmәsi qanunu deyilir.
Demәk, bu dilin sözünün birinci sәslisini bilsәk, sәsli
uyğunluğu qanunu yardımı ilә, sonrakı hecalarda gәlәn
sәslilәri dә tә'yin edә bilәrik.
Örnәk:
- getdikcә
- dondurma
- tökülmәk.
















11
8-ci Dәrs: Heca

Sözlәr parça-parça deyilir; hәr parça bir hecadır vә
hәr hecada bir sәsli vardır:
- birhecalı: at, göz
- ikihecalı: ana, qoçaq
- üçhecalı: qardaşlıq, dumanlıq
- dördhecalı: yazıçılıq, Azәrbaycan
- beşhecalı: Azәrbaycanlı, yaşıllaşdırmaq

Azәrbaycan Türkcәsinin әsl sözlәrini nәzәrә alaraq,
beş növ heca görürük :
1. Tam açıq heca: sözün әvvәlindә gәlәr vә yalnız
bir sәslidәn ibarәt olar, örnәk: a + na, a + çıq.
2. Açıq heca: bir sәssizlә bir sәslidәn ibarәtdir vә
sözün hәr yerindә gәlә bilәr, örnәk: ba + ba, bi
+ bi.
3. Qapalı heca: bir sәsli ilә bir sәssizdәn qurulan
hecadır. Bu heca sözün hәr yerindә gәlә bilәr,
örnәk: at, üç.
4. Tam qapalı heca: iki sәssizin arasında bir
sәslidәn ibarәt olan hecadır. Bu heca sözün hәr
yerindә işlәnir, örnәk: bal, gül.
5. İkinci tam qapalı heca: üç sәssiz vә birinci
sәssizdәn sonra gәlәn bir sәslidәn ibarәt olan
hecadır. Sonrakı iki sәssizdәn biri mütlәq cingiltili
olmalıdır, örnәk: sәrt, qurd.


12
9-cu Dәrs: Sözlәrin Son Hәrfi

Azәrbaycan Türkcәsinin sözlәri eşidildiyi kimi yazılır:
1. Axırı "q" ya "ğ" vәya "x" tәlәffüz olan sözlәr, әgәr
tәkhecalı olsalar, "ğ" ya "x" vә әgәr iki vәya
çoxhecalı olsalar, "q" şәklindә yazılar. Örnәk: çox,
yağ, bax, zığ, uşaq, qaçmaq.
2. Qalın sәsli anasözlәr (mәsdәr) "q", incә sәslilәr isә
"k" ilә bitәr, örnәk: yazmaq, olmaq, yemәk, sönmәk.
3. Sözlәrin axırındakı "q" hәrfi, iki sәsli arasına düşsә,
"ğ" hәrfinә çevrilәr, örnәk: uşaq + ı uşağı.
4. İki vәya çox hecalı sözlәrin sonundakı "t" hәrfi, iki
sәsli arasına düşәndә, "d" hәrfinә çevrilәr. Örnәk:
qaçırt + ır qaçırdır, unut + ur unudur.
5. Sözlәrin sonundakı "k" hәrfi, iki sәsli arasına
düşәndә, "g" vәya "y" hәrfinә çevrilir. Örnәk: çörәk
+ i çörәyi (çörәgi), әmәk + i әmәyi (әmәgi).













13
10-cu Dәrs: Söz vә Onun Quruluşu

Sözlәr quruluşlarına görә üç cür olur:
1. Sadә sözlәr: hәmişә sabit qalıb, tәklikdә anlamı
(mә'na) olan, bir hәrfi düşsә anlamını itirәn
sözlәrә sadә sözlәr deyilir.
Örnәk: ana, bacı, divar.
2. Düzәltmә sözlәr: bir sadә söz vә sözdüzәldәn
şәkilçidәn ibarәt olan sözlәrә, düzәltmә sözlәr
deyilir.
Örnәk: vәtәndaş vәtәn + daş, atlı
at+ lı.
3. Mürәkkәb sözlәr: iki vәya neçә kökdәn düzәlәn
sözlәrә, mürәkkәb sözlәr deyilir.
Örnәk: istiot isti + ot, әlüzyuyan әl
+ üz + yuyan.
"Sözün dәyişilmәyәn vә müstәqil anlamı olan
bölümünә, kök deyilir."
"Sözün dәyişәn vә müstәqil işlәnmәyәn bölümünә,
şәkilçi vәya әk deyilir."







14
11-ci Dәrs: Düzәltmә Sözlәr vә Sözdüzәldici
Şәkilçilәr

Yeni söz düzәltmәk üçün, köklәrә artırılan
şәkilçilәrә, sözdüzәldici şәkilçilәr deyilir.
Örnәk:
gözlük
gözlü
gözәtçi
gözsüz

Yuxarıdakı örnәklәrdә "göz" sözünә çeşidli
(müxtәlif) şәkilçilәr qoşmaqla, cürbәcür sözlәr yaranır.

















15
12-ci Dәrs: Mürәkkәb Sözlәr vә Onların
Yazılışı

Mürәkkәb sözlәr, aşağıdakı qaydalarla yaranır:
1. İki vә hәrdәn üç sadә sözün birlәşmәsindәn,
örnәk: Düz Küyü, qaraqaş, uzunburun
2. Yaxınanlamlı iki sözün birlәşmәsindәn,
örnәk: ev-eşik, üst-baş, çal-çağır
3. Eyni sözlәrin tәkrarı ilә,
örnәk: üzbәüz, baş-başa
4. Ziddanlamlı sözlәrin birlәşmәsindәn,
örnәk: yer-göy, gecә-gündüz
















16
13-cü Dәrs: Şәkilçilәrin Növlәri

Azәrbaycan Türkcәsindә şәkilçilәr görәvlәrinә
(vәzifә) görә iki yerә bölünür:
1. Sözdüzәldici şәkilçilәr: bә'zi şәkilçilәr, sözә
artırılanda, o sözün anlamını dәyişib yeni-anlamlı söz
yaradar. Belә şәkilçilәrә, sözdüzәldici şәkilçilәr deyilir.
Örnәk:
-çı boyaqçı,
-suz susuz,
-li yemәli,
-lıq ağalıq

2. Sözdәyişdirici şәkilçilәr: bә'zi şәkilçilәr sözә
artırılanda, onun yalnız zahirdәki şәklini dәyişib,
anlamında heç bir dәyişiklik yaratmır. Belә şәkilçilәrә,
sözdәyişdirici şәkilçilәr deyilir.
Örnәk:
-da dağda,
-dәn Küyüdәn,
-a yoldaşa,
-yә dәrәyә





17
14-cü Dәrs: Şәkilçilәrin Yazılışı

1. Sözlәrin son sәslisinin ancaq qalın vәya incәliyinә
bağlı olan şәkilçilәr, iki şәkilli olur. Belә şәkilçilәrin
qalınlarında "a" incәlәrindә isә "ә" sәslisi işlәnir.
Örnәk:
a. qalın sözdәyişdirici şәkilçilәr: -lar qapılar, -
da dağda, -dan uşaqdan
b. incә sözdәyişdirici şәkilçilәr: -lәr evlәr, -dә
gündә, -dәn çiçәkdәn
c. qalın sözdüzәldici şәkilçilәr: -ma qalma, -
an yanan
ç. incә sözdüzәldici şәkilçilәr: -mә gülmә, -әn
sevinәn
2. Sözün son sәslisinin qalın vәya incәliyi, ha belә
dodaqlanan vәya dodaqlanmayan olmasına bağlı
olan şәkilçilәr dördçeşidli olur. Belә şәkilçilәrin
qalınlarında, sәsli uyğunluğu qanununa görә "ı" vәya
"u", incәlәrindә isә "i" vәya "ü" işlәnir, örnәk:
a. qalın sözdәyişidirici şәkilçilәr: -ı qarpızı, -ın
qarpızın, -u duzu, -un duzun
b. incә sözdәyişdirici şәkilçilәr: -i dili, -in
dilin, -ü günü, -ün günün
c. qalın sözdüzәldici şәkilçilәr: -lıq yaylıq, -sız
paltarsız, -luq qonşuluq, -suz
odunsuz
ç. incә sözdüzәldici şәkilçilәr: -lik kölgәlik,
- siz evsiz, -lük gözlük, -süz gülsüz





18
15-ci Dәrs: Nitq Bölümlәri

Hәr dilin sözlәri çeşidli bölümlәrә bölünür. Onlara
nitq bölümlәri deyilir.
Azәrbaycan Türkcәsindә on cür nitq bölümü vardır.
Bunlardan bә'zisinin mәtndәn eşikdә, müstәqil anlamı
olur. Bunlara әsas nitq bölümlәri deyilir. Azәrbaycan
Türkcәsindә yeddi cür әsas nitq bölümü var:
1. isim: ana, vәtәn
2. sifәt: ağ, böyük
3. say: bir, iki
4. әvәzlik: mәn, sәn
5. eylәm (fe'l): yazdım, gedirәm
6. zәrf: yavaş, diqqәtlә
7. nida: ax! hoy!
Mәtndәn eşikdә müstәqil anlamı olmayan nitq
bölümlәrinә, kömәkçi nitq bölümlәri deyilir.
1. qoşma: sarı, -dәk, kimi, görә
2. bağlayıcı: hәm, da, yoxsa, ancaq
3. әdat: ki, -mi, bәs, ha












19
16-cı Dәrs: İsim (Ad)

Şeylәr vә kimsәlәrin adını bildirәn sözlәrә, isim
deyilir:

1. özәl (xüsusi) isimlәr: varlığı tәk olan şeylәri
bildirәn sözlәrә deyilir, örnәk: Savalan, Babәk,
Tәbriz.
2. genәl (ümumi) isimlәr: cinsibir şeylәrin ümumi
adı olan sözlәrә deyilir, örnәk: adam, kitab.
3. mücәrrәd isimlәr: maddә xaricindә olan vә
әllәnmә- yәn şeylәrin adına deyilir, örnәk: yaxşılıq,
qoçaqlıq.
4. mücәrrәd olmayan isimlәr: canlılar vә cansızların
adına deyilir, örnәk: su, quş.
5. tәklik isimlәr: isimlәrin çoxu, sonunda toplu (cәm)
әlamәti olmayanda, tәk bir şeyi bildirir. Belә isimlәrә,
tәklik isimlәr deyilir, örnәk: ata, ev.
6. çoxluq isimlәr: sonunda toplu әlamәti olmayanda
da çoxluğu bildirәn adlara deyilir, örnәk: el, ulus,
sürü.
7. isimlәrin toplusu: Azәrbaycan Türkcәsindә
isimlәrin toplu әlamәti, ikiçeşidli "-lar, -lәr"-dәn
ibarәtdir. İsmin son sәslisi qalın olsa "-lar", incә olsa
"-lәr"-dәn yararlanarlar, örnәk: dost dostlar,
qarpız qarpızlar, çöl çöllәr, gәmi gәmilәr.





20
17-ci Dәrs: İsimlәrin Quruluşca Növlәri

1. Sadә isimlәr: bir kökdәn ibarәt olan vә bir hәrfi
düşәndә anlamını itirәn isimlәrә, sadә isimlәr deyilir,
örnәk: çörәk, at.
2. Düzәltmә isimlәr: bir kök vә bir vәya bir neçә
södüzәldici şәkilçidәn әmәlә gәlәn isimlәrә, düzәltmә
isimlәr deyilir.
Çağdaş Azәrbaycan Türkcәsinin standard şivәsin-
dә var olan düzәltmә isimlәr:
i. Türkcә şәkilçilәrlә düzәlәnlәr:
-lıq, -lik, -luq, -lük: dağlıq, çәrçilik,
ucuzluq, düzlük
-ça, -çә: qazança, dәftәrçә
-laq: duzlaq, çaylaq
-çı, -çi, -çu, -çü: yazıçı, çörәkçi, odunçu,
üzümçü
-lı, -li, -lu, -lü: dadlı, evli, duzlu, sözlü
-daş: yoldaş, әmәkdaş, vәtәndaş
-cıq, -cik, -cuq, -cük, -cığaz, -ciyәz:
anacıq, evcik, yavrucuq, gözcük, qızcığaz,
nәnәciyәz
ii. Fars vә Әrәb dillәrindәn alınmış şәkilçilәrlә
hәmәn dillәrdәn alınmış sözlәrdәn düzәlәn
düzәltmә isimlәr:
-iyyәt: ziddiyyәt, şәxsiyyәt
-yat, -at: әdәbiyyat, tә'limat
-iyyә: sәviyyә, fәrziyyә
-i, -vi: Xaqani, Gәncәvi
-dar: eldar, havadar

21
iii. Avropa dillәrindәn alınmış şәkilçilәrlә
hәmәn dillәrdәn alınmış sözlәrdәn
yaranan düzәltmә isimlәr:
-izm: idealizm -ist: maşınist -ik:
akademik, biolijik
iv. Türkcә şәkilçilәrlә hәmәn dilin
eylәmlәrindәn düzәlәn isimlәr:
-ıq, -ik, -uq, -ük: qatıq, bilik, qoruq,
hörük
-ış, -iş, -uş, -üş: qaçış, gәliş, uçuş, görüş
-ma, -mә: vuruşma, süzmә
-aq, -әk, -q, -k: yataq, sürәk, daraq,
әlәk
-caq, -cәk: sancaq, yellәncәk
-ım, -im, -um, -üm: yığım, içim, udum,
ölüm
-qa, -gә: qovurqa, süpürgә
-ar, -әr: açar, gülәr
-tı, -ti, -tu, -tü: qışqırtı, göyәrti, gurultu,
üzüntü
-qın, -kin, -qun, -gün, -ğın, -ğun:
basqın, kәskin, tutqun, süzgün, dalğın,
vurğun
-qı, -ki, -qu, -gü, -ğı, -ğu: asqı, seçki,
pusqu, bölgü, çalğı, sorğu
-ın, -in: axın, biçin
-ı, -i, -u, -ü: yazı, çәki, pozu, ölçü
-ıcı, -ici, -ucu, -ücü: satıcı, bilici, sorucu,
bölücü
-ınc, -inc, -unc, -ünc: qaxınc, sevinc,
qorxunc, gülünc
-acaq, -әcәk: yanacaq, silәcәk
-cә: düşüncә

22
-gәc: süzgәc
-ac,-әc: tıxac, döyәc
-ir: gәlir
-ıc: ayrıc
-ıntı, -inti, -untu, -üntü: qazıntı, әzinti,
ovuntu, çöküntü
-maz, -mәz: solmaz, sönmәz
3. Mürәkkәb isimlәr: iki vәya neçә müstәqil sözdәn
әmәlә gәlәn sözlәrә, mürәkkәb isimlәr deyilir.
i. iki müstәqil sözdәn yarananlar: Böyükağa,
hacıleylәk
ii. bir sözün tәkrarından әmәlә gәlәnlәr:
qala-qala, deyә-deyә
iii. anlamca zidd olan iki sözün
birlәşmәsindәn әmәlә gәlәnlәr: var-yox,
az-çox
iv. bir anlamlı vә bir anlamsız sözün
birlәşmәsindәn әmәlә gәlәnlәr: adam-
madam, qız-mız













23
18-ci Dәrs: İsimlәrdә Bağlılıq

Bir şeyin bir şәxsә bağlı vәya aid olduğunu bidirmәk
üçün, o şeyin isminin axırına müәyyәn şәkilçilәr
artırarlar.
1. Birinci tәk şәxsә bağlı olanda:
i. bağlı olan tәk şey sәssiz ilә bitsә, bağlılıq
әlamәti dördçeşidli "-ım, -im, -um, -üm”
olar, örnәk: kitabım, Tәbrizim, duzum,
gülüm.
ii. bağlı olan tәk şey sәsli ilә qurtarsa,
yuxarıdakı şәkilçilәrin ilkin sәslisi düşәr,
örnәk: anam, nәnәm, quzum, sürüm.
iii. bağlı olan şey toplu olsa, "-lar, -lәr” toplu
әlamәti artırılıb, ondan sonra bağlılıq
әlamәti "-ım, -im” gәlәr, örnәk: quzularım,
güllәrim.
2. Birinci toplu şәxsә bağlı olanda:
i. bağlı olan tәk şәy sәssizlә bitsә, bağlılıq
әlamәti dördçeşidli "-ımız, -imiz, -umuz, -
ümüz" olar, örnәk: bağımız, evimiz,
yurdumuz, gölümüz.
ii. bağlı olan tәk şey sәsli ilә qurtarsa,
yuxarıdakı şәkilçilәrin ilkin sәslisi düşәr,
örnәk: anamız, nәnәmiz, quzumuz,
güzgümüz.
iii. bağlı olan şey toplu olsa, "-lar, -lәr" toplu
әlamәti artırılıb, ondan sonra bağlılıq
әlamati "-ımız,-imiz" gәlәr, örnәk:
qoyunlarımız, güzgülәrimiz.

24
3. İkinci tәk şәxsә bağlı olanda:
i. bağlı olan tәk şey sәssiz ilә bitsә, bağlılıq
әlamәti dördçeşidli "-ın, -in, -un, -ün" olar,
örnәk: kitabın, evin, yurdun, gülün.
ii. bağlı olan tәk şey sәsli ilә qurtarsa,
yuxarıdakı şәkilçilәrin ilkin sәslisi düşәr,
örnk: anan, nәnәn, quzun, güzgün.
iii. bağlı olan şey toplu olsa, "-lar, -lәr" toplu
әlamәti artırılıb, ondan sonra bağlılıq әlamәti
"-ın, -in" gәlәr, örnәk: kitabların, evlәrin,
quzuların, güllәrin.
4. İkinci toplu şәxsә bağlı olanda:
i. bağlı olan tәk şey sәssiz ilә bitsә, bağlılıq
әlamәti dördçeşidli "-ınız = -ız, -iniz = -iz, -
unuz = -uz, -ünüz = -üz" olar, örnәk:
kitabınız = kitabız, eviniz = eviz, yurdunuz =
yurduz, sözünüz = sözüz.
ii. bağlı olan tәk şey sәsli ilә qurtarsa, yuxarıdakı
şәkilçilәrin ilkin sәslisi düşәr, örnәk: ananız =
anaz, nәnәniz = nәnәz, quzunuz = quzuz,
güzgünüz = güzgüz.
iii. bağlı olan şey toplu olsa, "-lar, -lәr" toplu
әlamәti artırılıb, ondan sonra bağlılıq әlamәti
"-ınız = -ız, -iniz = -iz" gәlәr, örnәk:
kitablarınız = kitablarız, güllәriniz = güllәriz.
5. Üçüncü tәk şәxsә bağlı olanda:
i. bağlı olan tәk şey sәssiz ilә bitsә, bağlılıq
әlamәti dördçeşidli "-ı, -i, -u, -ü" olar, örnәk:
kitabı, evi, yurdu, sözü.

25
ii. bağlı olan tәk şey sәsli ilә qurstarsa, "-s-"
hәrfi araya gәlәr, örnәk: anası, nәnәsi,
quzusu, güzgüsü.
iii. bağlı olan şey toplu olsa, "-lar, -lәr" toplu
әlamәti artırılıb, ondan sonra bağlılıq әlamati
"-ı, -i" gәlәr, örnәk: kitabları, evlәri, quzuları,
güllәri.
6. Üçüncü toplu şәxsә bağlı olanda:
i. bağlı olan tәk şey sәssiz ilә bitsә, bağlılıq
әlamәti ikiçeşidli "-ları, -lәri" olar, örnәk:
kitabları, qәlәmlәri, quzuları, güzgülәri.
ii. bağlı olan tәk şey sәsli ilә qurtarsa, bağlılıq
forması "i."-dәki kimidir.


















26
19-cu Dәrs: İsmin Halları

İsimlәrin cümlә içindә çeşidli şәkillәrә düşmәsinә,
ismin halları deyilir:
1. Adlıq hal: bu, ismin birinci şәkli vә adıdır vә şәkilçisi
olmaz. Bu hal "kim?" vәya "nә?" sorğularından
birisinә cavab verir, örnәk: ana “Kim?”, kitab
“Nә?”
2. Yiyәlik hal: bu hal iki şey arasında sahiblik, yiyәlik
mәzmununu bildirir. Bu halda olan isimlәr "kimin?"
vәya "nәyin?" sorğularından birisinә cavab verir,
örnәk: Füzulinin qәzәli “Kimin qәzәli?”
Bu halın şәkilçilәri aşağıdakılardan ibarәtdir:
i. isim sәssiz hәrflә bitsә, sözün son
sәslisi ilә uyğun, dördçeşidli "-ın, -in, -
un, -ün" işlәnir, örnәk: Azәrbaycanın,
elin, dostun, gülün.
ii. isim sәsli hәrflә bitsә, şәkilçi ilә ismin
arasına bir "-n-” hәrfi artırılır, örnәk:
atanın, dirinin, quzunun, özünün.
3. Yönlük hal: bu hal iş vә hәrәkәtin yönünü (cәhәt)
vәya hәdәfini bildirir. Özü dә "hara?” vәya "nәyә?"
sorğularından birisinә cavab verir, örnәk: Bağa
gedirәm. “Hara gedirәm?”, Kitaba baxıram. “Nәyә
baxıram?”
şәkilçilәr:
i. isim sәssiz hәrflә bitsә, sözün son
sәslisi ilә uyğun, qalınlarda "-a",
incәlәrdә isә "-ә" işlәnәr, örnәk:
ağaca , evә.

27
ii. isim sәsli hәrflә bitsә, şәkilçi ilә ismin
arasına bir "-y-” hәrfi artırılır, örnәk:
anaya, nәnәyә, küçәyә.
4. Tә'sirlik hal: bu hal eylәmin (fe'l) tә'siri üstünә
düşәn isimlәri göstәrir. Bu halda işlәnәn isimlәr
"kimi?" vәya "nәyi?" sorğularından birisinә cavab
verir, örnәk: Müәllimi gördüm. “Kimi gördüm?”,
Şe'ri oxudum. “Nәyi oxudum?”
şәkilçilәr:
i. isim sәssiz hәrflә bitsә, sözün son
sәslisi ilә uyğun, dördçeşidli "-ı, -i, -u, -
ü" işlәnәr. Örnәk: otağı, vәtәni, duzu,
gözü.
ii. isim sәsli hәrflә bitsә, şәkilçi ilә ismin
arasına "-n-” hәrfi artırılır. Örnәk:
ananı, bәbәni, quzunu, düyünü.
5. Yerlik hal: bu halda, isim işin vәya hәrәkәtin baş
verdiyi yeri bildirir. Bu haldakı isimlәr, "kimdә?",
"nәdә?" vәya "harada?" sorğularından birisinә cavab
verir, örnәk: Kitab Aydındadır. “Kitab kimdәdidr?”
şәkilçilәr:
i. ismin son sәslisi qalın olsa, "-da" şәkilçisi
ismin sonuna artırılır. Örnәk: anada,
zurdda, otaqlarda.
ii. ismin son sәslisi incә olsa, "-dә" şәkilçisi
ismin sonuna artırılır. Örnәk: evdә,
çöldә , evlәrdә.
6. Çıxışlıq hal: bu hal iş vәya hәrәkәtin çıxdığı nöqtәni
bildirir. İsimlәr bu halda, "kimdәn?", "nәdәn?" vәya
"haradan?" sorğularından birisinә cavab verir,

28
örnәk: Anar mәktәbdәn gәldi. “Anar haradan
gәldi?”
şәkilçilәr:
i. ismin son sәslisi qalın olsa, "-dan" şәkilçisi
ismin sonuna artırılır, örnәk: anadan,
bağdan, babalardan.
ii. ii. ismin son sәslisi incә olsa, "-dәn"
şәkilçisi ismin sonuna artırılır, örnәk:
evdәn, sәndәn , körpәlәrdәn.
isimlәr hәm bağlılıq, hәm dә hal şәkilçisi qәbul
edәndә, ilkcә bağlılıq, sonra isә hal şәkilçisi yazılar,
örnәk: qardaşıma, qardaşımızda, ...


















29
20-ci Dәrs: Bağlılıq vә Hal Şәkilçilәri Birlikdә

"isim + bağlılıq + hal şәkilçisi"
1. Qalın dodaqlananlarda: ikinci tәk şәxsә aid olanda

i. adlıq: sәssizlә bitәndә odunun, sәsli ilә
bitәndә quyun
ii. yiyәlik: sәssizlә bitәndә odununun, sәsli
ilә bitәndә quyunun
iii. yönlük: sәssizlә bitәndә odununa, sәsli ilә
bitәndә quyuna
iv. tә'sirlik: sәssizlә bitәndә odununu, sәsli
ilә bitәndә quyunu
v. yerlik: sәssizlә bitәndә odununda, sәsli ilә
bitәndә quyunda
vi. çıxışlıq: sәssizlә bitәndә odunundan, sәsli
ilә bitәndә quyundan
2. Qalın vә incә dodaqlanmayanlarda: ikinci tәk şәxsә
aid olanda
i. adlıq: sәssizlә bitәndә qardaşın, sәsli ilә
bitәndә bibin
ii. yiyәlik: sәssizlә bitәndә qardaşının, sәsli
ilә bitәndә bibinin
iii. yönlük: sәssizlә bitәndә qardaşına, sәsli
ilә bitәndә bibinә
iv. tә'sirlik: sәssizlә bitәndә qardaşını, sәsli
ilә bitәndә bibini

30
v. yerlik: sәssizlә bitәndә qardaşında, sәsli
ilә bitәndә bibindә
vi. çıxışlıq: sәssizlә bitәndә qardaşından,
sәsli ilә bitәndә bibindәn
3. Sәsli ilә bitәnlәr (qalın dodaqlanmayan vә incә
dodaq-lananlar ): ikinci tәk şәxsә aid
i. adlıq: qalın sәsli ilә bitәndә anan, incә
sәsli ilә bitәndә hülün
ii. yiyәlik: qalın sәsli ilә bitәndә ananın,
incә sәsli ilә bitәndә hülünün
iii. yönlük: qalın sәsli ilә bitәndә anana, incә
sәsli ilә bitәndә hülünә
iv. tә'sirlik: qalın sәsli ilә bitәndә ananı, incә
sәsli ilә bitәndә hülünü
v. yerlik: -qalın sәsli ilә bitәndә ananda, -
incә sәsli ilә bitәndә hülündә.
vi. çıxışlıq: qalın sәsli ilә bitәndә anandan,
incә sәsli ilә bitәndә hülündәn
Bu iki şәkilçi isimlәrә artırılanda, gördüyümüz kimi,
standard şivә normaları ilә, ikinci tәk şәxsdә yiyәlik,
yönlük vә tә'sirlik halında bir sıra dolaşıqlıqlar irәli
gәlir. Bu dolaşıqlıqları aradan qaldırmaq üçün, Güney
Azәrbaycanda, çox lәhcәlәrdә, hәmәn üç "-ın"
bağlılıq şәkilçisinin "-n-" hәrfini "-v-" hәrfinә
çevirirlәr, örnәk:
i. yiyәlik: odununun odunuvun, quyunun
quyuvun, qardaşının qardaşıvın, ananın
anavın, hülünün hülüvün

31
ii. yönlük: odununa odunuva, quyuna
quyuva, qardaşına qadaşıva, bibinә
bibivә, anana anava, hülünә hülüvә
iii. tә'sirlik: odununu odunuvu, quyunu
quyuvu, qardaşını qardaşıvı, bibini bibivi,
ananı anavı, hülünü hülüvü


























32
21-ci Dәrs: İsimlәrdә Xәbәr Әlamәti

Xәbәr şәkilçilәri bunlardır:
1. Birinci tәk şәxs:
i. söz sәssizlә bitsә, qalın sәslilәrdә "-am",
incәlәrdә isә "-әm" olar, örnәk: qoçağam,
gәncәm.
ii. söz sәsli ilә bitsә, yuxarıdakı şәkilçilәr
işlәnәr, amma iki sәsli arasında "-y-" hәrfi
gәlәr, örnәk: atayam, nәnәyәm.
2. Birinci toplu şәxs:
i. söz sәssizlә bitsә, dördçeşidli "-ıq, -ik, -uq, -
ük" gәlәr, örnәk: insanıq, gәncik, qohumuq,
böyügük.
ii. söz sәsli ilә bitsә, iki sәsli arasında "-y-"
hәrfi gәlәr, örnәk: bacıyıq, körpәyik,
odunçuyuq, sürücüyük.
3. İkinci tәk şәxs: hәm sәsli, hәm dә sәssiz hәrflә bitәn
sözlәrin son sәslisi qalın olsa "-san", incә olsa "-sәn"
işlәnәr, örnәk: qoçaqsan, babasan, nәnәsәn,
böyüksәn.
4. İkinci toplu şәxs: sözün son sәslisiylә ilgili,
dördçeşidli "-sınız = -sız, -siniz = -siz, -sunuz = -suz,
-sünüz = -süz" işlәdilir, örnәk: qoçaqsınız = qoçaqsız,
devsiniz = devsiz, qohumsunuz = qohumsuz,
düzsünüz = düzsüz.
5. Üçüncü tәk şәxs: sözün son sәslisiylә ilgili,
dördçeşidli "-dır, -dir, -dur, -dür" gәlәr, örnәk:
anadır, evdir, ovçudur, üzümdür.

33
6. Üçüncü toplu şәxs: 5-cidәki şәkilçilәrdәn sonra,
qalınlarda "-lar", incәlәrdә isә "-lәr" artırılır, örnәk:
qoçaqdırlar, nәnәdirlәr, oğrudurlar, düzdürlәr.
Xәbәr әlamәtinin danması: bu әlamәt "deyil =
dәgil"-dәn ibarәtdir. Şәkilçilәr bu әlamәtin sonuna
artırılır, örnәk:
deyilәm, deyilsәn, deyildir
deyillik, deyilsiz, deyillәr.





















34
22-ci Dәrs: Sifәt

İsimlәrin necәliyini bildirәn sözlәrә, sifәt deyilir.
Azәrbaycan Türkcәsindә:
1. sifәt isimdәn qabaq gәlәr: gözәl qız, qırmızı alma.
2. sifәt xәbәr olsa, isimdәn sonra gәlәr: vәtәn әzizdir.
Sifәtlәrin quruluşca növlәri:
1. Sadә sifәtlәr: bir kökdәn ibarәt olar.
i. rәng: ağ, qara
ii. nәcürlük: yaxşı, pis
iii. ölçü vә hәcm: uca, qısa
iv. dad: şirin, acı
v. üzündәki әlamәt: şil, qoca
vi. istilik vә ağırlıq: ağır, isti
2. Düzәltmә sifәtlәr: bir söz vә bir şәkilçidәn düzәlir.
i. isimlik sifәtlәr: bir isim + şәkilçi
-lı, -li, -lu, -lü: dadlı, bilgili,
yuxulu,dözümlü
-sız, -siz, -suz, -süz: adsız, evsiz, yolsuz,
tüksüz
-çı, -çi, -çu, -çü: qaçaqçı, dәmirçi, odunçu,
döyüşçü
-lıq, -lik, -luq, -lük: dağlıq, hәftәlik,
donluq, günlük
-kı, -ki, -kü: axşamkı, sәhәrki, bugünkü

35
-kı, -ki: atamdakı, evdәki
-cıl, -cil, -cul, -cül: qabaqcıl, işcil,
qohumcul, ölümcül
ii. eylәmlik (fe'li) sifәtlәr:
birinci dәstә: adlıq isim eylәm kökü
+"an"/"әn"
Örnәk: qanan, görәn, yazılmayan,
anlaşılmayan.
ikinci dәstә:
-mış, -miş, -muş, -müş: qocalmış,
gәlmiş, qurumuş, görmüş
-ar, -әr: axar, gülәr
-acaq, -әcәk (-yacaq, -yәcәk):
olacaq, gәlәcәk, yaşayacaq, әlәyәcәk
üçüncü dәstә:
-malı, -mәli: oxumalı, görmәli
-ası, -әsi (-yası, -yәsi): yazası,
oxuyası, görәsi, bürüyәsi.
dördüncü dәstә:
alınma, gәlmә
beşinci dәstsә:
-ağan, -әyәn: qapağan, hürәyәn
-qan, -kәn: çalışqan, döyüşkәn
-aq, -әk: qorxaq, işlәk
-ğın (-ğın, -ğun, -gin, -gün) vә -qın
(-qın, -qun, -kin, -kün):

36
söz cingiltili sәssizlә bitsә, “-ğın”-
gillәr artırılar: azğın, solğun, әzgin,
düzgün
söz kar sәssizlә bitsә, “-qın”-gillәr
artırılar: satqın, tutqun, kәskin,
küskün
-ıcı, -ici, -ucu, -ücü, -yıcı, -yici, -
yucu, -yücü: alıcı, keçici, yorucu,
sürücü, partlayıcı, әlәyici, qoruyucu,
bürüyücü
-ıq, -ik, -uq, -ük: batıq, kәsik, uçuq,
sönük
-caq, -cәk: utancaq, sevincәk
-ınc, -inc, -unc, -ünc: qorxunc,
gülünc
-c: qısqanc, iyrәnc
-ım, -im, -um, -üm: atım, içim, tutum,
bölüm
-dıq, -dik, -duq, -dük: aldığım,
gәzdiyim, olduğum, gördüyün
-ә: kәsә
3. Mürәkkәb sifәtlәr: iki sözün birlәşmәsindәn
düzәlir.
i. Türkcә sözlәrlә әmәlә gәlәnlәr:
a. iki sifәtin tәkrarından düzәlәnlәr:
yaşıl-yaşıl
b. iki isimlik sifәtdәn düzәlәnlәr:
güllü-çiçәkli, bağlı-bağçalı
c. bir sadә sifәt vә bir isimlik
sifәtdәn düzәlәnlәr: ucaboylu,
istiqanlı
ç. bir sadә sifәt vә bir isimdәn
düzәlәnlәr: dikbaş, göygöz

37
d. bir eylәmlik sifәt vә bir isimdәn
düzәlәnlәr: açıqgöz
e. bağlılıq şәkilçisi olan bir isimlә bir
sifәtdәn düzәlәnlәr: gözütox,
dilişirin
ә. bir bağlılıq şәkilçisi olan isimlә
isimdәn düzәlәn sifәtlә
yarananlar: üstü-örtülü, gözüqanlı
f. bir bağlılıq şәkilçisi olan isimlә bir
eylәmlik sifәtdәn düzәlәnlәr: alnı-
açıq, yolunu-azmış
g. mürәkkәb eylәmlәrdәn
düzәlәnlәr: tә'yid olunan
ğ. "-dan, -dәn" şәkilçili bir isim vә bir
sifәtdәn düzәlәnlәr: daşdan-yumşaq,
dildәn-iti
h. bir say vә bir sadә isimdәn
düzәlәnlәr: beşbucaq, dördqapılı
ii. Әrәb vә Fars dillәrindәn alınmış mürәkkәb
sifәtlәr:
a. bir sifәt vә bir isimdәn
düzәlәnlәr: xoşbәxt, bәdtinәt
b. bir say vә bir isimdәn
düzәlәnlәr: yekrәng
c. bir isim vәya әsl sifәt vә bir
eylәmlik sifәtdәn düzәlәnlәr:
quşbaz, oyunbaz






38
23-cü Dәrs: Sifәtlәrin Dәrәcәsi

Çağdaş Azәrbaycan Türkcәsindә sifәtin altı dәrәcәsi
vardır:
1. Adi dәrәcә: bu dәrәcәdә olan sifәtlәr, şeylәrin
әlamәtini adi şәkildә bildirir. Örnәk: qırmızı,
çalışqan, yaxşı.
2. Qarşılaşdırma (müqayisә) dәrәcәsi: bu dәrәcә iki
vәya çox şeydә olan eyni keyfiyyәti qarşılaşdırır. Bu
dәrәcәnin әlamәti üçdür:
i. -raq, -rәk: yaxşıraq, pisrәk
ii. -dan, -dәn: bu şәkilçilәr sifәtlәrә artırılmır,
bәlkә iki isimdәn, keyfiyyәti az olana әlavә
olur: Yuxu baldan şirindir.
iii. daha: daha böyük, daha gözәl
3. Üstünlük dәrәcәsi: bu dәrәcә ilә, bir keyfiyyәt, adi
dәrәcәdәn üstün göstәrilir. Bu dәrәcәnin әlamәtlәri
"әn, çox, lap, olduqca"-dan ibarәtdir ki, sifәtin
başına artırılır: әn gözәl, çox böyük, lap pis, olduqca
yaxşı.
4. Şiddәtlәndirmә dәrәcәsi: bu dәrәcә, sifәtin tә'yinlik
dәrәcәsini şiddәtlәndirir. Bu formada, sifәtin ilk
hecasının sәslisindәn sonra " –m-, -p-, -s-, -r-"
sәssizlәri-ndәn birini gәtirib, sonra sifәtin özü bütöv
şәkildә gәlir: bomboş, sapsarı, qıpqırmızı, dupduru.
5. Kiçiltmә dәrәcәsi: bu dәrәcә, şeylәrdәki әlamәt, sifәt
vә keyfiyyәtin adi dәrәcәdәn az olduğunu bildirir. Bu
dәrәcәnin şәkilçilәri aşağıdakılardır:

39
i. -ımtıl, -imtil, -umtul, -ümtül: sarımtıl,
mavimtil, bozumtul, göyümtül
ii. -sov: uzunsov, dәlisov
iii. -tәhәr: qırmızı tәhәr, uzun tәhәr
iv. -mtıraq: qırmızımtıraq, ağımtıraq
v. -ala: ala qaranlıq, ala yarımçıq
vi. -şın: ağşın, qaraşın
vii. açıq: açıq qara, açıq sarı
6. Çoxaltma dәrәcәsi: sifәtin bu dәrәcәsindә keyfiyyәt,
әlamәt vә sifәtin miqdarı, adi dәrәcәyә nisbәt ya
artır ya da azalır. Bu dәrәcәnin әlamәti "-ca, -cә"
şәkilçisidir: yaxşıca, qaraca.















40
24-cü Dәrs: Say

Şeylәrin miqdarını, sayını bildirәn sözlәrә say deyilir.
Azәrbaycan Türkcәsindә dörd cür say vardır:
1. Miqdar sayları:
i. sadә saylar: birdәn ona qәdәr (1-10),
onluqlar, yüz, min, milyon vә milyard sayları
sadәdir.
ii. mürәkkәb saylar: iki vә daha artıq sözlә ifadә
olunan saylara, mürәkkәb say deyilir, örnәk:
on beş, yüz doqquz.
2. Sıra sayları: bu saylar, şeylәrin sırasını bildirir. Bu
saylar, miqdar saylarına dördçeşidli "-ıncı, -inci, -
uncu, -üncü" şәkilçilәrini artırmaqla düzәlir. Örnәk:
altıncı, ikinci, doqquzuncu, üçüncü.
3. Kәsr sayları: bu saylar bütöv bir sayın müәyyәn
miqdarını bildirir. Örnәk: yeddi tam vә ondan üç
(7.3).
4. Qeyri-müәyyәn saylar: bu saylar tam qeyri-müәyyәn
bir miqdarı nәzәrdә canladırır. Bu saylar "az, çox,
xeyli, bir qәdәr, bu qәdәr, ..." kimi sözlәrdәn
ibarәtdir.








41
25-ci Dәrs: Әvәzliklәr

Mәtndә isim ikinci dәfә gәlәndә, onun yerindә
oturan sözlәrә әvәzlik (zәmir) deyilir. Görәv (vәzifә)
әsasında әvәzliklәrin aşağıdakı növlәri vardır:
1. Şәxs әvәzliklәri: bu әvәzliklәr birinci, ikinci, üçüncü
(tәk, toplu) şәxslәri bildirir. Bu әvәzliklәr içsöz (mәz
-mun) vә anlamca üç cürdür:
i. әsas şәxs әvәzliklәri: mәn, sәn, o (tәk), biz,
siz, onlar (toplu)
ii. yiyәlik şәxs әvәzliklәri: mәnim, sәnin, onun
(tәk), bizim, sizin, onların (toplu)
Bu әvәzliklәrin ikinci növü dә vardır:
mәnimki, sәninki, onunku (tәk), bizimki,
sizinki, onlarınkı (toplu)
iii. qayıdış şәxs әvәzliklәri: içsözü şәxsin özünә
qaytaran әvәzliklәrә, qayıdış әvәzliklәri
deyilir. İki cürdür:
a. "öz" ilә bağlılıq şәkilçilәrindәn düzәlәnlәr:
özüm, özün, özü (tәk), özümüz, özünüz
(= özüz), özlәri (toplu)
b. "bilә" sözünә bağlılıq şәkilçilәrini
artırmaqla düzәlәnlәr: bilәm, bilәn, bilәsi
(tәk), bilәmiz, bilәniz (= bilәz), bilәlәri
2. İşarә әvәzliklәri: bu әvәzliklәrin әn çox işlәnәnlәri
bunlardır: bu, o, belә, elә, hәmin, haman.
3. Sorğu әvәzliklәri: Azәrbaycan Türkcәsindә sorğu
әvәzliklәri bunlardır: kim, nә, hara, hansı, haçan,
neçә, necә, nә vaxt, nә zaman, hanı, hayan.

42
4. Qeyri-müәyyәn әvәzliklәr: qeyri-müәyyәn şәxslәr
vәya şeylәri bildirmәk üçün qeyri-müәyyәn әvәzliklәr
işlәnәr. Bu әvәzliklәrin növlәri aşağıdakılardır:
i. kimi, kimisi, kimsә, kim isә, hәr kәs, heç
kәs, ...
ii. biri, birisi, hәr biri, heç biri, heç bir, hәr
bir, ...
iii. nә isә, heç nә, hәr nә, nәyinsә, nәyәsә, ...
iv. heç kәs, hәr kәs, bir kәs, hәr bir kәs, heç
bir kәs, hәr zad, heç zad, bir zad, hәr bir
zad, heç bir zad, filankәs, ...
v. neçәsi, bә'zi, bә'zisi, bә'zilәri, hamı,
hamısı, ...
5. Tә'yin әvәzliklәri: bu әvәzliklәr, cümlәdә isimdәn
qabaq gәlәr vә onları tә'yin edәr. Onların әn çox
işlәnәnlәri bunlardır: hәr, bütün, eyni, filan, ...












43
26-cı Dәrs: Eylәm

İş, durum vә hәrәkәt bildirәn sözlәrә, eylәm (fe'l)
deyilir. Azәrbaycan Türkcәsi, eylәm baxımından,
dünyanın әn görkәmli dillәrindәndir.
Eylәmlәrin quruluşca növlәri:
1. Sadә eylәmlәr: bir kökdәn ibarәt olan vә bir hәrfi
dәyişdikdә, anlamı itәn vәya dәyişәn eylәmlәrә
deyilir. Örnәk: get, gәl, bil, qal.
2. Düzәltmә eylәmlәr: çeşidli sözlәrә müәyyәn
şәkilçilәr artırmaqla düzәlәn eylәmlәrә deyilir. Bu
eylәmlәri yaradan şәkilçilәr bunlardır:
-la, -lә: duzla, işlә, qarala, cütlә, ikilә, yarıla
-laş, -lәş: ayaqlaş, birlәş, şirinlәş, sözlәş,
hazırlaş
-lan, -lәn: yollan, güclәn, evlәn, süslәn,
xumarlan, dillәn
-al, -әl, -l: boşal, düzәl, çoxal, saral, dincәl,
durul
-ar, -әr: otar, göyәr, yaşar, qızar
-a, -ә: yaşa, boşa, әlә, dilә
-ı, -i, -u, -ü: acı, bәrki, turşu, tәngi
-var: suvar
-sa: susa
-imsә, -ümsә: mәnimsә, qәribsә, gülümsә,
özümsә
-ılda, -ildә, -ulda, -üldә: pıçılda, cingildә,
xorulda, cürüldә
-ıq, -ıx, -ik, -uq, -ux: darıx, gecik, yolux, karıx

44
3. Mürәkkәb eylәmlәr: bir isimlә bir eylәmdәn
әmәlә gәlәn eylәmlәrә deyilir. Azәrbaycan
Türkcәsindә dörd növ mürәkkәb eylәm vardır:
i. idi, imiş (-di, -miş): yazmış idim, gәlmiş imiş,
gәlәsi idi, getmişdi
ii. ol, et, elә: hazır ol, әmr et, rәdd elә
iii. bil: yaza bildim, yaza bilәrmişәm
iv. isim + eylәm:
a. adlıq halda olan isimlәrlә düzәlәnlәr: әl
çәk, göz qoy, baş vur, qulaq as
b. yönlük halda olan isimlәrlә düzәlәnlәr:
başa düş, әlә sal, dilә düş, başa gәl
c. çıxışlıq halda olan isimlәrdәn
düzәlәnlәr: yoldan az, әldәn sal, gözdәn
düş, başdan sov
ç. çox az hallarda, yerlik halda olan
isimlәrlә düzәlәnlәr: gözdә-qulaqda ol,
arxada sürün












45
27-ci Dәrs: Anasöz

Eylәmlәrdә iş, hәrәkәt vә halın adına anasöz
(mәsdәr) deyilir. Azәrbaycan Türkcәsindә, anasözün
әlamәti qalın sәsli eylәmlәrdә "-maq", incәlәrdә isә "-
mәk"-dir, örnәk: yazmaq, girmәk, dolmaq, getmәk,
vurmaq, bilmәk.

























46
28-ci Dәrs: Eylәmin Danması

İş vә hәrәkәtin görüldüyünü göstәrәn eylәmlәrә
doğrulama, görülmәmәsini bildirәnlәrә isә danma
eylәmi deyilir. Danma formasının әlamәti "-ma, -
mә"-dir. Bu әlamәt, bir-başa, şәkilçilәrdәn qabaq,
eylәmin kökünә yapışar, örnәk: yatmamaq,
bilmәmәk.
























47
29-cu Dәrs: Tә'sirli vә Tә'sirsiz Eylәmlәr

Vasitәsiz tamamlıq (mәf'ul) tәlәb edәn eylәmlәrә
tә'sirli (mütәәddi) eylәm deyilir. Amma tә'siri işgörәndә
qalıb, vasitәsiz tamamlıq istәmәyәn eylәmlәrә tә'sirsiz
(lazim) eylәm deyilir, örnәk:
- tә'sirli: görmәk, oxumaq, almaq, demәk
- tә'sirsiz: gәlmәk, qaçmaq, batmaq, getmәk
Tә'sirli eylәmlәrin növlәri:
1. Sadә vә düzәltmә eylәmlәrin bir qismi etkәn
(mә'lum) növdә, heç bir özәl әlamәtә malik
olmadan, tә'sirli olur. örnәk: gör, at, dişlә, danla.
2. Sadә vә düzәltmә eylәmlәrin bir qismi etkәn,
qayıdış vә qarşılıq növlәrdә özәl şәkilçilәr
götürmәklә, tә'sirli olur, örnәk: qaç qaçırt,
yat yatırt.
Tә'sirsiz eylәmlәrin etkәn növünә aşağıdakı şәkilçilәri
artırmaqla, tә'sirli olur:
-t: quru qurut, bәnzә bәnzәt
-ar, -әr: çıx çıxar , qop qopar
-ır, -ir, -ur, -ür: qaç qaçır, piş pişir, uç
uçur, düş düşür
-dır, -dir, -dur, -dür:
i. bu şәkilçilәr bütün tә'sirli eylәmlәrdә,
tә'sirlilik dәrәcәsini daha da artırmaqla,
eylәmә ikinci bir dolayılı (qeyri-
müstәqim) tamamlıq yaratmaqda
qulluq edir, örnәk: yaz yazdır, poz
pozdur, vur vurdur, gör
gördür.

48
ii. bu şәkilçilәr bütün tә'sirsiz etkәn,
qayıdış vә qarşılıqlı eylәmlәri, heç bir
"gәrәklilik" mәzmunu ifadә etmәdәn,
tә'sirli eylәm edir, örnәk:
- tә'sirsiz etkәn eylәmlәr: әs
әsdir, çaş çaşdır
- tә'sirsiz qayıdış eylәmlәr: yuyun
yuyundur, deyin deyindir
- tә'sirsiz qarşılıq eylәmlәr: barış
barışdır, vuruş vuruşdur
-dar, -dәr : qon qondar, dön
döndәr
-ız, -iz, -uz, -üz: qalx qalxız, qorx
qorxuz

















49
30-cu Dәrs: Eylәmlәrin Növü

1. Etkәn eylәmlәr (mә'lum fe'l): eylәmin işgörәni
bәlli olsa, ona etkәn eylәm deyilir. Hәm tә'sirsiz,
hәm dә tә'sirli eylәmlәr etkәn olar, örnәk: Ağşın
gәldi. (tә'sirsiz), Aylar dәrsini oxudu. (tә'sirli)
2. Edilgәn eylәm (mәchul fe'l): işgörәn bәlli olmasa,
eylәmә edilgәn deyәrlәr, örnәk: Mәktub yazıldı.
Azәrbaycan Türkcәsindә eylәmlәri edilgәn etmәk
üçün işlәdilәn şәkilçilәrin әn önәmlisi bunlardır:
-ıl, -il, -ul, -ül: yazdı yazıldı, dedi deyildi,
oydu oyuldu, söydü söyüldü
-ın, -in, -ul, -ül: yoldu yolundu, böldü
bölündü
3. Qayıdış eylәmi: eylәmin mәzmunu işin nәticәsini
işgörәnin özünün üstünә qaytarsa, belә eylәmlәrә
qayıdış eylәmlәri deyilәr. Demәk, bu eylәmlәr
edilgәn eylәmlәrin әksinәdir, örnәk: yuyundu,
sevindi, deyindi, öyündü.
Qayıdış eylәmi düzәldәn şәkilçilәr:
-ın, -in, -un, -ün : sev sevindi, sür
süründü
-ıl, -il, -ul, -ül: aç açıldı, vur vuruldu
4. Qarşılıq eylәmi: eylәmin anlamı elә olsa ki, işi iki
şәxs qarşılıqlı (mütәqabil) şәkildә görәlәr, belә
eylәmlәrә qarşılıq eylәmi deyilir. Örnәk: yazışmaq,
vuruşmaq, görüşmәk, sevişmәk, sözlәşmәk.
5. Gәrәkli eylәm: bu eylәmlәrdә iş bir nәfәrin
buyruğu, istәyi, mәslәhәti vәya tәdbiri ilә ikinci vәya
ikinci şәxsin yoluyla üçüncü şәxs tәrәfindәn görülür.

50
Bu eylәmlәr, yalnız tә'sirli eylәmlәrdәn düzәlәr.
Örnәk: atdırmaq, oxşatdırmaq, oxutdurmaq,
işlәtdirmәk.



























51
31-ci Dәrs: Eylәmlәrdә Zaman

1. Keçmiş zaman: bu zaman iş vә hәrәkәtin keçmişdә
baş verdiyini bildirir:
i. şühudi keçmiş (mütlәq keçmiş): bu keçmiş
zaman, işin keçmişdә baş verib qurtardığını
bildirir. Onun şәkilçilәri dördçeşidli "-dı, -di, -du, -
dü"-dәn ibarәtdir. Bu keçmiş zamanın danma
әlamati "-ma, -mә"-dir.

Şühudi Keçmişin Tәsrifi
danma doğrulama şәxs
almadım aldım 1-ci tәk
almadın aldın 2-ci tәk
almadı aldı 3-cü tәk
almadıq aldıq 1-ci toplu
almadınız (z) aldınız (z) 2-ci toplu
almadılar aldılar 3-cü
toplu

ii. nәqli keçmiş: bu zamanda, xәbәr verәn,
keçmişdә olmuş bir işdәn nәql edir, çünki özü
onun görülmәsinin şahidi olmamışdır. Nәqli
keçmişin әlamati dördçeşidli "-mış, -miş, -muş, -
müş"-dür. Bu zamanın danma әlamәti "-ma, -
mә"-dir. İkinci vә üçüncü şәxslәrdә, dördçeşidli
"-ıb, -ib, -ub, -üb" şәkilçisini dә işlәdәrlәr.

Nәqli Keçmişin Tәsrifi
danma doğrulama şәxs
almamışam almışam 1-ci tәk
almamışsan=almayıbsan=almamısan
almısan=alıbsan,
almısan
2-ci tәk
almamışdır=almayıb(dır) almışdır=alıb(dır)
3-cü
tәk
almamışıq almışıq
1-ci
toplu

52
almamışsınız (z)=almayıbsınız (z)
almışsınız (z)=
alıbsınız (z)
2-ci
toplu
almamışlar=almayıblar almışlar=alıblar
3-cü
toplu

iii. davamlı keçmiş (istimrari keçmiş): bu zaman, işin
keçmişdә uzun bir müddәtdә baş verdiyini bildirir.
Bu zamanın әlamәti dördçeşidli "-ırdı, -irdi, -urdu,
-ürdü" vәya ikiçeşidli "-ardı, -әrdi"-dәn ibarәtdir.
Bu zamanın danma әlamati "-maz, -mәz, -m"-dir.
Davamlı Keçmişin Tәsrifi 1
danma doğrulama şәxs
yazmayırdım= yazmırdım yazırdım 1-ci tәk
yazmayırdın=yazmırdın yazırdın 2-ci tәk
yazmayırdı=yazmırdı yazırdı 3-cü tәk
yamayırdıq=yazmırdıq yazırdıq 1-ci toplu
yazmayırdınız=yazmırdınız (z) yazırdınız (z) 2-ci toplu
yazmayırdılar=yazmırdılar yazırdılar 3-cü toplu

Davamlı Keçmişin Tәsrifi 2
danma doğrulama şәxs
yazmazdım yazardım 1-ci tәk
yazmazdın yazardın 2-ci tәk
yazmazdı yazardı 3-cü tәk
yazmazdıq yazardıq 1-ci toplu
yazmazdınız (z) yazardınız (z) 2-ci toplu
yazmazdılar yazardılar 3-cü toplu

iv. uzaq keçmiş (bәid keçmiş): bu zaman, işin uzaq
keçmişdә baş verdiyini bildirir. Onun әlamati
dördçeşidli "mışdı, mişdi, muşdu, müşdü"-dәn
ibarәtdir. Bu şәkilçilәr "miş idi" şәklindә dә
işlәnәr. Bu zamanın danma әlamati "-ma, -mә"-
dir.





53
Uzaq Keçmişin Tәsrifi
danma doğrulama şәxs
tapmamış idim=tapmamışdım
tapmış idim=
tapmışdım
1-ci tәk
tapmamış idin=tapmamışdın
tapmış idin=
tapmışdın
2-ci tәk
tapmamış idi=tapmamışdı
tapmış idi=
tapmışdı
3-cü tәk
Uazaq Keçmişin Tәsrifi (ardı)
danma doğrulama şәxs
tapmamış idik=tapmamışdıq
tapmış idik=
tapmışdıq
1-ci toplu
tapmamış idiniz=tapmamışdınız
tapmış idiniz=
tapmışdınız (z)
2-ci toplu
tapmamış idilәr=tapmamışdılar
tapmış idilәr=
tapmışdılar
3-cü toplu

2. İndiki zaman: bu zaman, işin, danışılan vaxt baş
verdiyini bildirir. İndiki zamanın şәkilçilәri dördçeşidli
"-ır, -ir, -ur, -ür"-dәn ibarәtdir, örnәk: bil + ir bilir,
yor + ur yorur.
Eylәmin kökü sәsli ilә qurtarsa, iki sәsli arasında "-y-
" hәrfi gәlәr. Örnәk: de + y + ir deyir.
Bu zamanın danma әlamati "-ma, -mә" vәya yalnız
"-m" hәrfidir."-ma, -mә" olsa, iki sәsli arasında "-y-"
hәrfi gәlәr, örnәk: al + ma + yır almayır.
İndiki Zamanın Tәsrifi
danma doğrulama şәxs
gәlmәyirәm=gәlmirәm gәlirәm 1-ci tәk
gәlmәyirsәn=gәmirsәn gәlirsәn 2-ci tәk
gәlmәyir=gәlmir gәlir 3-cü tәk
gәlmәyirik = gәlmirik gәlirik 1-ci toplu
gәlmәyirsiniz=gәlmirsiniz (z) gәlirsiniz (z) 2-ci toplu
gәlmәyirlәr=gәlmirlәr gәlirlәr 3-cü toplu


54
3. Gәlәcәk zaman: bu zaman, işin gәlәcәkdә baş
verdiyini bildirir:
i. qәt'i gәlәcәk: bu zaman, işin kәskinliklә
gәlәcәkdә baş verdiyini bildirir. Onun şәkilçilәri "-
acaq, -әcәk"-dәn ibarәtdir. Bu zamanın danma
әlamati "-ma, -mә"-dir, örnәk: alacaq, gәlәcәk,
almayacaq, gәlmәyәcәk.
Bu zamanın şәkilçilәrindәn sonra, sәsli ilә
başlanan şәkilçi gәlsә, "q" hәrfi "ğ"-yә vә "k"
hәrfi "g" vәya "y"-yә çevrilәr, örnәk: alacağam,
gәlәcәyәm.

Qәt'i Gәlәcәyin Tәsrifi
danma doğrulama şәxs
öyrәnmәyәcәyәm öyrәnәcәyәm
1-ci tәk
öyrәnmәyәcәksәn öyrәnәcәksәn
2-ci tәk
öyrәnmәyәcәk(dir) öyrәnәcәk(dir)
3-cü tәk
öyrәnmәyәcәyik öyrәnәcәyik
1-ci toplu
öyrәnmәyәcәksiniz (z)
öyrәnәcәksiniz (z)
2-ci toplu
öyrәnmәyәcәklәr öyrәnәcәklәr=öyrәnәcәkdirlәr
3-cü
toplu

ii. qeyri-qәt'i gәlәcәk: bu zaman, işin, yaxın
gәlәcәkdә qeyri-qәt'i şәkildә baş verәcәyini bildirir
vә әlamati "-ar, -әr"-dir. Bu zamanın danma
әlamati "-m"-dir, örnәk: gәlәrәm, baxaram,
gәlmәrәm, baxmaram.

Qeyri-qәt'i Gәlәcәyin Tәsrifi
danma doğrulama şәxs
getmәrәm gedәrәm 1-ci tәk
getmәzsәn gedәrsәn 2-ci tәk
getmәz gedәr 3-cü tәk
getmәrik gedәrik 1-ci toplu
getmәzsiniz gedәrsiniz (z) 2-ci toplu
getmәzlәr gedәrlәr 3-cü toplu


55
32-ci Dәrs: Eylәmlәrdә Bitişәn Şәxs
Әvәzliklәri

1. Birinci tәk şәxs: bu şәxsin әlamati "-m"-dir, örnәk:
yazdım, görürәm.
2. Birinci toplu şәxs: bu şәxsin әlamәti "-q, -k"-dir,
örnәk: yazdıq, gördük, baxırıq, gәlәsiyik.
3. İkinci tәk şәxs: bitişәn şәxs әvәzliyi bu şәxsdә, "-
n"-dir, örnәk: qaldın, gәldin, görәsәn, qalmalısan.
4. İkinci toplu şәxs: bu şәxsin bitişәn әvәzliyi "-z"-dir,
örnәk: yazdız, gördüz, gәlәcәksiniz, görmüşsünüz.
Eylәmin kökü sәssizlә bitәndә, buyuruq formasında,
bitişәn şәxs әvәzliyi dördçeşidli "-ın, -in, -un, -ün"
vәya dördçeşidli "-ız, -iz, -uz, -üz" olar, örnәk: gәlin
= gәliz, baxın = baxız.
5. Üçüncü tәk şәxs: bu şәxsin, indiki zamanda,
bitişәn şәxs әvәzliyi olmaz. Amma başqa zamanlarda
belә olar:
- şühudi keçmiş: yazdı, gәldi
- uzaq keçmiş: yazmıs idi
- qeyri-qәt'i gәlәcәk: yazar, gәlәr
- iltizam, arzı: gәrәk yaza
- şәrt: yazsa, getsә
Eylәmlәrin qalan zamanlarında, bu şәxsin әvәzliyi
dördçeşidli "-dır, -dir, -dur, -dür"-dәn ibarәtdir,
örnәk: yazacaqdır, görmüşdür, yazasıdır,
gәlmәmәlidir.
6. Üçüncü toplu şәxs: bu şәxsin bitişәn şәxs әvәzliyi
yalnız "-lar, -lәr"-dir, örnәk: gәldilәr, yazdılar,
getmәlidirlәr, yazsınlar.

56
33-cü Dәrs: Eylәmin Şәkillәri

1. Buyuruq (әmr) şәkli:
i. birinci şәxs:
- tәk şәxs: "-ım, -im, -um, -üm, -yım, -yim, -
yum, -yüm", örnәk: gәlim, alım, vurum,
görüm, qalayım, әlәyim, qoruyum, sürüyüm
- toplu şәxs: "-aq, -әk, -yaq, -yәk", örnәk:
alaq, gәlәk, qalayaq, әlәyәk
ii. ikinci şәxs:
- tәk şәxs: bu şәxsdә, buyuruq eylәmin kökü
olur, örnәk: yaz, get, gör, vur.
- toplu şәxs: "-ın, -in, -un, -ün, -ız, -iz, -uz, -
üz", örnәk: baxın, gülün, gәliz, vurun, alız,
sökün, töküz
iii. üçüncü şәxs:
- tәk şәxs: "-sın, -sin, -sun, -sün", örnәk: alsın,
bilsin, qoysun, görsün
- toplu şәxs: "-sın, -sin, -sun, -sün" + "-lar, -
lәr", örnәk: alsınlar, bilsinlәr, qoysunlar,
görsünlәr
2. Xәbәr formasının ikinci növü (idi, imiş):
kök + zaman şәkilçisi + kömәkçi eylәm + şәxs sonluğu:
i. idi:
- nәqli xәbәr forması: yazmış idim =
yazmışdım, yazmış idin = yazmışdın
- isimlәrdә: Yaşar idi, Solmaz idi
- sifitlәrdә: yasxşı idi, yaman idi
- әvәzliklәrdә: bu idi, onlar idilәr
- saylarda: az idi, çox idi

57
- zәrflәrdә: bәrk idi, әliboş idi
- anasözlәrdә: yazmaq idi, bilmәk idi
ii. imiş:
- nәqli keçmişdә: gәlmiş imişәm, gәlmiş
imişsәn, ...
- isimlәrdә: Araz imiş, Maral imiş
- sifәtlәrdә: pis imiş, qara imiş
- әvәzliklәrdә: o imiş, bunlar imişlәr
- saylarda: bir imiş, altı imiş
- zәrflәrdә: qaça-qaça imiş
- anasözlәrdә: görmәk imiş, baxmaq imiş
3. Qeyri-şühudi şәkil:
- nәqli keçmişdә: vurmuşmuşam,
vurmuşmuşsan , ...
- davamlı keçmişdә: gәlirmişdim, gәlirmişdin, ...
- davamlı keçmişdә (2-ci növ): gәlәrmişdim,
gәlәrmiş -din, ...
- uzaq keçmişdә: әlәmiş idimmiş,
әlәmişdinmiş, ...
- indiki zamanda: yazırmışam, yazırmışsan, ...
- qәt'i gәlәcәkdә: qalayacaqmışam,
qalayacaqmışsan, ...
- qeri-qәt'i gәlәcәkdә: sürәrmişәm,
sürәrmişsәn, ...
4. Eylәmlәrin lazım şәkli:
i. sadә forma: kök + -ası, -әsi alasıyam,
gedesiyәm
ii. mürәkkәb forma: kök + -ası idi, -әsi idi
alası idi, gedәsi idi
5. Eylәmin iltizam-arzı şәkli:

58
i. sadә iltizam-arzı şәkli: kök + -a, -ә
qaçaq, görәm
ii. mürәkkәb iltizam-arzı şәkli: gәrәk + kök
+ -a,-ә + idi gәrәk qaçaydım, gәrәk
görәydin
6. Eylәmin vacib şәkli:
i. sadә vacib şәkil: kök + -malı,-mәli
almalıdır, bilmәlidir
ii. mürәkkәb vacib şәkil: kök + -malı, -mәli +
idi yazmalıydıq, getmәliydin
7. Eylәmin davam şәkli:
i. sadә davam şәkli: kök + -maqda, -mәkdә
yazmaqdaydım, gәlmәkdәdir
ii. mürәkkәb davam şәkli: kök + -maqda, -
mәkdә + idi oxumaqdaydılar,
görmәkdәydiniz
8. Eylәmin şәrt şәkli:
i. sadә şәrt şәkli: kök + -sa, -sә açsam,
görsәn
ii. mürәkkәb şәrt şәkli: kök + -sa, -sә + idi
açsaydın, görsәydi








59
34-cü Dәrs: Eylәmin Ümumi Şәkillәri

1. Eylәmin bacarıq şәkli: kök + -a, -ә + bilmәk yaza
bilәrәm, görә bilәrsәn, oxuya bilir, istәyә bildik
2. Eylәmin sorğu şәkli: eylәm + -mı, -mi, -mu, -mü
yazdınmı?, bildinmi?, qoymuşsunuzmu?,
gördünüzmü?

























60
35-ci Dәrs: Eylәmlik Bağlamalar

1. -ıb, -ib, -ub, -üb (-yıb, -yib, -yub, -yüb):
O kişi qurtarmayıb qoyub getdi.
2. -anda, -әndә:
Mәn gedәndә kitabı apararam.
3. -arkәn, -әrkәn (-yarkәn, -yәrkәn, -ırkәn, -
irkәn, -urkәn, -ürkәn, -yırkәn, -yirkәn, -
yurkәn, -yürkәn, -mışkәn, -mişkәn, -muşkәn,
-müşkәn):
Gecә yatmağa hazırlaşarkәn göy guruldadı.
4. dıqda, -dikdә, -duqda, -dükdә:
Rәis içәri girdikdә hamı ayağa qalxdı.
5. -dıqca, -dikcә, -duqca, -dükcә:
Sәttar xanın ölümü faciәsinә fikirlәşdikdә insan
tәәssüflәnir.
6. -ınca, -incә, -unca, -ünca (-yınca, -yincә, -
yunca, -yüncә):
Ana, әsgәr gedәn oğlu gözdәn itincә dalınca
baxdı.
7. -alı, -әli (-yalı, -yәli):
Sizin yerinizә qonaq gәlәli halım düzәlibdir.
8. -madan, -mәdәn:
Çalmadan oynayır.
9. -mış, -miş, -muş, -müş:
Müәllimin dәrsi qurtarmamış zәng çalındı.

61
10. birinci eylәm "-ar, -әr", ikinci eylәm "-maz,
-mәz":
Uşaq evә çatar-çatmaz su istәdi.
11. -caq, -cәk:
Elnaz evә yetişcәk uzanıb yatdı.
12. -andan, -әndәn (-yandan, -yәndәn):
Su başdan aşandan sonra ya bir qarış, ya da bir
arşın.
13. -an, -әn (-yan, -yәn):
Uşaq dәrsi oxuyan kimi başa düşdü.
14. -araq, -әrәk (-yaraq, -yәrәk):
Babәk xalqın haqsızlığını vә әzilmәsini düşünәrәk
ayağa qalxdı.
15. -ana, -әnә:
Qatar gәlәnә qәdәr gözlәmәliyәm.
16. -dığı, -diyi, -duğu, -düyü:
Yazdığın kimi danış. Gördüyün kimi söylә.











62
36-cı Dәrs: Zәrf

Cümlәlәr içindәki iş vә hәrәkәtin necә icra
olunmasını, icra olunduğu zamanı, yeri, sәbәbi, ...
bildirәn sözlәrә zәrf deyilir.
1. Hәrәkәt tәrzi zәrflәri:
bu zәrflәr "necә?, nә cür?, nә halda?"-ya cavab
verәn zәrflәrdir.
i. sadә zәrflәr: düz, tez, dik, yavaş, ...
ii. düzәltmә zәrflәr: bәrkdәn, tәrsinә, şiddәtlә,
igidcәsinә, yavaşca, zorakı, danışmaz, ...
iii. mürәkkәb zәrflәr: gup-gup, dalbadal,
birdәn-birә, әl-әlә, ...
2. Zaman zәrflәri:
i. sadә zәrflәr: dünәn, indi, ...
ii. düzәltmә zәrflәr: hәlәlik, öncә, axşamdan, ...
iii. mürәkkәb zәrflәr: tez-tez, o gün, axşam bası,
aybaay, ...
3. Yer zәrflәri:
i. sadә zәrflәr: arxa, yan, ...
ii. düzәltmә zәrflәr: yaxınlıqda, ortalığa, ...
iii. mürәkkәb zәrflәr: orda, burda, bu evdә, hәr
yandan, bir yanda, ...
4. Miqdar zәrflәri:
i. sadә zәrflәr: az, çox
ii. düzәltmә zәrflәr: bütünlüklә, dәfәlәrlә,
arşınca, azdan, ...
iii. mürәkkәb zәrflәr: az-az, bir-bir, bir ağız, ...




63
Qaynaqça:

1. Xalqın danışıq dili.
2. "Müasir Әdәbi Azәri Dili", Dr. M.T. Zehtabi,
Eldar-Aşina Yayınevlәri, Tәbriz, 1370 (1991).
3. "Azәrbaycanca-Farsca Sözlük", B. Behzadi,
Dünya Yayınevi, Tehran, 1369 (1990).
4. "Okul Sözlüğü", Türk Dil Kurumu, Ankara,
1994.



















You're Reading a Free Preview

İndirme
scribd
/*********** DO NOT ALTER ANYTHING BELOW THIS LINE ! ************/ var s_code=s.t();if(s_code)document.write(s_code)//-->