Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

Nəbilər Silsiləsi-1
Nəbilər Silsiləsi-1
Nəbilər Silsiləsi-1
Ebook440 pages4 hours

Nəbilər Silsiləsi-1

Rating: 0 out of 5 stars

()

Read preview

About this ebook

Bu kitap aləmlərə kimi göndərilən Həzrət Mühəmmd (səllallahu əleyhi və səlləm) in zühuru üçün bit iqbal və bahar müjdələyicisi olan Nəbilər Silsiləsindən.

LanguageAzerbaijani
Release dateJan 26, 2011
ISBN9781458025029
Nəbilər Silsiləsi-1

Related categories

Reviews for Nəbilər Silsiləsi-1

Rating: 0 out of 5 stars
0 ratings

0 ratings0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    Nəbilər Silsiləsi-1 - Osman Nuri Topbas

    Ön Söz

    Giriş

    Qurani-Kərim Qissələrinin Xüsusiyyətləri

    HƏZRƏT ADƏM (əleyhissəlam)

    Yaradılış

    Yaradılışımızın Başlıca Səbəb və Hikmətləri

    Həzrət Adəmin (əleyhissəlam) Yaradılması

    İnsanın yaradılması

    Ruhun nəfx edilməsi (üfürülməsi)

    Ruhun Beş Səfhəsi

    Mələklərin Adəmə (əleyhissəlam) səcdə etməsi

    Həvva Anamızın yaradılması və Həzrət Adəmlə evlənməsi

    Həzrət Adəm Və Həvvanın Cənnətdən Çıxarılması

    Qurani-Kərimdə insanın bəzi zəif nöqtələri

    İnsanın zəiflikdən qurtulub rəbbinə yönəlməsi

    Həzrət Adəm ilə Həvvanın yer üzünə Endirilməsi

    Yer üzündə işlənən ilk cinayət

    Habil və Qabil qissəsinin dərsləri

    Həzrət Adəm (əleyhissəlam) qissəsinin ibrətləri

    TÖVBƏ VƏ İSTIĞFAR

    TƏKRAR ÜÇÜN SUALLAR

    HƏZRƏT İDRİS (əleyhissəlam)

    QƏLB DÜNYASI VƏ SIRLƏRI

    Qəlbin mərtəbələri

    1. Ölü (möhürlü) qəlblər

    2. Xəstə qəlblər

    3. Qafil qəlblər

    4. Zakir qəlblər

    5. Diri qəlblər

    TƏKRAR ÜÇÜN SUALLAR

    HƏZRƏT NUH (əleyhissəlam)

    Həzrət Nuhun (əleyhissəlam) qövmünün xüsusiyyətləri

    Uzun təbliğ illəri

    Hidayətdən məhrumiyyət

    Bədbəxt qövmün əzab istəməsi

    Gələn əzab; Tufan

    Suların çəkilməsi

    Aşura günü

    Həzrət Nuhun (əleyhissəlam) zəllələri

    Həzrət Nuhun (əleyhissəlam) şükrü

    Həzrət Nuhun (əleyhissəlam) xüsusi vəsfləri

    SƏBİR

    TƏKRAR ÜÇÜN SUALLAR

    HƏZRƏT HUD (əleyhissəlam)

    Ad Qövmü

    İbrət dolu ilahi xəbərdarlıqlar

    Alt-Üst edən qasırğa

    Həzrət Hudun (əleyhissəlam) möcüzələri

    TƏKRAR ÜÇÜN SUALLAR

    HƏZRƏT SALEH (əleyhissəlam)

    Səmud Qövmü

    Təbliğə başlaması

    Dəvə möcüzəsi

    Nankorluq

    Dəhşətli səs və zəlzələ

    Səmud qövmünün məhv olma səbəbləri

    ƏXLAQ GÖZƏLLIYI

    TƏKRAR ÜÇÜN SUALLAR

    HƏZRƏT İBRAHİM (əleyhissəlam)

    Rəbbim Allahdır

    Tövhidə dəvət

    Həzrət İbrahimin bütləri sındırması

    Həzrət İbrahimin oda atılması

    Atəşin gülüstan olması

    Nəmrud və Kəldani qəbiləsinin həlakı

    Həzrət İbrahimin hicrəti

    Quşların canlanması

    Həzrət İbrahimin (əleyhissəlam) Hacər anamızla evlənməsi

    Qurban imtahanı

    Həzrət İbrahimin Həzrət İshaqla müjdələnməsi

    Həzrət İbrahimin (əleyhissəlam) Həzrət İsmaili ziyarəti

    Kəbənin İnşası

    TƏKRAR ÜÇÜN SUALLAR

    HƏZRƏT İSMAİL (əleyhissəlam)

    Təvəkkül, təslimiyyət və Həcc

    TƏKRAR ÜÇÜN SUALLAR

    HƏZRƏT İSHAQ (əleyhissəlam)

    Müxtəlif rəvayətlərə görə möcüzələri

    TƏKRAR ÜÇÜN SUALLAR

    HƏZRƏT LUT (əleyhissəlam)

    Sədum xalqı

    Yağan bişmiş daşlar və qorxunc səs

    Həzrət Lutun (əleyhissəlam) xanım və övladları

    Lut qövmünün pis əməlləri və məhv olma səbəbləri

    Pompey xalqının məhvi

    QÖVMLƏRIN HƏLAKI VƏ NƏSLIN QORUNMASI

    TƏKRAR ÜÇÜN SUALLAR

    HƏZRƏT ZÜLQƏRNEYN (əleyhissəlam)

    Həzrət Zülqərneyni fərqləndirən vəsflər

    Tövhidə dəvət səfərləri

    Yəcuc və Məcuc qövmü

    İbrət və hissə dolu qissələr

    CIHAD VƏ ƏMRI BIL MƏRUF

    TƏKRAR ÜÇÜN SUALLAR

    HƏZRƏT YAQUB (əleyhissəlam) HƏZRƏT YUSİF (əleyhissəlam)

    Qissələrin ən gözəli: Yusif qissəsi

    Həzrət Yusifin yuxusu

    Yuxular üç qismə ayrılır.

    Qəlbi külə döndərən od: Qısqanclıq

    Hiyləgər plan

    Başa bəla dildən gələr

    Qardaşlarının xəyanəti

    Həzrət Yusifin quyuya atılması

    Səbri-Cəmil (Səbrlərin ən gözəli)

    Həzrət Yusifin quyudan çıxarılıb satılması

    Həzrət Yusif və Züleyxa

    Yusifi görən qadınlar əllərini kəsdilər

    Zindan

    Həzrət Yusifin yuxuları yozması

    Misir padşahının yuxusu

    Həzrət Yusifin fərasəti

    Züleyxa ilə evlənməsi

    Qardaşlarının ərzaq almağa gəlməsi və Həzrət Yusifin gözəl planı

    Mən, sənin qardaşın Yusifəm

    Həzrət Yusifin Bin Yamini saxlaması

    Mükafat qapısı açan sıxıntı

    Allahın mərhəmətindən ümid kəsilməz

    Bir əfv nümunəsi

    Köynəyimi atamın gözlərinə sürtün

    Həzrət Yaqubun gözlərini açılması

    Uzun bir həsrətin qovuşma vaxtı Sevinç və gerçəkləşən yuxu

    RABİTƏ, İSTİANƏ VƏ İSTİĞASƏ

    Rabitə

    İstianə və İstiğasə

    Hal inikasının yolları

    TƏKRAR ÜÇÜN SUALLAR

    HƏZRƏT ŞÜEYB (əleyhissəlam)

    Mədyənlilər

    Son xəbərdarlıqlar

    Üstdən gələn qorxunc seyhə (tükürpədici səs, bağırtı)

    Əykəlilər

    Göydən gələn əzab: Qovuran alovlar

    Həlakdan sonra

    TƏKRAR ÜÇÜN SUALLAR

    Ön Söz

    Allah Təala, qullarını hidayətə çatdırmaq üçün onlara lütf etdiyi bir sıra üstün xüsusiyyətlərə əlavə olaraq, onlara bir də öz aralarından müstəsna yaradılışlı saleh insanları rəhbər kimi vəzifələndirməklə kömək etmişdir. Belə saleh şəxsiyyətlərin vəhylə ikram edilmiş olanları Peyğəmbərlərdir. Ümmətlərə nümunə bir şəxsiyyət olan bu mübarək elçilərin vəzifəsi bu üç tapşırığı yerinə yetirməkdir:

    a .Allahın ayələrini oxuyub təbliğ etmək,

    b. Nəfsləri Təzkiyə edərək təmizləmək,

    c. Kitab və hikməti öyrətmək.

    Rəbbin insanlığa müstəsna bir köməyini ifadə edən peyğəmbər göndərmə keyfiyyəti, bütün insanlığı əhatə edə bilməsi üçün Həzrət Adəmlə başlamışdır. Həzrət Adəm, həm ilk insan, həm də ilk peyğəmbərdir.

    Bu mübarək hidayət yolu, silsilə halında gələn 120 000 dən artıq peyğəmbərlə təyid edib gücləndirilərək (əqaiddə eyni olsa da) insanlığın əldə etdiyi tərəqqiyə bərabər bir təkamül yolunu keçərək, Həzrət Peyğəmbər (səllallahu əleyhi və səlləm) də kəmal zirvəsinə yüksəlmişdir. Qiyamətə qədər insanlığa hidayət rəhbəri olan və möcüzələri ilə münkirləri (inkarçıları) acizliyə, möminləri də heyrətə salan Qurani-Kərim, Ona və Onun vasitəsilə bütün insanlığa ikram olunmuşdur.

    Qurani-Kərim, insanlara doğru yolu göstərərək, onlara dünya və axirət səadətini qazandırmaq üzrə göndərilmişdir. O, bu məqsədi təmin etmək üçün irşadını, bir çox mövzuya toxunmaqla həyata keçirir. Ələlxüsus keçmiş ümmətlərin qissələrini anlatmaq, bu qayəyə xidmət edən Quranın ən bariz xüsusiyyətlərindən biridir. Qurani-Kərimdəki qissələr, keçmiş qövmlərin yaşadığı ibrətli hadisələr vasitəsilə insanların azğınlıqdan xəbərdarlığını və Haqqa qulluğa təşviqini təmin etmək kimi bir hikmətin əsəridir. Beləcə Qurani-Kərimdə, xətalı davranışlar və onlar qarşısındakı ilahi ədalətin təcəllisi və ya doğru hərəkətlər və onların müqabili olan səadət mənbəyi mükafatlar canlandırılır. Bu da, ona oxşar xətalardan çəkindirmək üçün dərs və ibrət vermə ilə bərabər yalnız (Allaha) çatdırıcı hərəkətlərin təşviqinin təmin olunması kimi bir məqsədə xidmət edir.

    Qurani-Kərim insanlığı keçmiş ümmətlərin qissələri vasitəsilə irşad etməyə böyük əhəmiyyət vermişdir. Onun bu cəhətə verdiyi əhəmiyyət, əhatə etdiklərinin 1/3-ni qissələrin təşkil edəcəyi qədər çox və geniş olması ilə də özünü göstərir.

    Bu qissələrin əhəmiyyəti və onlardan feyz alınması baxımından Həzrət Mövlana (qüddisə sirruh) belə buyurur:

    "Qurani-Kərim, peyğəmbərlərin hal və vəsfləridir. Qurani-Kərimi xüşu ilə oxuyub tətbiq edərsənsə, özünü peyğəmbərlər və vəlilər ilə görüşmüş fərz et. Peyğəmbər qissələrini oxuduqca bədən qəfəsi, can quşuna dar gəlməyə başlayar."

    "Biz bu bədən qəfəsindən ancaq bu vasitə ilə qurtulduq. O qəfəsdən xilas olmaq üçün bu yoldan, yəni Tövhid yolundan başqa çarə yoxdur!…"

    "Rüzgarın Ad qövmünə nə etdiyini görmədinmi? Suyun da tufanda nə etdiyini eşitmədinmi?"

    "O kin dənizinin (Qırmızı dəniz) Fironu necə məhv etdiyini, Qarunun necə yerin dibinə keçdiyini!…"

    "Əbabil quşlarının fil ordusuna nə etdiyini, tanrılıq iddiasında olan Nəmrudun başını kiçik bir milçəyin necə yediyini…"

    "Lutun əxlaqsız qövmü üzərinə daşların necə yağdığını və onların necə qaranlıq, çirkli bir su gölünə gömüldüyünü bilmirsənmi?"

    "Dünyadakı cansız zənn edilən varlıqların (cəmadatın) sanki ağıllı insanlar kimi peyğəmbərlərə kömək etdiklərini uzun-uzun desəm…"

    "Məsnəvi o qədər böyüyər və o dərəcə həcmli olar ki, qırx dəvə onu daşımaqda aciz qalar…"

    Qissələrdə tövhid əqidəsinin qəlblərdə yerləşməsi üçün peyğəmbərlərin təbliğləri və peyğəmbərlərinə qarşı ümmətlərinin davranışları elə alınır.

    Qissələrin hikməti Quranın endirilmə məqsədinə uyğun olaraq belə xülasə edilə bilər:

    Həzrət Peyğəmbərin (səllallahu əleyhi və səlləm) nübuvvətini isbat etmək, bütün peyğəmbərlərin tövhidi təbliğ etdiklərini göstərmək, müxatəblərin asanlıqla ibrət almalarını təmin etmək; qəlbləri intibaha sövq edərək saleh şəxslərə meyl etdirmək və fasiq şəxslərdən də çəkindirməyə sövq etməkdir. Nəticə etibarı ilə peyğəbmərlərin üzləşdikləri məşəqqətlər və müsibətlərdən (imtahanlardan) qulların dərs alması, səbr və nemətlərə şükr etməyi öyrənməsidir.

    Bir lütfi-İlahi (İlahi lütf) əsəri kimi acizanə təlifinə cəhd etdiyimiz bu kitab, nübuvvət təqviminin ilk yarpağından son yarpağına qədər Qurani-Kərimdə ismi-şərifləri keçən peyğəmbərləri və onların həyatlarındakı hikmət və ibrətləri ehtiva edir. Burada:

    Mələklərin ona səcdə etməklə əmr olunduğu Adəm (əleyhissəlam);

    Səmavi heyranlığın sirlərini daşıyan İdris (əleyhissəlam);

    Tufanı ilə yer üzünü küfrdən təmizləndiyi Nuh (əleyhissəlam);

    Fırtınalarla inkar yurdlarının alt-üst edildiyi Ad qövmünün peyğəmbəri Hud (əleyhissəlam);

    Azğınlıq və üsyankarlıq yuvalarının zəlzələlərlə kökündən sarsıldığı Səmud qövmünün peyğəmbəri Saleh (əleyhissəlam);

    Təslimiyyəti ilə zalım nəmrudun od yığınlarını gül bağçalarına döndərən İbrahim (əleyhissəlam);

    İxlas, sədaqət, təvəkkül və təslimiyyəti ilə abidələşən İsmail (əleyhissəlam);

    Nəslindən Bəni İsrail peyğəmbərləri gələn İshaq (əleyhissəlam);

    Azğın və əxlaqsız xalqını son ana qədər hidayətə çağıran, Sodom və Qomorənin məhzun peyğəmbəri Lut (əleyhissəlam);

    Tövhid sancağını şərqdən qərbə daşıyan Zülqərneyn (əleyhissəlam);

    Köləlik və zindan həyatının əzab-əziyyətlərindən sonra Misirə və könüllərə sultan olan Yusif (əleyhissəlam);

    Xitabəti ilə (natiqliyi ilə) könülləri vəcdə gətirən Həbibül-Ənbiya Şüayb (əleyhissəlam);

    Əsa möcüzəsi ilə axmaq Fironu Qırmızı dənizin girdablarında yox edən Musa (əleyhissəlam);

    Musanın hər zaman və məkanda köməkçisi olan saleh qardaşı Harun (əleyhissəlam);

    Zikri ilə dağları, daşları, hətta vəhşi heyvanları belə coşduran Davud (əleyhissəlam);

    Müəzzəm səltənətini qəlbinin xaricində saxlayan Süleyman (əleyhissəlam);

    Öldükdən sonra təkrar dirilərək, qiyamətdəki təkrar yaradılışa misal olan Üzeyir (əleyhissəlam);

    Dərin təfəkkürü ilə səbrin bülöv daşı olan Əyyub (əleyhissəlam);

    Böyük bir vəcd halında, istiğfar, dua və zikrin həqiqətində dərinləşərək qaranlıqları aşan Yunus (əleyhissəlam);

    İlyasa salam olsun! xitabı ilə ilahi iltifat və təvəccühə nail olan İlyas (əleyhissəlam);

    Aləmlərə üstün qılınan Əlyəsa (əleyhissəlam);

    İlahi rəhmətə qərq edilən saleh peyğəmbər Zülkifl (əleyhissəlam);

    Hikmətli nəsihətləri ilə dastana çevrilən, Zahiri və batini (daxili) Həkimlərin piri Loğman Həkim (əleyhissəlam);

    Mişar ilə iki yerə bölünərkən hətta ah belə çəkmədən, təvəkkül və təslimiyyətini mühafizə edən məzlum peyğəmbər Zəkəriyyə (əleyhissəlam);

    Atası Zəkəriyyə kimi şəhid olaraq Rəbbinə qovuşan Yəhya (əleyhissəlam);

    Ən bariz xüsusiyyəti nəfs təzkiyəsi olan, iltica və itaətkarlığı ilə xəstələrə şəfa verən, ölüləri dirildən, səmavi İsa (əleyhissəlam).

    Qısaca olaraq bütün peyğəmbərlər ilə onların ümmətlərinin başlarına gəlmiş hadisələrin, zəmanəmizin insanlarına ruhi titrəmə və sıxıntılarını anlamaya və onları aydınlatmağa mədar ola biləcək hikmət qığılcımlarını nəql etməyə səy göstərdik. Eyni zamanda onların balbadal silsiləsilə bir mübəşşirlər (müjdəçilər) karvanı halında bəşəri zəmini, bərəkətli bir hidayət çeşməsinin axını ilə aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərlik zirvəsinin kamal nöqtəsi, yaradılış sirri, varlıq nuru Həzrət Mühəmməd Mustafaya (səllallahu əleyhi və səlləm) hazırlamaqla mükəlləf olduqlarını, gücümüzə görə və kəlmələrin məhdud imkanları daxilində acizanə ərz etməyə çalışdıq.

    Böyük rəğbət görən Nəbilər Silsiləsi kitabımızın, müxtəlif İslami təlim-tərbiyə ocaqlarında dərs kitabı kimi istifadə olunması istiqamətindəki tövsiyə və təşviqlər əsəri götürüb yenidən bir dərslik şəklində hazırlamğa bizi sövq etmişdir.

    Əsərdə xüsusilə tələbələrin verimini artırmaq və istifadəsini asanlaşdırmaq məqsədi ilə müəyyən ölçüdə qısaldılmış, ehtiyac hiss edilən yerlərdə ediln əlavələrlə mövzuların daha yaxşı anlaşılmasına səy göstərilmiş, bəzi şəkil və xəritələrlə əsər daha da zənginləşdirilmiş, əzbərlənilməsi asan və lazımlı görünən bəzi ayəti-kərimələr əsl mətni ilə yazılmışdır.

    Əsərdə müəyyən qədər sadələşdirilməyə gedilmiş; ancaq zəngin İslam mədəniyyətinin bizdən sonrakı nəsillərə çatdırılmasında zəruri saydığımız üçün İslam mədəniyyətindən gələn kəlmə, istilah və təbirlərin mühafizəsinə də diqqət yetirilmişdir. Ayəti-Kərimə və Hədisi-Şərif tərcümələri nəzərdən keçirilərək anladılan mövzu və qissələrin bütövlük və axarına uyğun şəkildə tənzim edilmişdir.

    Hər peyğəmbərdən bəhs edən bölmənin sonunda izah, yozum, qarşılaşdırma, bilik və diqqət lazım gələn klassik, boşluq doldurmatest sualları hazırlanmışdır. Sonunda isə, boşluq doldurmatest suallarının cavabları verilmişdir. Sualların seçilməsində və hazırlanmasında tələbələrin biliklərini artırmağı nəzərdə tutan, onları duyğu, düşüncə və davranış baxımından hərəkətə keçirməsi, hadisələrin hikmətləri üzərində düşünməyə sövq etməsi, bu günümüzlə əlaqə qurmalarına köməkçi olması və hadisələrdən ibrət almalarını təşkil etməsi kimi sahələrə xüsusilə diqqət yetirilmişdir.

    Ayrıca, əsərdən, ələlxüsus müəllim və tələbələrin istifadəsini artırmaq məqsədini bilərək, daha çox sual və cavablardan meydana gələn müstəqil bir sual kitabçası da hazırlanmışdır.

    Əsərin bu şəkildə yenidən hazırlanmasında səy göstərən komissiya üzvlərinə və elm adamı olan qardaşlarıma xüsusilə təşəkkür edir, əsərin onlar üçün bir sədəqeyi-cariyə olmasını Rəbbimdən diləyirəm.

    Əcz və zəifliyimizdən qaynaqlanan səhv və xətaların bağışlanmasını Rəbbimizdən niyaz ilə Onun sonsuz rəhmət və mərhəmətinə sığınırıq.

    Müvəffəqiyyət ancaq Allahdandır.

    Osman Nuri Topbaş

    22.04.2004

    Üsküdar

    Giriş

    Biz–aciz qullarını imanın sevinc və hüzuru ilə rizqləndirən Allah Təala həzrətlərinə həmdü-sənalar olsun!

    İnsanlığın zülmətdən nura qərq olmasına səbəb olan Kainatın Əfəndisinə səlat və səlam olsun!

    Allah Təala, Qurani-Kərimdə əvvəlki ümmətlərdən xəbər verərək bizə İlahi hikmət, ibrət və təbliğ həqiqətlərindən bəhs edər. Bunu bəşər idrakı üçün anlaşılması asan və rahat bir üslub olan qissə tərzi ilə təqdim edir. Bu xüsusiyyət, ayəti-kərimədə belə ifadə edilir:

    "(Ya Rəsulum!) Biz bu Quranı Sənə vəhy etməklə Sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, Sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin." (Yusif surəsi, 3)

    Qurani-Kərim Qissələrinin Xüsusiyyətləri

    Qurani-Kərim diqqəti hadisələrin əsasına çəkir. Zaman və məkan ünsürlərinə və onların adlarına çox əhəmiyyət verməz. Çünki hadisələrin ibrət qayəsinə xidmət etməyən xırdalıqlarına toxunmaq, məsələni məqsəddən yayınmağa aparar və qissədən çıxarılacaq hissənin anlaşılmasını çətinləşdirər.

    Qurani-Kərim, Qissəni hansı səbəblə nəql edirsə, onun yalnız məqsədi əhatə edən hissəsini götürür. O, ələlxüsus qissənin dini məqsədi ifadə etməsinə əhəmiyyət verdiyindən, hadisəni tarix sırasını nəzərə almadan, ortasından və ya sonundan anladır. Müxatəbi, qissədəki hadisələrin içində axıb getməyə buraxmaz; aralara könül iqlimini cücərdəcək dini irşad, hikmət və ibrət lövhələri səpir.

    Quran qissələri, ümumiyyətlə müxatəbi cəlb edən bir girişlə başlayar. Oradakı hadisələr, yalnız quru ifadələrlə təqdim olunmaz. Əksinə canlılıq və hərəkət dolu təsvirlərlə canlı bir halda təqdim olunur. İfadələr əksərən təmsilidir. Əhəmiyyətli səhnələr açıqca sərgilənir; ancaq qissənin ehtiva etdiyi bir çox təfərrüat müxatəbin xəyal və təfəkkür dünyasına buraxılır. Məsələn Yusif surəsində Yusifin (əleyhissəlam) gördüyü və atası Yaquba (əleyhissəlam) anlatdığı röya olduqca diqqətçəkici bir girişlə təmsili və canlı bir təsvirlə belə hekayə edilir:

    "Bir zaman Yusif atasına demişdir: Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər. (Atası Yaqub) dedi: Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanın açıq-aşkar düşmənidir. (Yusuf surəsi, 4-5)

    ***

    Quran qissələrinin ən mühüm xüsusiyyətlərindən biri də təkrarlardır. Təkrar, Qurani-Kərimdə digər mövzulardan daha çox qissələrdə özünü hiss etdirir. Bu, əslində tam bir təkrar olmayıb hər səfərində fərqli təfərrüat ehtiva edən bir üslub abidəsidir. Necə ki, dəyişik ibrətlər çıxarmağa səbəb olan hər təkrar, könüllərdən qeyb aləmlərinə doğru min bir ülvi pəncərə açır.

    İblisin Həzrət Adəmə (əleyhissəlam) səcdə etməməsinin bir çox yerdə təkrar edilməsi və hər ayədə bu vəziyyətin müxtəlif səbəblərinə diqqət çəkilməsi dediyimizə bir nümunədir.

    Məsələn, Sad surəsinin 74-cü ayəsində şeytanın qürur və təkəbbürünün onun küfrünə səbəb olduğu izah edilmiş, təkəbbür xəstəliyinin müalicə edilmədiyi təqdirdə insanı inkara qədər apara biləcək təhlükəli bir xəstəlik olduğuna işarə edilmişdir. Əraf surəsinin 11 və 12-ci ayələrində daha əvvəl mələklər sırasında duran və bir çox nemətə qovuşan şeytanın, bu nemətlərə şükr edəcəyi yerdə nankorluq etdiyi, bunu bir üstünlük sayaraq ilahi əmrə qarşı çıxdığı anladılmışdır. Hicr surəsinin 31-ci ayəsində isə, şeytanın içinə düşdüyü qürur və təkəbbürün onun bəsirətini korlaşdırdığı və bunun nəticəsində Adəmin palçıqdan yaradılmış surətini gördüyü halda, Rəbbinin bilavasitə özündən üfürmüş olduğu ruhi tərəfini görə bilmədiyinə diqqət cəlb edilmişdir.

    Təkrar, əsl məqsədin fərqli üslublarla təqdim olunmasıdır. Bu səbəbə görə hadisələr ucdantutma təkrar edilməz. Məsələn Həzrət Musanın (əleyhissəlam) doğumu, gəncliyi və evliliyi təkrarlanmaz. Ancaq Fironla qarşılaşması, sehrbazlarla müsabiqəsi və azğın bəni İsrail Qövmünün vəziyyəti kimi risalətin (peyğəmbərliyin) hədəfi baxımından çox mühüm hallar bir çox yerdə təkrar edilir.

    Digər tərəfdən, bir şəxslə əlaqəli müxtəlif yerlərdə zikr edilən məlumatlar bir yerə gətirildikdə mükəmməl bir bütövlüyün olduğu müşahidə edilir.

    Qissələrdə daha çox mənaların təkrarı mübahisə mövzusudur. Bunun əsl məqsədi, İlahi və ülvi qayələrin Ruhlara və könüllərə həkk edilməsidir. İnsanı, ona təqdim olunan hər hansı bir məsələni, müxtəlif üslub və ifadələrlə təkrar edildikdə daha yaxşı anlayır. Bu da təkrarın, insan psixologiyasına uyğun İlahi bir tərbiyə üsulu olaraq Kitabullahda yer aldığını göstərir.

    Mənaların təkrarında bəzən təfsilat, bəzən də xülasə olduğu görünür. Qurani-Kərim, müxtəlif səviyyə və fikirlərə xitab edə bilmək üçün buna yer verir. Çünki Quran, avamdan xəvassa (xasiyyətləri ilə seçilənlərə) qədər insanlığın bütün mərhələlərinə xitab edir. Bu surətlə hər səviyyə, hər təbəqə və hər sinif, öz qabiliyyəti nisbətində ondan istifadə edə bilər.

    Qurani-Kərimdəki Kəlmə və cümlə təkrarları isə, daha çox mənanı təkid, insanı heyrətə və dəhşətə gətirib xəbərdarlıq etmək kimi bəlağət incəliklərindən birini təmin etmək üçündür. Məsələn: Qariə surəsində Qariə ləfzinin üç dəfə təkrar edilməsi Qiyamətin dəhşətli mənzərəsini müxatəbə çox dərindən hiss etdirmək üçündür.

    Digər tərəfdən, Rəhman surəsində insanlar və cinlər üçün yaradılan nemətlər ardıcıllıqla sıralandıqdan sonra, Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz? ayəsinin 31 dəfə təkrar edilməsi, qulları qəflət pərdələrini aralamağa istiqamətləndirib, İlahi nemətləri etiraf etdirib şükr vəzifəsini xatırlatmaqdadır.

    Bir hidayət Rəhbəri olan Qurani-Kərim, ehtiva etdiyi digər xüsusiyyətlərilə yanaşı eyni zamanda bir dua və zikr kitabıdır. Dua və zikrin məqsədi isə, daha çox təkrar ilə ortaya çıxar.

    ***

    Quran qissələrində peyğəmbərlər, bəşəriyyətin hər baxımdan üstün şəxsiyyətləri kimi təqdim edilir. Onlar, kəsbi (özləri çalışaraq) deyil, ilahi bir təyinlə seçilmişlər. Ayəti-Kərimədə buyrulur:

    "…Onları (bütün peyğəmbərləri) seçdik və düz yola yönəltdik." (Ənam surəsi, 87)

    Peyğəmbərlərin bu İlahi vəzifə üçün seçilmələri, onlara böyük və ağır məsuliyyətlər yükləmişdir. Elə ki, Allah Təala onların da aciz qaldıqlarını və onlara əsla bir üluhiyyət (Tanrılıq) isnad edilə bilməyəcəyini ifadə edərək:

    "(Özlərinə) peyğəmbər göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik." (Əraf surəsi, 6) buyurur. Ayəti-kərimədə bəyan edildiyinə görə təminat altında olduqları halda, peyğəmbərlər belə təbliğlərindəki etina dərəcələrinə görə hesaba çəkiləcəklər.

    Burada onu da ifadə etmək lazımdır ki, kainatın əfəndisi Həzrət Mühəmməddən (səllallahu əleyhi və səlləm) başqa bütün peyğəmbərlərin ilahi əmrləri təbliğlə məsul olmaları, müəyyən bir vaxt ilə məhduddur. Dolayısı ilə onlardan, özlərindən sonrakı nəsillərin nümunə götürə biləcəyi, zəngin bir davranışlar mənzuməsi gəlib çatmamışdır. Halbuki Həzrət Mühəmməd (səllallahu əleyhi və səlləm) peyğəmbər olaraq göndərilməsindən etibarən qiyamətə qədər yaşayacaq bütün nəsillərə, bütün zaman və məkanlara xitab etdiyindən, Onun hər bir söz və əməli maksimum dərəcədə etina və həssaslıqla təsbit edilərək qeyd olunmuş və ən incə təfsilatına qədər səhih bir rəvayətlə bizə qədər gəlib çatmışdır. Bu, qiyamətə qədər də davam edəcəkdir. Çünki Onun axırzaman ümmətinə bir üsveyi-həsənə, yəni mükəmməl bir nümunə olması murad edilmişdir.

    Həzrət Peyğəmbərin (səllallahu əleyhi və səlləm) əxlaqı Quran əxlaqıdır. Qurani-Kərim nazil olmasından bu günə qədər dünyəvi və üxrəvi (dünya və axirətə aid) yönü ilə bütün insanlıq aləminin hidayət rəhbəri olduğundan könül aləminə təsir edərək inkar və küfr qaranlığındakı toplumların azğın həyat anlayışlarını nizama salmış və beləcə bəşəriyyətin ən böyük inqilabını həyata keçirmişdir. Qurani-Kərim insanlıq var olduğu müddətdə bu vəzifəsini yerinə yetirməyə davam edəcəkdir.

    ***

    Allah Təala Qurani-Kərimin bənzərini meydana gətirməyin qeyri-mümkünlüyünü göstərmək üçün insanlıq və cin aləminə zamanla məhdudlaşdırmadan meydan oxuyur. Bu meydanoxuma, bu gün də cavabsızdır. Ayəti-kərimədə bu həqiqət belə ifadə edilir:

    "(Ya Peyğəmbərim!) De: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər. (İsra surəsi, 88)

    Allah bu meydan oxumağın sərhəddini on surəyə qədər endirməsinə baxmayaraq yenə də insanlar Onun bir bənzərini meydana gətirməyə aciz olmuşlar. Ayəti-Kərimədə belə buyrulur:

    "Yoxsa (müşriklər): Onu (Quranı) özündən uydurdu!-deyirlər? (Onlara) de: Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa kimi bacarırsınızsa onu da köməyə çağırın! (Hud surəsi, 13)

    Allah Təala, Quranın bu meydan oxumasının sərhəddini nəhayət bir surəyə qədər endirmişdir ki, İnsanın aciz olduğu və Quranın İlahi bir kəlam olduğu həqiqəti yaxşı dərk edilsin. Bununla əlaqədar ayəti-kərimədə də belə buyrulmuşdur:

    "Əgər bəndəmizə (Mühəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (bu, bəşər kəlamıdır sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarndan ibarət olan oddan (Cəhənnəmdən) həzər edin! " (Bəqərə surəsi, 23-24)

    ***

    Qurani-Kərimi anlamaq, qavramaq, hiss edib duya bilmək və sirlərinə bələd ola bilmək üçün səlim (təmiz və pak) bir qəlbə ehtiyac vardır. Çünki Qurani-Kərim, sirlərini qəlbin vəziyyətinə görə açar. Allah Təala Qurani-Kərimdə belə buyurur:

    أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَأَمْ عَلَى قُلُوبٍ أَقْفَالُهَا

    "Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur!" (Mühəmməd surəsi, 24)

    Qaralmış qəlblərin Qurani-Kərimdən alacağı heç bir hissə yoxdur. Necə ki müşrikər, zahiri elmə sahib olduqları halda qəlbi həyatdan məhrum olduqları üçün Quran, onlara bir fayda və hidayət vermədiyi kimi sirlərini də açmaz. Allah Təala buyurur:

    "…Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır." (Əraf surəsi, 146)

    Ayəti-kərimənin möhtəvasına görə, Qurani-Kərimin ən böyük müfəssiri Həzrət Mühəmməd (səllallahu əleyhi və səlləm) olduğu üçün bütün Hədisi-Şəriflər, Qurani-Kərimin təfsiri mahiyyətindədir. Həzrət peyğəmbərdən sonra ən böyük müfəssirlər, elmi ilə əməl edib Həzrət Peyğəmbərin (səllallahu əleyhi və səlləm) könül həyatından hissə alan Allah dostlarıdır.

    Həzrət Mövlana (qüddisə sirruh), Qurani-Kərimin saf və bərraq bir qəlblə oxunduğu təqdirdə, hikmət və ibrətlərinin könülləri feyziyab edəcəyini, beləliklə onun sirlərinə vaqif oluna biləcəyini nə gözəl ifadə edir:

    "Qurani-Kərimin ayələrini, Həzrət Peyğəmbərin (səllallahu əleyhi və səlləm) Hədisi-Şəriflərini oxumazdan əvvəl özünü düzəlt! Gül bağçalarındakı gözəl qoxuları duymursansa, qüsuru bağçada deyil, öz könül və burnunda axtar!…"

    Bax, engin möhtəvasındakı bir sıra qissələri zəmanəmiz üçün bir ibrət, irşad və xəbərdarlıq məqsədilə ələ aldığımız Qurani-Kərim belə əzəmətli bir kitabdır.

    Rəbbimiz bizə, Qurani-Kərimdəki peyğəmbərlərin ibrət və sirr dolu həyatlarından əks edən səbr, şükr, təvəkkül, təslimiyyət, mərhəmət, şəfqət, təvazö və qayğıkeşlik kimi gözəl xasiyyətlərdən pay almağı və həqiqi bir qulluğu yaşamağı nəsib eyləsin!…

    Amin!…

    Mələklərin səcdə etməsi əmr olunduğu

    HƏZRƏT ADƏM (əleyhissəlam)

    Yaradılış

    Allah (Cəllə Cəlaluh), əzəldə yalnız özü var idi, bilinmək istədi. Sifətlərinin (əsmayi-hüsnanın) təzahürü ilə kainatı yaratdı.

    Haqq Təalanın, bizim dərk etdiyimiz və edə bilmədiyimiz necə sonsuz sifətləri vardır! Onun cəmalı və cəlalı bütün sifətlərinin kamil mənada təzahür etdiyi (əks etdiyi) yerlər:

    a.Kainat,

    b.Qurani-Kərim və

    c.İnsandır.

    Kainat, bütün ilahi sifətlərinin feli, Qurani-Kərim isə kəlami bir təzahürüdür. Başqa sözlə Qurani-Kərim, kəlama bürünmüş bir kainatdır.

    İnsan isə, o kainatın özü kimidir. Çünki Allahın bütün sifətlərindən az vəya çox nəsib almış tək varlıq odur. Onun, məxluqatın ən şərəflisi olaraq zikr edilməsinin səbəbi də budur. Ancaq onda Müzill¹, Mütəkəbbir² və s. cəlali sifətlərin yanında; Hadi³, Rəhman⁴, Rəhim⁵ və s. cəmali sifətlərin təzahürü vardır. Göründüyü kimi insan, camiul-əzdaddır. Yəni bütün müsbət və mənfi sifətlər özündə toplanmışdır. Bu səbəbdən insan, fitrətən xeyrə və şərə də meyllidir. Bunun nəticəsi olaraq insan, nəfs təzkiyəsi və qəlb təsfiyəsilə süfli sifət və təmayüllərindən təmizlənib ruhani tərəfini təkmilləşdirmək və beləcə kamil bir insan olmağa mükəlləfdir. Bunu isə, o, ancaq ənbiya və övliyanın irşadı ilə gerçəkləşdirə bilər.

    İnsan, vasili-ilallah, yəni Allaha çatmaq yolunda irəliləyərək mələkləri belə keçə bilmək gücünə malikdir. Bunun üçün insanın dərəcəsi, mələkdən üstün ali dərəcələr ilə, heyvandan aşağı süfli dərəkələr arasında bir yerdə olur. Nəfs əngəlini aşa bilən insan, ilahi zərafətlərin nümayiş etdirildiyi bir sənət xariqəsidir. Kainat kitabının xülasəsi, fatihəsi və yaradılış sirridir. Çünki insanın ət və sümükdən ibarət olan zahiri görünüşünün altındakı mənəvi varlığında, İlahi sifət təcəllilərinin neçə-neçə sirləri, nurları və həqiqətləri gizlənilir.

    Bir buğda dənəsi buğda cinsinin bütün xüsusiyyətlərini özündə daşıdığı kimi, hər bir toxumun da içində o cinsin bütün xüsusiyyət və xarakteri mövcuddur. İnsan da, kainatda mövcud olan hər şeyin həqiqətini özündə cəmləşdirən müstəsna bir varlıqdır. İnsan, kainatın içində gizləndiyi bir özək, bir toxum kimidir. Necə ki, bu həqiqəti bəyan haqqında Şeyx Qalib bir beytində deyir:

    Xoşca bax zatına kim zübdeyi-aləmsən sən,

    Mərdumi-dideyi-əkvan olan adəmsən sən!…

    Yəni: Ey insan! Könül gözü ilə özünə bir bax ki, yaradılmışların özəyisən. Kainatın göz bəbəyi olan adəmsən sən, demək istəyir.

    ***

    Haqq Təala bir çox aləmlər yaratmışdır. Bu aləmlərin

    Enjoying the preview?
    Page 1 of 1